08-03-2017 [23:36]
Atif İSLAMZADƏ, Filologiya üzrə fəlsəfə doktoru
e-mail: atif.islamzade@mail.ru
"Yalanın ömrü az olar” deyiblər. Ancaq bu az olan ömür bəzən onilləri, hətta yüzilləri belə əhatə edir. Yalnız insanı təsəlli edən o olur ki, tez-gec yalanın yalanlığı üzə çıxır, doğru olan öz yerini alır.
Yüzillərin yalanına uğramış xeyli insan taleyi var. Belə tale sahiblərindən biri də Avropadan yayılıb dünyada məşhur olan Don Juan ləqəbli Oruc bəy Bayatdır.
Oruc bəy Bayat kimdir?
Necə oldu ki, Oruc bəy Don Juana çevrildi və əxlaq naqisliyinin simvolu kimi saysız əsərlərin baş qəhrəmanına döndü? Bu suallara cavab tapmaq üçün Don Juanla bağlı əsərlərin nə zaman meydana çıxmasına və Oruc bəy Bayatın siyasi-diplomatik, eyni zamanda da tarixi fəaliyyətinə qısa şəkildə də olsa, nəzər yetirmək lazımdır.
Don Juan adı öncə Avropada, daha sonra bütün dünya ədəbiyyatında, musiqisində və mədəniyyətində, eləcə də kütlələlər arasında pozğunluq, əxlaqsızlıq simvolu kimi yayılmışdır. Don Juan haqqında meydana çıxan ilk əsər təbiidir ki, Tirso de Molinanın yazdığı "El burlador de Sevilla y convidado de piedra”dır (Sevil aldadıcısı ve daşdan qonaq). Bu əsər əsas etibarilə 1615-ci ildə İspaniyada tapılmış, 1620 və ya 1625-ci ildə isə çap edilmişdir. Daha sonar Don Juan obrazını özündə əks etdirən ədəbi və musiqili əsərlər yaranmışdır.
Oruc bəyin fəaliyyəti də İspaniyada əvvəlki dövrləri əhatə etmir. Bu dəyərli şəxsiyyət məhz 1605-ci ildə burada öldürülmüşdür. O.Bayat tarixçi, diplomat, etnoqraf , səyyah və s. kimi müxtəlif sahələri özündə birləşdirən universal şəxsiyyət kimi tanınmışdı.
Səfəvi tarixinə aid II cildlik əsəri də onun nə qədər ciddi məfkurə daşıyan bir şəxsiyyət olduğunu göstərir. Görünür zahiri yaraşığı ilə daxili zənginliyini birləşdirən Oruc bəy kral sarayında söz sahibinə çevrilməsi ilə öz ölümünün fərmanını imzalamışdı. Belə ki, saray adamları, İspaniya dövlətinin marağını güdən bir çox siyasət və rəyasət düşkünləri Oruc bəyin İspaniya kralını təsiri altına saldığını görmüş və bundan başqa bir dövlət olan Səfəvi dövlətinin qazanmasını ehtimal edərək Oruc bəyi qurama mübahisə əsasında aradan götürmüşlər. Ola bilsin ki, burada şəxsi ədavətlər, paxıllıq və qısqanclıq hisləri də rol oynamışdır.
Ancaq görünən odur ki, Oruc bəy Bayatın ölümündə və ölümündən sonrakı dövrdə məkrli siyasət xadimlərinin çirkin əməlləri ciddi siyasi ambisiyalardan doğmuşdur. Belə ki, Oruc bəy Bayata Don Xuan persidski adını qoyan kral da, bu ad altında İspaniyada əsəri çıxan Oruc bəy Bayat da çox yaxın gələcəkdə bu adın əxlaqsızlıq rəmzinə çevriləcəyini bilmirdilər. Oruc bəy səfəvi İran dövlətindən olduğu üçün ona "persidski” ləqəbinin qoyulması aydındır. Ancaq o, məhz İspaniya krallığını İran dövlətindən asılı vəziyyətə sala biləcəyi ehtimalı ilə aradan götürülmüşdür.
Oruc bəy Bayatın ölümündən sonra hiyləgər beyinlər onun fəaliyyətini gözdən salmaq üçün böyük ədəbi-siyasi kompaniya başlatmış, bu ad ilə məşhur olan Oruc bəyin yazılan əsərlərdə adını çox tezliklə, təxminən 19-15 ildə pozğunluq simvoluna çevirmişlər. Müxtəlif siyasi məqsədləri həyata keçirmək üçün ən kəskin silah həmişə bədii ədəbiyyat və musiqi olmuşdur. Bu barədə kifayət qədər kəlamlar, aforizmlər, məsəllər və s. söz örnəkləri vardır. Yazılan əsərlər vasitəsilə az bir dövrdə əxlaqsızlığı ifadə edən Don Juan obrazı motivə çevrilmiş, çox məşhur şəxsiyyətlər bilərəkdən və ya bilməyərəkdən bu mövzuda əsərlər qələmə almış, bu gün də eyni məzmunlu əsərlər yazmaqda davam edirlər. Bu əsərlərdən J.B.Molyerin "Don Juan” komediyası (1665), V.A.Motsartın "Don Juan” operası ( 1787), C.Bayronun "Don Juan” poeması ( 1819-23), A.S.Puşkinin "Daş qonaq” ( 1830) əsərləri çox məşhurdur. Sanki türk oğluna qarşı olan antikompaniya genetik nifrət səviyyəsində davam etdirilmişdir. Halbuki bu müəlliflərdən bəziləri bu nifrət sindromu ilə yüklənməmiş, ancaq yüzillərin təbliğatının, avropaçılığının mexaniki təbliğatçıları olmuşlar.
Bəzi hallarda Don Juan, yaxud Don Xuanın başqa biri olduğu haqqında fikir yürüdənlər də vardır. Ancaq Don Juan mövzusunun bütün dünya ədəbiyyatına və musiqisinə onun olduğu və öldürüldüyü İspaniyadan yayılması bu fikirləri təkzib edir. Xüsusiə də onun qətl edilməsindən 10 il sonra bu mövzuda ilk əsərin meydana çıxması aşkar göstərir ki, Don Juan adı ilə İspaniyada kral sarayı vasitəsilə çox məşhur olan bu şəxsiyyətin gözdən salınması üçün bu əsər siyasi sifariş olmuşdur. Tarixdə bu kimi sifarişli əsərlər, antikompaniya xarakterli çıxışlar, nitqlər, məruzələr və s. kifayət qədər çoxdur.
Bu gün Oruc bəy Bayat haqqında olan yalanlar gün işığına çıxmış, bu şəxsiyyətin siyasi-diplomatik və elmi-tarixi fəaliyyəti haqqında müəyyən bilgilər yayılmış, elektron resurslar vasitəsilə də, ensiklopedik mənbələrdə də təfərrüatlar və bir qism yazılar ərsəyə gəlmişdir. Ancaq hələ də bu obrazın mənfi səciyyəsini dəyişdirmək mümkün olmamışdır. Dörd yüz ilin yalanı hələ də davam edir.
Bu yalanı bütünlüklə ifşa etmək üçün Oğuz nəslindən, Bayat tayfasından olan bu dəyərli türk şəxsiyyətini bütün dünyada təbliğ etmək vacibdir ki, dünyanın bir çox yalanlarından biri kimi bu yalan da gələcək əsrlərdə ayaq açıb yeriyə bilməsin.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi