06-07-2016 [17:43]
Nadir QOCABƏYLİ
Drayzerin "Maliyyəçi" romanının nəşriyyata təhvil verdim. Bu əsər çevirmiş olduğum 35-ci kitab idi. Artıq tərcüməçilik fəaliyyətimi dayandırmaq istəyirəm. Bu haqda naşirə də yazdım. Yorulmuşam. İstirahət etmək imkanlarım da yoxdur. Yorğunluğumu başqa işlər görmək hesabına çıxarmağa çalışacağam. Bu ölkədə mənə görə iş olmadığı üçün dilini bildiyim qonşu ölkələrdən birinə getmək istəyirəm.
Oralarda məni nə gözlədiyini bilmirəm, amma gedəcəyəm. Ən azından peşman olub geri qayıda bilmək, "qədrini bilmədiyim günlərin" "həsrətini çəkmək" üçün.
Mən uşaqlıqdan yazıçı olmaq istəmişəm. Bunun bir səbəbi ədəbiyyata, kitaba maraq idisə, o biri də rüşvətə qarşı nifrətim idi. Çünki atamı məhz rüşvət verib-almağı yaxşı bacarmadığına görə işdən çıxartdılar və ondan sonra ailəmiz çox əziyyət çəkdi. Mən həmişə rüşvətsiz necə yaxşı yaşamağın yolları haqda düşünmüşəm və axırda qərara gəlmişəm ki, kitablarmdan aldığım qonorar bu imkanı verə bilər. Çünki sovet dövründə yazıçıların halal yolla babat yaşaması üçün az-çox şərait var idi. Tale elə gətirdi ki, onu da bizə öz əlimizlə yıxdırdılar.
Tərcüməçiliyi yazıçılıq yolunda bir mərhələ, yazı texnikamı təkmilləşdirmək üçün vasitə hesab etmişəm. Onunla daha çox məşğul olmağımın əsas səbəbi isə, cəmiyyətin yerli yazıçılardan çox əcnəbi müəlliflərə maraq göstərməsi, bu səbəbdən nəşriyyatların (yəni "Qanun" nəşriyyatının) tərcüməyə qonorar ödəməsi olub. Düzdür, bu qonorar az idi, amma heç olmamasından yaxşı idi.
Tərcüməçiliyi tərk etməyimə, bəlkə də, 5-10 nəfər təəssüflənəcək, amma bilirəm ki, bütövlükdə cəmiyyəti və dövləti narahat etməyəcək. Yəni əksəriyyətin vecinə olmayacaq. Bu təbiidir. Başqa cür olacağını zənn etsəydim, heç getməzdim də. Nəsimi demişkən, bu bazarda mənim matahımın müştərisi yoxdur, "bu matahı satmağa bir özgə bazar istərəm."
Buna görə, özümdən başqa heç kəsi qınamıram. Gərək vaxtında məşğul olmağa başqa sənət, yaşamağa başqa ölkə, yazmağa başqa dil seçəydim. Amma kaş ki əlimdə olsaydı.
Bu iş bizdə ən azı rentabelli deyil. Yəni təxminən ucqar və kasıb bir dağ kəndində qızıl mağazası açmaq kimi bir şeydir. Bu kəndin sakinlərini özlərinə zinət əşyaları ala biləcək qədər varlandırmağa çalışmaqdansa, o dükanı oradan böyük və zəngin bir şəhərin mərkəzinə köçürmək daha ağıllı və real işdir.
Bu işə dövlət qayğısı lazımdır, dövlətin də başı başqa şeylərə qarışıb.
Həmkarlar inciməsin, ancaq mən artıq Azərbaycanda tərcümə, ədəbiyyat, ümumiyyətlə yazı-pozuyla məşğul olmağı özüm üçün ciddi fəaliyyət növü saymıram. Əvvəlki bütün ümidlərim puç olub. Spekulyasiya isə mənlik deyil. Zatən ədəbiyyat spekulyasiya sevməz.
Mənim hazırda Rusiyada və ya Türkiyədə tərcüməçi, yazar kimi çalışmaq imkanım yoxdur. Çünki o dillərdən doğma dilim səviyyəsində istifadə edə bilmirəm. Ömür vəfa etsə, bəlkə də, 4-5 ilə öyrənə bilərəm. Amma bunu gələcək göstərəcək.
Mən öz gedişimi böyük itki də saymıram. Maşallah, gənc tərcüməçilərimiz də yetişir, yazarlarımız da. Təki xalqımıza və özlərinə faydalı ola bilsinlər. Mən bura qədər bacardım. Xalqım məni saxlaya, dövlətim də yardım edə bilmir, ya da istəmir.
Mənə çox ağırdır, amma başqa yolum da yoxdur. Tərcümələrimi, kitabımı, yazılarımı oxuyub bəyənənlərdən mənə dua etmələrini xahiş edirəm. Bəyənməyənlərdən üzr istəyirəm, çünki hər şey məndən asılı olmayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi