12-09-2016 [18:06]
Seymur VERDİZADƏ
Bu məzmunda yazılı təhdidlərə tez-tez rast gəlmək mümkündür: "Bura zibil atanın ölüsünə lənət olsun”.
Ərazinin zibillənməsini istəməyən adamların istifadə etdikləri metodologiya başadüşüləndir. Çünki biz azərbaycanlılar dirilərimizdən çox ölülərimizin təəssübünü çəkirik. Tərəf müqabilimizi inandırmaq üçün əksəriyyətimiz bu anddan tez-tez istifadə edirik: "Atamın goru haqqı düz deyirəm”.
Mən uşaq olanda kimsə atasının goruna and içib, qatığın qara olduğunu desəydi, ona inanardım. Çünki bu cür tərbiyə almışdım. Dünyadan köçmüş adamın ruhunu incitmək böyüdüyüm mühitdə ən böyük qəbahət sayılırdı. Biz özümüzü həmişə ölülərimizin ruhu qarşısında borclu saymışıq...
Vəhşi kapitalizm bir çox adət-ənənələrimizi, milli dəyərlərimizi sarsıtdığı kimi, dünyadan köçmüş əzizlərimizə münasibəti də dəyişdi. Təkcə dirisini deyil, hətta ölüsünü də öz cılız maraqlarına alət edən adamların sayı getdikcə artır. Ötən gün Bakıətrafı qəsəbələrin birində analoji məzmunlu xəbərdarlıq cüzi orfoqrafik fərqlə yenə diqqətimi cəlb etdi: "Bura zibil atanın ölüsünə nəhlət olsun”. Maraqlısı o idi ki, bu elanın üç-dörd yerdə yapışdırılmasına baxmayaraq, ərazidə iki maşın zibil qalaqlanmışdı...
Bir tanışım var, xəsis adam olduğu üçün həmişə metro çıxışlarından bazarlıq edir. Ötən gün dedi ki, meyvə alanda tərəzidə onu bir kilo aldadıblar. Məsləhət gördüm ki, həmin satıcını tapıb, verdiyi artıq pulu geri alsın. Cavabı belə oldu: "İki dəfə getsəm də, həmin adamı yerində tapa bilmədim. Amma əvəzində nəslində nə qədər ölü vardısa, hamısını yan-yana düzdüm”.
Mən söyüş söyməyin, xüsusilə də dünyadan köçmüş adamları söyməyin əleyhinəyəm. Amma kasıb bir müştəridən 4 kiloqram meyvənin pulunu alıb, onu evinə 3 kilo çürük alma ilə yola salan satıcı bilməlidir ki, bu hərəkətinə görə onun təkcə dirisini deyil, həm də ölüsünü söyəcəklər...
Təəssüf ki, Azərbaycanda yas mərasimləri ilə bağlı vahid qayda-qanun tətbiq etmək mümkün olmadı. Özlərini göstərmək istəyən varlılar ehsan sevdasından əl çəkmədikləri üçün kasıblar onların arxasınca sürünmək məcburiyyətində qalıblar. Sosial statusumuzdan asılı olmayaraq, hər birimiz cəmiyyətin bir parçası olduğumuzdan ehsan süfrəsi açdığına görə heç kimi qınamaq doğru deyil. Amma qınanılası, müzakirə olunası vacib məqamlar var. Son vaxtlar paytaxt qəbiristanlıqlarında "üç-dörd mərtəbəli” məzarlar peyda olub. Bu, təkcə israfçılıq deyil, həm də İslam dininin əsaslarından bixəbər olmağın əlamətidir. Bu cür nəhəng qəbirləri görəndə mənə elə gəlir ki, bəzi adamlar ölülərinin geri qayıdacağından ehtiyatlanırlar. Torpağın altda yatan adamın üstünə 3-4 ton ağırlığında qara mərmər döşəməyin başqa izahı varmı?
Atamı cavan yaşda itirdiyimdən Zabrat qəbiristanlığı son 12 ildə ən çox baş çəkdiyim ünvanlardan birinə çevrilib. Dünənki müşahidələrimi yazıram: həmin o "üç-dörd mərtəbəli” qəbirlərin əksəriyyətinin üstündə bir qarış torpaq vardı. On min manat verib nəhəng sinədaşı düzəltdirən adamların çoxu 10 ayda bir dəfə həmin məzarları ziyarət etmirlər...
Yəqin ki, bu mənzərə ilə siz də qarşılaşmısınız: elə məzarlar var ki, ətrafında bitən alaq otlarının, tikanların hündürlüyü bir metri keçib. Bu üzdən bir çox insanlar doğmalarının həmin ərazidə yerləşən qəbirlərini ziyarət etməyə çətinlik çəkirlər. Əzizlərinin məzarını ziyarət edərkən iri-iri tikanları ayaqlamaq məcburiyyətində qalan bəzi adamların necə nalayiq ifadələr işlətdiklərini öz qulaqlarımla eşitmişəm...
Yenə yazıram, mən söyüş söyməyin, ələlxüsus da haqq dünyasında olan adamları söyməyin qəti əleyhinəyəm. Amma gərək diri də əclaflıq edib, ölüsünü söydürməsin...
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi