06-08-2017 [18:35]
Nazim ƏKBƏROV,
Naxçıvan MR-in sabiq təhsil naziri
Daha bir avtoqəza, daha bir neçə insanın həyatının faciəli sonu. Daha acınacaqlısı avtoqəzanın yüksək rütbəli, hakimiyyət eşelonun lokomotivinə daxil olan birinin ailəsindən olması.
Bu cür, bu qəbildən olan babalardan birinin nəvəsini məşhur məktəblərdən birinə qoymaq istədiyi vaxtdan tanıyıram.
Şəcərəsi adamı qəzəbləndirəcək bir millətə gedib çıxmasından utanmadan millilikdən (Allah bilir, hansı milləti nəzərdə tuturdu) danışır, məktəb qarşısında o qədər tələb qoyurdu, o qədər özünün "uzaqgörənliyini", "dahiliyini", daha nələrini, nələrini… mədh edirdi ki!
Daha dəhşətlisi, bu tip adamların təhsili özlərinin istədiyi kimi, özünə sərfəli şəkildə dizayn etmələridir. Sovet dövründən başlamış bu günədək, əlinə bir dəfə bel, külüng, çəkic almamış, həmişə kabinet çörəyi ilə bəslənən birinin milli dəyərlərdən bəhs etməsinə qulaq asmaqdan daha böyük işgəncə varmı, görəsən?
Əli Həsənovun nəvəsi bir faciəyə səbəb oldu. Özü ilə bərabər daha neçə-neçə adamın da həyatını qaraltdı. Amma günahkar kimdir: – nəvəmi, atamı, babamı? Kim?!
Mənəviyyatımızın qaynaqlarında bütün insanların İslam fitrəti ilə doğulduğu, sonradan valideynlərinin onu korladığı bildirilir.
Peyğəmbərimiz (s.a.s) bir hədis-i şərifində belə buyurur: "Doğulan hər insan İslam fitrəti ilə doğulur. Sonra ana-atası onu xristian, yəhudi və ya məcusi edər.”
Bunun bir izahı da budur ki, insan anadan tərtəmiz doğulur, onun tərbiyəsini valideynləri pozur.
Quran-i Kərimin "Rum” surəsinin 30-cu ayəsində isə Allah (c.c.) bunu əmr edir:"(Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa dönərək üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut.”
Başqa sözlə, Allahın kainata qoyduğu qanunları nəzərdən qaçırma, onlara əməl et. Köhnə kommunistlərə xatırlatmaq məqsədi ilə deyirəm: "Karl Marksın ən böyük kəşflərindən biri, Kainat qanunlarının eynilə cəmiyyət qanunlarında da var olmasıdır". Bunu gələcək həyat yoldaşı ilə görüşdə bəyan etmişdi.
Biz insanlar çox zəif məxluquq, bir də bunun üstünə təkəbbür, fəxr, qürur kimi hislər əlavə ediləndə insanın yoldan çıxması, nahaqqı haqq görməsi, özünü Haqqın yerinə qoyması (Haşa!) kimi faciə daha da asanlaşır. Vəzifə, pul, cəmiyyətdə mövqe kimi fanilərdən fani olan şeylər insanı yoldan tez azdırır. Bəlkə də buna görə dövlətdə yüksək rütbə sahibi, iş dünyasında asanlıqla, rüşvət və dövlət malını mənimsəməklə böyük sərvət əldə edən iş adamların ailələrindən çıxanlar daha böyük cinayətlər törədirlər.
Vəzifə və sərvət ailədə rahatlığa, üstün görünməyə meyli artırır. Təkcə bu gün deyil, tarixən bu kateqoriyadan olan insanların ailə üzvləri həmişə fəlakətlərə, rüsvayçılıqlara məruz qalmış, ən fəci şəkildə dünyadan getmişlər. Buna misal olaraq yüzlərlə, bəlkə minlərlə misal çəkə bilərəm. Səbəb?
Vəzifə, pul, sərvət dünyada ən böyük imtahanlardan biridir.
Buna görə də Aləmlərin Xaliqi bizi xəbərdar edir: «Ey iman gətirənlər! Mallarınız və övladlarınız sizin fikrinizi Allahı yad etməkdən yayındırmasın. Belə edən kəslər (Əlbəttə,) ziyana uğrayanlardır.» ("Münafiqun", 9).
Əlinə bir az imkan düşən evinə qulluqçu, uşağına dayə, övladına sürücü, həyətinə bağban və s. təşkil edir. O zaman qadına evdə iş qalmır: uşağını dayə saxlayır, xörəyini qulluqçu bişirir, evini o təmizləyir, bütün ev işlərini onun əvəzinə başqası görür. Övladını məktəbə sürücü aparır, hətta onun valideynlər iclasına belə sürücü gedir. Bir sözlə, ailə üzvlərinə görəcək heç bir iş qalmır.
Amma insan fitrəti başqa şey deyir. İnsan ona verilən güc, qüvvət, istedad, qabiliyyəti göstərmək istəyər. Qadın bişirdiyi xörəklərlə, evinin səliqə-sahmanı ilə öyünər, kişi zor-bəla ilə qurduğu evlə, həyət-bacasının səliqə-sahmanı, əkdiyi gül-çiçək, yetişdirdiyi meyvələr və sairlə öyünmək istəyər. Uşaq başqalarının gördüyü işlərə həsrətlə baxa-baxa onlar kimi olmağı istəyər, məktəbə sərbəst gedib-gəlmək, dərsdə fərqlənmək, öz gücünü faydalı işlərdə göstərmək istəyər.
Amma biz bütün bunlara imkan vermiriksə, o zaman günah kimdədir? Niyə qadınlara qadınlıq qüruru yaşamaq imkanı vermirik? Niyə övlad qayğısın anadan alıb başqa birinə veririk? Niyə övladlarımıza laylanı anaları yox, yad biri oxuyur? Ev işindən, ev qayğısından, övladının qayğısını çəkməkdən azad etdiyimiz qadın nə etsin? Özünü harada və necə göstərsin? O, özünü bir yerdə göstərməlidir, bunun qarşısı alınmazdır. Amma harada? Evdə, ailəsində deyilsə, harada və necə?
Niyə övladlarımızı bərkə-boşa düşməkdən qoruyuruq, onları "zəhmətsiz bal yeməyə” öyrədirik? Niyə onların da, özümüzün də dünyamızı və axirətimizi məhv edirik, niyə?!
Ovqat.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi