31-05-2016 [22:57]
İbrahim RÜSTƏMLİ,
Ehtiyatda olan polkovnik-leytenant, əməkdar jurnalist
Birinci yazı
Aprel döyüşlərinin şəhid qəhrəmanlarına ithaf
Ölkədə baş verən ən adi siyasi-hərbi silkələnmələr informasiya cəbhəsinin immun sistemini bir qayda olaraq risk zonasında məhşər ayağına çəkir.
Əsl düşmənimiz - qabarmalardan sonrakı nişanələr, tərəddüd, güman, şübhə kimi xarakterizə oluna biləcək çatlar isə daha çox sərtliyi ilə yadda qalır və heç bir güzəşt tanımır: qüsurları islah etmək üçün lazım olan zaman, şans, macal anlayışları ən zəruri ehtiyac bazasında öz məğlubiyyətini hərəkət dinamikasını itirməklə ifadə edir! Çünki (arxa cəbhədə) həvəskarlara xas kobud səhvlərin qarşısında bəzən (ön cəbhədə) hətta ən müasir hərbi biliklərlə yüklənmiş, yüksək çinli peşəkar hərbçilər belə tab gətirmir: Analar oğul, xanımlar ər, övladlar ata, Vətən ƏSGƏR itirir!..
Tariximizin ən böyük faciəsilə taleyimizin ən böyük ironiyası arasındakı fərq zamanın yuvarlaq qanunlarına boyun əymir. Əsl vətənpərvərlər vətənpərvərlik haqqında danışanların çörək ağacına çevrilib. Daha yaddan çıxmış həqiqətləri ötəri həzzlərin dəbdəbəli saraylarında axtarmaq heç kimin ağlına gəlmir. Hər gün oğru pişik kimi sevinə-sevinə evimizə daşıdığımız bərəkətin mayası şəhid qanı ilə yoğrulub. Di gəl, tox gödənimiz yaddaş mərəzimizin ağrı-acısını axıradək yaşamağa macal vermir. Dağdan ağır dərdlərimizlə yarımçıq doğulmuş uşaq kimiyik! Yoxsa bunu bilməyə nə vardı! Məglubiyyətimizin əsl ünvanı zəbt olunmuş torpaqlarımız, o torpaqlarda gecə-gündüz kiprik qapamadan düşmənlə göz-gözə dayanan oğullarımız deyil! Özündə cəsarət tapıb çirkli əllərini çamura atanlar sinirləndiyimi düşünməsinlər. Onsuz da Azərbaycan əsgərini mənim qədər mənən tanıyan, onun qəhrəmanlığına şəxsən şahidlik edən çox az yaradıcı adam var. Bu düşərgədə keçirdiyim iyirmi ildən artıq zaman kəsimi həyatımın ən şərəfli səhifəsi, qürur mənbəyidi. Çünki biz heç vaxt cəbhədə uduzmamışıq! Bu gün də uduzmuruq!..
Məglubiyyətimizin əsl ünvanı başkəndimizdi, başkəndimiz!
Bu qəfil və qəti nidanı məqamgirlərin "yeminə” çevirməmək üçün dərhal sual verirəm (çünki həyat məni həmişə ehtiyatlı olmağa vadar edib): İnformasiya cəbhəsinə xərclənən milyonlarla vəsait dövlətin sığorta haqqını, görəsən, niyə ödəmir?!! Görəsən müqayisəyə gəlməyəcək diqqət və qayğının müqabilində niyə bu haqq ölkənin birinci şəxsinə, Ali Baş Komandanına qaytarılmır! Çünki o vəsait delitantlarin əlinə keçən kimi öz həqiqi missiyasına, təyinatına xəyanət edir, forma və məzmununu itirir, yolunu azır! Hər fürsətdə özünü gözə soxan "poçt göyərçinləri”nin, fəxri ad, mənzil davasına qalxan media "maqnat”larının qazanc mənbəyinə, ailə büdcəsinə çevrilir. Və nəhayət, ən qısa müddətdə qarşımızda əsl qatil obrazında zühur edir! Bu qatili biz öz ocağımızın başında, öz əlimizlə, öz Vətənimiz üçün böyüdürük. Təəccüblənməyin...
Söhbət dövlətimizin, xalqımızın və ordumuzun informasiya təhlükəsizliyindən gedir, cənablar. İllərlə davam edən fasiləsiz təzyiq və təhdidləri ənənəvi güc mərkəzlərinə yönəltmək mərəzimizdən bəlkə əl çəkək!?; bəlkə daha çox ətrafımızdakılara şər-böhtan atmaqla yadda qalan həyat fəlsəfəmizi, yaşam tərzimizi, əxlaqımızı dəyişək!?; bəlkə ancaq yaxınlarımızı nəzərdə tutan əhatə dairəmizi genişləndirək!?; heç olmasa şəxsi ambisiyalarımızdan ötrü dəridən-qabıqdan çıxmağımızı vətənpərvərlik adlandırmayaq!..
Niyə başa düşmürsüz, daha hərbi libas geyinmək, hətta cəbhədə düşmənlə üz-üzə dayanmaq belə min illərlə tarixi olan bu ali insani dəyəri ifadə etməkdə yetərli deyil. İndi o, öz parametrlərini yuxusuz gecələrlə izlənən davamlı yaradıcılıq axtarışlarında, çevik düşüncə tərzində, fərqli görkəm və tərkibdə təqdim edir.
Başkənd düşünən başların, düşünən başlar isə informasiya cəbhəsinin paytaxtı olmalıdı! Reallıq hər gün yeni sürprizlərlə qarşımızı kəsir; öz həqiqi simasını, məqsəd və məramını yalançı cizgilərlə pərdələyir, diqqəti əsas hədəfdən ustalıqla yayındırır. Onun gücü məxfiliyindədi. Bu məxfilik reallığı döyüş səhnəsində daha çox amansızlığı və sərtliyilə yadda qalan bir düşmən obrazında formalaşdırır; inanılmaz ilğım effekti yaradır; görmək istədiklərimizlə gördüklərimiz arasındakı fərqi itirir. Reallıq hissini unuduruq. İnamla, fərəhlə addımladığımız yerdə, gözləmədiyimiz halda ayağımız qəfildən boşluğa düşür. Hər şey "bizə elə gəlirdi ki” adlı təhlükəli uçuruma yuvarlanır. Çünki həvəskar informasiya mühəndislərinin çiyni bu mürəkkəb konstruksiyalı müharibə səhnəsində məxfi kambinasiyalarla zəngin döyüş əməliyyatları üçün çox kövrəkdi, cənablar, çox kövrək...
Aprel döyüşləri Azərbaycan əsgərinin öz qanı ilə şəxsən möhürlədiyi və tarixin ixtiyarına buraxdığı çeşid-çeşid qəhrəmanlıq salnaməsinin nə birinci səhifəsidi, nə də conuncusu. Tələsməyin! O hələ bundan sonra da ən ucqar vətəndaşımızı belə özünə tanıdacaq çox ilklərə imza atacaq. Yulğun çubuğu ilə gerizəkalıların toz basmış mənini qədimi xalça kimi çırpacaq! Unudulmuş təkrarsız naxışlarla yurd insanına yeni nəfəs, yeni obraz gətirəcək! Vətənini, dövlətini, xalqını öz polad çiyinlərində bütün dünyaya haqq etdiyi qələbənin əsl ünvanı kimi daşıyacaq!
Çünki cəmiyyətin ən aparıcı simasına çevrilməkdə israrlıdı. Bu günün teatr səhnəsində o, baş qəhrəman obrazının ən dolğun ifaçısı, təşəbbüsü öz əlində saxlayan ideal gücdü. Ancaq hər şeyi bu əsgərin üstünə atmaq, taleyüklü problemlərin həllində yalnız onu hədəf seçmək əxlaq deqradasiyası kimi anlaşılar. Çünki onun da bizdən umduğu, bizdən gözlədiyi ciddi nəsnələr var. O nəsnələrin ən ümdəsini arxa cəbhədə informasiya təhlükəsizliyi kimi xarakterizə etməkdə və qabartmaqda fayda görürəm (ikinci yazıda bu barədə geniş bəhs olunacaq – İ.R.).
Ölkə prezidenti, Ali Baş Komandanın orduya davamlı diqqət və qayğısı, müdafiə nazirinin ənənəvi səngər həyatı ilə müşayiət olunan fədakarlığı fonunda biz az qala foto-albom, nekroloq səviyyəsində, baş girləmək kimi anlaşılan media taqımımızla səhra çıxışındayıq. Bəri başdan xəbərdarlıq edirəm, bizə soyuq müharibənin daha dəhşətli uğursuzluğunu tanıdanlar məlumatla informasiya anlayışları arasındakı fərqi tanımayanlar olacaq. Belələrini zamanında informasiya mətbəxinə "qab-qacaq yumağa, çörək doğramağa” göndərməsək, sonradan onların cansız cəsədi də öz həqiqi simasını gizlədəcək, Azərbaycan əsgərinin qəhrəmanlığına şərik çıxacaq. Çünki döyüş meydanlarında qorxudan ürəyi partlayıb ölənlərin də nəşi qalır...
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi