16-05-2016 [15:18]
Rövşən AĞAYEV, İQTİSADÇI-EKSPERT
Mərkəzi Bankın ən son statistikasına görə, son 1 il 3 ayda baş verən devalvasiyalar nəticəsində iki dəfə dəyərdən düşən manatın real mübadilə məzənnəsi 40%-dən çox ucuzlaşıb.
Milli valyutanın real məzənnəsi ticarət tərəfdaşı olan ixtiyari iki ölkədə əmtəələrin nisbi qiymətini əks etdirir. Bir az da sadə dillə desək, real valyuta məzənnəsi bir-birilə ticarət aparan ölkələrin valyutasının ala biləcəyi əmtəə səbətinin dəyəini əks etdirir.
İki müxtəlif zaman və ssenari əsasında real valyuta məzənnəsinin mahiyyətini və milli iqtisadiyyatın inkişafına təsirini nəzərdən keçirək.
Birinci ssenari. Təsəvvür edək ki, 100 maldan ibarət əmtəə səbətinin dəyəri Azərbaycanda 2015-ci ilin yanvarında 1000 manat - o zamankı məzənnə ilə 1270 dollar idi. Həmin vaxt Azərbaycanın ticarət tərəfdaşı olan ölkədə, məsələn, Gürcüstanda 2015-ci ili yanvarında həmin 100 əmtəədən ibarət səbətin dəyəri 2530 lari və ya 1150 dollar idi. Bu halda manat və larinin real mübadilə məzənnəsi 1.1-ə bərabər idi. Yəni üçüncü bir ölkə adıçəkilən 100 adda məhsuldan ibarət məhsulu idxal etməli olsa idi, Gürcüstanı seçəcəkdi. Çünki eyni pula 10% çox gürcü malı ala biləcəkdi.
Ümumiyyətlə, real mübadilə məzənnəsi 1-dən yüksək olduqda ölkənin ixracı sərfəli, məhsulları beynəlxalq bazarlarda rəqabət qabiliyyətli olmur.
İkinci ssenari. Təsəvvür edək ki, iki devalvasiyadan sonra manatın 2 dəfə dəyər itirməsi və həmin dövrdə inflyasiyanın 13% təşkil etməsi nəticəsində həmin əmtəə səbətinin dəyəri 1400 manat - yeni məzənnə ilə 900 dollar təşkil edir. Gürcü larisinin 10% ucuzlaşması və dövr ərzində baş verən 5%-lik inflyasiya nəticəsində həmin məhsulun dəyəri 2650 lari və yeni məzənnə ilə 1100 dollar təşkil edir. Bu halda manat və larinin real mübadilə məzənnəsi 0.82-ə bərabərdi. Yəni üçüncü bir ölkə adıçəkilən 100 adda məhsuldan ibarət məhsulu idxral etməli olsa idi, Azərbaycanı seçəcək. Çünki eyni pula 18% çox Azərbaycan malı ala biləcək. Real mübadilə məzənnəsi 1-dən aşağı olduqda ölkənin ixracı sərfəli, məhsulları beynəlxalq bazarlarda rəqabət qabiliyyətli olur.
Bu praktik məlumatlardan sonra real vəziyyətə baxaq: 2016-cı ilin 1-ci rübündə Azərbaycanın qeyri neft ixracı 45%-dək azalıb.
Manatın real məzənnəsinin az qala 45% ucuzlaşdığı şəraitdə ixrac gəlirləri də 45% ucuzlaşırsa, burada 2 səbəb versiyası mümkündür:
Ya bu ölkədə məzənnə siyasəti ilə real sektor arasında bütün əlaqə kanalları qapanıb və hökumət iqtisadi siyasəti əlaqələndirmək imkanlarını tam itirib. Ya da inhisarçı qiymətlər, sahibkarlıq fəaliyyətinə bürokratik müdaxilələr sayəsində məhsulların qiyməti o qədər yüksək olub ki, hətta 45%-lik real məzənnə ucuzlaşması belə yerli məhsulları başqa ölkələrin məhsullarından cəlbedici etmir.
Azərbaycanda hansı səbəbin həlledici olduğunu araşdırmaq çox mühümdür. Məsələn, 1-ci rübdə bitki və heyvan mənşəli yağların ixracı 11 dəfə azalıb. Bunun üçün ticarət tərəfdaşı olan bir sıra ölkələrdə bu məhsulların daxili qiymətlərinin dinamikasını müqayisə etmək çox vacabdi.
Manatın nominal ucuzlaşmasından iqtisadiyyatımız yüksək qiymətlər və beynəlxalq dəyər ölçüsü ilə milli sərvətin dəyərsizləşməsi səbəbindən.onsuz da itirib. Amma heç olmazsa, manatın real ucuzlaşmasından qazana biləcəklərimizi gərək qazanaq. Belə ki, yeni bazarlar qazanmaq və daha çox ixrac etmək hesabına.
baş verən iki devalvasiyadan sonra hələlik itkilərimiz 15-20 milyard dollardan az deyil. Söhbət dollar kreditləri, manat əmanətləri, valyuta ilə borclar, istehlak mallarının bahalaşması hesabına iqtisadiyyatın subyektlərinin itirdiklərindən gedir.
Potensial olaraq qazana biləcəklərimizdən isə hələlik hesaba gələn və gözə dəyən heç nə yoxdu ortada...
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi