15-11-2016 [00:51]
Azər HƏSRƏT, Mətbuat Şurası İdarə Heyətinin üzvü
Xoşqədəm Hidayətqızını çoxdan tanıyıram. Hardasa 20 il olar. "Üç nöqtə” qəzetinə qədərki dövrünü də yaxşı xatırlayıram. Hətta mənim maşınım yoxkən onun maşın sürdüyünü, bir dəfə bir tədbirdən çıxdığımız zaman yolüstü məni də mənzilə çatdırdığını şükranlıqla xatırlayıram. Həmkarımdır. Bir-birimizə qarşılıqlı sayğımız var və heç bir zaman nə açıqda, nə də arxada yaxşımızı-pisimizi mənfi yöndə müzakirə etməmişik.
Bütün bu illər ərzində tam əmin olmuşam ki, Xoşqədəm (sadəcə illərin tanışı, həmkarı olduğumuz üçün bir-birimizə adımızla müraciət edirik) zəhmətkeşdir. Bütün qazandıqlarını durmadan çalışması, işləməkdən qorxmaması hesabına əldə edib. Eyni zamanda onun bir istedadlı jurnalist, üstəlik də güclü fantaziya sahibi olduğunu bilirəm. Əlavə olaraq bugünlərdə "Əməkdar jurnalist” fəxri adına layiq görülməsini də tam yerində sayır, onun halal haqqı kimi qəbul edirəm. Bütün bunlar öz yerində…
Xoşqədəmin bütün jurnalist fəaliyyətində "Səni axtarıram” ayrıca bir mərhələdir. Öncə ATV, ardından ANS, indi də "Xəzər” TV-də yayımlanan veriliş olduqca populyardır. Ölkənin elə bir yerində elə bir adama rast gəlməzsən ki, bu verilişə baxmasın. Hələ mən xaricdə yaşayan Azərbaycanlıları demirəm. Veriliş, doğrudan da çox xeyirxah bir amala – ayrı düşmüş doğmaları qovuşdurmağa xidmət edir ki, buna görə Xoşqədəmə mütləq və mütləq təşəkkür düşür.
Amma və lakin bu verilişin ilk buraxılışından oradakı hədsiz emosionallığa, insan talelərinin üzərində tamaşa qurulmasına qarşı olmuşam və bu gün də qarşıyam. Jurnalist, əlbəttə, ortaya çıxardığı işin daha yaxşı təqdim edilməsi üçün müxtəlif məqbul üsullara əl ata bilər. Lakin bu məsələdə həddi aşmaq olmaz. Məncə, Xoşqədəm həddi aşır. Bu, əlbəttə, mənim subyektiv fikrimdir və tənqidə açıqdır. Ümumiyyətlə isə, bu verilişə baxanda daim gözümün önünə Rusiyada yayımlanan bənzər "Gözlə məni” ("Жди меня") verilişi gəlir. Müqayisədə o veriliş daha peşəkar, daha uyğun şəkildə təqdim edilir. Baxılmasına gəlincə, "Səni axtarıram”a nəinki uduzmur, onu böyük hesabla üstələyir də. Yəni, əziz həmkarım Xoşqədəm də öz verilişini məhz o şəkildə təqdim edə bilər. Bunun üçün onun potensialının varlığına şübhəm yoxdur.
Bütün bu dediklərimdən sonra əsas məsələyə gəlirəm: iki gündür onlayn mediada Xoşqədəmin ATV-də işləyən zaman verilişi hazırlayarkən vəziyyəti idarə etməsinə aid kadrlar yayımlanır, dartışılır və bəzən də ədəb və əxlaqın nə olduğunu bilməyənlər özlərinə aid təhqirləri bu xanımın ünvanına sərf edirlər.
Nə baş verir? Belə məlum olur ki, ATV mətbəxə aid olan kadrları hansısa şəkildə ictimailəşdirib. Həm də elə-belə deyil, birbaşa Azərbaycan hakimiyyətinin ayağının altını qazmaqla məşğul olan, xaricdə oturub şübhəli mənbələrdən maliyyələşən bir onlayn TV kanalı vasitəsilə! Bax, məsələnin məğzi, mənim üçün, burdadır! Necə olur ki, ATV antiazərbaycan fəaliyyəti göz önündə olan bir xarici mediayayla belə bir çılpaq işbirliyində olur?
Bu sualı mənə qədər də verənlər çox olub, məndən sonra da verəcəklər, yəqin. İlk anda hər kəsin ağlına gəlir ki, ATV rəhbərliyi, yaxud da orada işləyən və çiy çəkilişlərə əli çatan kimsə bu kadrları məlum antiazərbaycan ünsürlərə ötürüb.Lakin sosial şəbəkələrdə məsələləri daha dərindən təhlil edənlərin ortaya atdığı bir sual da var. Onlar iddia edir ki, ATV rəhbərliyi bu kadrları sübut üçün hakimiyyətin içində kiməsə (antiAzərbaycan ünsürlərə deyil) ötürüb. Həmin o kimsə də məlum ünsürlərə ötürüb. Bizim üçün olduqca vacib məqam da elə budur. İstər ATV-dən kimsə olsun, istərsə də ATV-nin çəkilişləri ötürdüyü kimsə olsun. Bunların müəyyən edilməsi bizimçün olduqca əhəmiyyətlidir.
Sual oluna bilər ki, niyə? Səbəbini izah edirəm.
Bəllidir ki, tez-tez xarici səfərlərdə oluram. Özəlliklə də çox yüksək beynəxalq platformalarda Azərbaycandan təmsilçi kimi iştirak və çıxış edirəm. Bilirsinizmi daim nəyi müşahidə edirəm?
Ermənilər və bizdən olub ermənidən də artıq ermənilik edənlər bütün bu tədbirlərdə qarşımıza elə iddialarla çıxırlar ki, çaş-baş qalırıq. Bu səhnələri təsvir etmək sadəcə mümkünsüzdür. Düzdür, onların hamısının cavabını həmişə və layiqincə veririk. Amma məni daim bir məsələ narahat edir ki, bunların dəyirmanına su tökən kimdir axı? Örnək üçün, necə olur ki, Azərbaycan ordusunda bir əsgərimiz şəhid olanda hələ ölkədə heç kimin xəbəri olmur, amma məlum ünsürlərin nəinki xəbəri olur, koordinatlarına qədər sosial şəbəkələrdə məlumat yayırlar?
Bir adam Almaniyada, Fransada oturub Azərbaycanın ən məhrəm yerlərində baş verənlərdən necə anında xəbər tuta bilər axı? Deməli, kimlərsə onlara bu xidməti göstərir. Tamam, hansısa piketdən, mitinqdən, lap elə polisin kimisə döyməsindən bəhs edən xəbərləri istənilən şəxs onlara ötürə bilər. Amma və lakin dövlətin çəmbərə aldığı gizli informasiya meydançasından özəl xəbərləri kim ötürür onlara? Əsl məsələ də bundadır!
Azərbaycan hakimiyyətinin içində məlum çevrələrə informasiya sızdırmaqla məşğul olanlar var. Bu adamlar heyvərəcəsinə hakimiyyətin içində oturublar, amma onun ayağının altını qazırlar. Belə ünsürlərin əsas məqsədi məhz Prezident İlham Əliyevi və onun sadiq çevrəsini qaralamaq, zəiflətmək, nəticə etibarilə xalqın gözündən salmaqdır.
Ona görə də bizim kimi insanlar beynəlxalq tribunalarda Azərbaycan davası aparanda bunlar arxamızdan elə zərbə vururlar ki, qarşımızdakını da unuduruq. Dəfələrlə olub ki, hansısa beynəlxalq tədbirdə Azərbaycan mediası haqqında çıxış üçün getdiyimizdə arxamızca xəbər gəlib ki, hansısa jurnalisti döydülər, tutdular, hava limanında saxladılar. Özü də zərurət olmadan
. Bunun adı nədir? Niyə belə edilir? Ümumiyyətlə, bu sistemin arxasında kim var? Niyə bu adamlar daim bizim əlimizi zəiflətməyə xidmət edirlər?
Ola bilər ki, onlar kimlərləsə şəxsi hesab çəkirlər. Amma sonucda olan hansısa fərdlərə deyil, bütünlükdə Azərbaycana, lap elə o adamların özlərinin də təmsil olunduqları hakimiyyətə olur! Bu adamların bunu anlamayacaq qədər düşüncəsiz olduğunu heç ağlımın ucundan da keçirmirəm. Demək ki, onlar məqsədli şəkildə Azərbaycan hakimiyyətini içindən çökdürməklə məşğuldur.
Yenidən qayıdıram Xoşqədəmin məsələsinə. Çiy kadrlar ötürülüb. Dediyim kimi, iki ehtimal var: ya ATV birbaşa məlum ünsürlərə ötürüb, ya da sübut üçün (başqa səbəb və ya məqsəd də ola bilər) hansısa məmura göndərib, o da ictimailəşdirib.
Mənə elə gəlir ki, buna sadəcə Xoşqədəmi hədəf almaq, gözdən salmaq üçün atılan cılız addım kimi deyil, daha geniş bir məsələ kimi yanaşmaq və bu cızılan xətt üzrə informasiya sızdıran kanalı aşkar etmək lazımdır. O zaman Azərbaycanın adını məqsədli şəkildə beynəlxalq təşkilatların qara siyahılarına saldıranların böyük bir şəbəkəsi faş edilmiş olacaq…
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi