10-09-2016 [23:50]
Azər HƏSRƏT, azer@azerhasret.com
CityNet adlı internet provayderinin xidmətlərindən istifadə edirəm. Ötən ilin fevralında başlamışam istifadəyə. Aylıq abunə haqqı 18 manat idi. Bura IP TV və internet daxildi.
Bu yaxınlarda, konkret olaraq avqustun 15-i axşam TV-nin zəif göstərdiyini görüb CityNet-in müştəri xidmətlərinə (537 77 77) zəng etdim. Cavab bu oldu ki, borcum varmış.
Necə yaranıb, hardandır?
İzah edə bilmədilər. Çünki balansda artıq pulum vardı, borc yarana bilməzdi. Amma az sonra izah etdilər ki, abunə haqları yüksəldilibmiş…
Əlavə izah istədim, dedilər ki, bu ilin mayından siz 24 manat ödəyirsiniz. Dedim ki, axı belə şey olanda adama xəbər verərlər. Xəbər vermişik dedilər. Kimə, necə? İddia etdilər ki, guya mənə SMS göndəriblər. A tövbə! Nə SMS almışam, nə də qiymət dəyişməsindən xəbərim var!
Bu sayğısızlığı görəndən sonra səhəri gün xidmət məntəqəsinə yaxınlaşıb bunlardan imtina üçün ərizə yazdım. Səbəbini də elə yuxarıda göstərdiyim kimi qeyd elədim.
Amma qoşulmaq istədiyim provayder vaxtında internet məsələsini həll edə bilmədiyi üçün məcbur qalıb CityNet-in internetini saxladım. TV-dənsə imtina etdim. Əvəzində Ailə TV-nin pleyerini qoşub kanallara baxmağa başladım. Düşünürdüm ki, bununla da problem həll olunar.
Olundumu? Təbii ki, yox!
Dünən, sentyabrın 8-də evə gələndə gördüm ki, Ailə TV göstərmir. Ekrana çıxan xəbərdə deyilirdi ki, "Serverlə əlaqə yoxdur. İnternet ilə bağlantını yoxlayın”. Yəni mənim provayderim – CityNet internet bağlantısında problem yaradır kimi gəldi mənə.

TV ekranında belə yazılır…
Zəng etdim. Daş atıb başlarını tutdular ki, problem onlara aid deyil. Dedim, axı açıq şəkildə ekranda yazılır ki, internet bağlantısı problemidir. Dedilər, başqa qurğular işləyirsə, deməli, internet bağlantısı problemi deyil. Problemin kökü Ailə TV-nin özündəymiş.
Bu dəfə Ailə TV-yə (920) zəng etdim. Dərhal soruşdular ki, hansı provayderdir. CityNet deyəndə telefonun o başındakı adam duruxdu, qayıtdı ki, müəllim, problem araşdırılır. Dedim, bilirəm ki, çirkin rəqabət üzündən baş verir bu. Qayıtdı ki, konkret bir söz deyə bilmərik, araşdırırıq.
Bir neçə saat sonra problem həll edildi və TV kanallarına baxma imkanımız oldu. Düşündük ki, məsələ birdəfəlik həll edilib. Amma yox, bunlar problemi həll edənə oxşamır axı.
Bu gün, sentyabrın 9-da təkrar eyni problem yaşanır. TV kanallarına baxa bilmirik. Ailə TV-yə də zəng etmişik. Problemin dünən həll olunduğunu, bu gün yenidən yarandığını deməkdən başqa bir söz əlavə etmədilər…
İndi isə keçirəm məsələnin tarixçəsinə. Ailə TV pleyeri müştərilərə təklif ediləndə məhz bu CityNet ona baxmağı əngəlləyirdi. İmkan vermirdi ki, istifadəçiləri Ailə TV-yə baxsın. Yəni zorla insanları məcbur etmək istəyirdilər ki, TV xidmətini də CityNet-dən alaq. Bu mübahisə və çirkin rəqabət bir müddət davam etdi və sonra həllini tapdı…
Lakin CityNet üzərindən Ailə TV-yə baxmağa başladığım cəmi bir ay deyil, başımıza gəlməyən qalmayıb. Ya bəzi kanallar kəsintili göstərir, ya da son iki gündə olduğu kimi, ümumiyyətlə, heç bir kanala baxa bilmirik. Səbəbsə internet bağlantısı problemidir. Yəni adı üstündə: CityNet problemin səbəbkarıdır.
Sual oluna bilər ki, CityNet niyə belə edir?
Çox sadə cavabı var bunun: yəni həm interneti, həm də TV-ni bizdən alın ki, keyfiyyət problemi olmasın!
Lap yadıma Bakİnternetin bir zamanlar bizi boğaza yığması düşdü. Telefon xətti üzərindən interneti başqa provayderdən almaq istəyən abunəçiləri sürüm-sürüm süründürürdü bu zay Bakİnternet! Çıxış yolu da təklif edirdilər: interneti bizdən alın, 2 saat içində gəlib qoşaq!
İndi bu CityNet də eyni təfəkkürlə hərəkət edənə oxşayır. Yalnız bir şeyi unudurlar ki, artıq ölkədə bu sahədə də alternativlərin sayı yetərincədir. Ən pis halda isə, ümumiyyətlə, TV xidməti üçün çanaq antena quraşdırıb problemi kökündən həll etmək imkanımız da yox deyil!
Bütün bunlar öz yerində. Məsələ ondadır ki, ölkədə sentyabrın 26-na nəzərdə tutulan referendumun təşviqat mərhələsidir. Təbii ki, vətəndaş-seçicilərin maarifləndirilməsi vacib məsələdir. Amma bu CityNet və bənzəri qurumlar mənim kimi siyasi fəal vətəndaşın TV kanallarını qaraltmaqla faktiki referenduma hazırlıq prosesini pozurlar!
İndi təsəvvür edin ki, nə qədər abunəçi mənim kimi əsəb içində TV-yə baxmaqdan, ölkədə olub-bitənlərdən xəbər tutmaqdan məhrum edilib! Kimin, nəyin hesabına? Təbii ki, hansısa dəllalların çirkin biznes maraqları üzündən!
Bu tiplər 3-5 manat qabaq düşmək üçün dövlətin maraqlarını belə ayaq altına atmaqdan çəkinmirlər! İndiki həssas bir məqamda belə bir davranış sərgiləməyin tək bir adı var: Azərbaycan dövlətinə qarşı təxribat!
Çox istərdim ki, Milli Təhlükəsizlik Xidməti bu olayı dərindən araşdırıb əsl mahiyyətini və səbəbkarlarını üzə çıxarsın. Bunlar indi belə davranmaqdan çəkinmirsə, sabah, Allah eləməmiş, ölkədə kimlərsə qarışıqlıq salmaq istəsə, onlara efir verməyəcəklərinə heç bir təminat yoxdur! Bu, bir dövlət təhlükəsizliyi məsələsidir və dərhal həllini tapmalıdır!
Sözardı: Yeri gəlmişkən, başqa internet bağlantısıyla yoxladım, Ailə TV göstərir. Deməli, problemi yaradan birmənalı şəkildə CityNet-dir!
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi