15-01-2016 [20:09]
Vüsalə Mahirqızı
"APA Holding"in rəhbəri
Azərbaycan bu durumu 8 il gecikdirə bildi. Dünyanın 2008-ci ildən tanıdığı böhranı biz indi - 2016-cı ildə hiss etməyə başlamışıq. Əslində indi baş verənləri də tam mənasıyla böhran deyil, böhran ərəfəsi adlandırılmaq daha doğru olar. İndiki məqamda dövlətin, özəl sektorun, hətta sadə vətəndaşın da bütün cəhdi bu prosesin böhrana keçməsinin qarşısını almaqdan ibarət olmalıdır...
Məsələnin həlli üçün ilk mərhələdə görülməli olan iş ajiotaj yaranmasına imkan verməmək, baş verənlərin dünyada olanlarla düz mütənasib, əlaqəli olduğunu cəmiyyətə izah etməkdir. Bu mərhələdə psixoloji böhranın yaranmamasının ilk çarəsi cəmiyyəti görülən işlər barədə mütəmadi məlumatlandırmaqdır...
Əvvəla, ondan başlayaq ki, Azərbaycanda baş verənlər dünyadakı qlobal iqtisadi proseslərlə düz mütənasibdir. Yəni, Azərbaycan beynəlxalq birliyə tam inteqrasiya olunmuş ölkə kimi, dünyanın bir parçasıdır. Ölkə olaraq dünya ilə siyasi və iqtisadi bağlarını qoparmayıb, ona görə də qlobal məkanda baş verənlərin Azərbaycana da təsir etməsi tam təbiidir. Dövlət mənfi təzahürlərin ölkəyə daha gec çatması üçün profilaktik tədbirlər görə bilərdi və görüb. Elə bu tədbirlər nəticəsində qlobal məkanda başlamış iqtisadi və maliyyə böhranının Azərbaycana toxunmasını düz 8 il gecikdirə bildi. Cahanda gedən neft mübarizələri, nüfuz davaları, iqtisadi hökmranlığa nail olmaq üçün aparılan müharibələrdən ölkənin tamamilə bixəbər yaşaması və ya yan keçməsi mümkünsüzdü. Qısası, ölkənin qlobal böhrandan kənarda qalması bütün düsturlarla mümkün deyildi.
İndiki halda mümkün olan isə bu prosesdən daha az ağrı ilə çıxa bilmək, dayanmadan tədbirlər həyata keçirmək, cəmiyyəti baş verənlərin gerçək mahiyyəti ilə bağlı mütəmadi məlumatlandırmaqdır.
Dövlət öz işini görür. Lisenziyaların ləğv edilməsi, gömrük sektorunda islahatlarının sürətləndirilməsi, sahibkarlıq müəssisələrində qanunsuz yoxlamalar keçirən struktur rəhbərlərinin ciddi cəzalandırılması, bu tip yoxlamalara iki il müddətinə moratorium qoyulması, un və un məmulatlarının satışı və istehsalının Əlavə Dəyər Vergisindən azad edilməsi, süni qiymət artımı ilə bağlı mübarizə mexanizmlərinin işə salınması vəziyyətdən çıxmaq üçün atılmış ilk praktik addımlardır. Bu addımlar artıq özünün ilkin müsbət nəticəsini də verib, bazarlarda, marketlərdə xeyli ucuzlaşma olub. Ucuzlaşma prosesi tətbiq edilən iqtisadi mexanizmlərin nəticəsi olaraq davamlı xarakter daşımaqdadır.
Əhəmiyyətli məqam odur ki, dövlət bu vəziyyətdən çıxmaqla yanaşı, özəl sektorun inkişafını stimullaşdıran addımlar atır. Əslində beynəlxalq təcrübədə belə məqamlarda dövlətin öz rezervlərindən istifadə etməsi kimi təcrübələr mövcuddur. Böhran məqamlarında həmin təcrübələrdən inkişaf etmiş Avropa ölkələrində belə istifadə olunub. Məsələn, taxılın strateji məhsul olaraq, tamamilə dövlətin inhisarına alınması, yaxud qida təhlükəsizliyini təmin etmək üçün zəruri ərzaq mallarının dövlət nəzarətində istehsal və satışı, ya da istehlak mallarının qiymətinin böhrandan əvvəlki həddə dondurulması kimi mexanizmlər var.
Azərbaycan dövlətinin də bu mexanizmləri tətbiq etmək üçün kifayət qədər güclü resursları mövcuddur. Məsələn, dövlət bir neçə il əvvəl Taxıl Fondu yaradıb və həmin fondda ölkənin ehtiyatları üçün kifayət qədər taxıl toplanılıb. Bu faktı bir neçə gün öncə Dövlət Taxıl Fondunun rəhbəri də təsdiqləyib. Unun qiymətinin bahalaşmasının qarşısını almaq üçün dövlət ya ehtiyat taxıl rezervlərindən istifadə edə, ya bu məhsulları ƏDV-dən azad edə bilərdi. Dövlət bu rezervdən istifadə etməklə qiyməti endirmək yolunu seçmədi, sahibkarlığın inkişafı və özəl sektorun yaşaması üçün bu məhsulları əlavə dəyər vergisindən azad etdi. Nəticədə bu gün etibarilə regionun ən ucuz un satılan ölkəsi Azərbaycandır.
Eynilə Dövlət Neft Fondunda kifayət qədər ehtiyat var. Yaddan çıxarmayaq ki, dövlətin aktivləri təkcə valyuta ehtiyatları formasında deyil. Ölkənin qızıl ehtiyatı, xarici ölkələrdəki aktivləri və əmlak aktivləri var. Dövlət böhran anlarında bu rezervlərdən dərhal yararlana bilər.
Görülən işlər bununla yekunlaşmır. Azərbaycanın xarici siyasət kursundakı son addımları həmçinin ölkənin daha geniş sərmayə cəlb etməsinə, aşağı faizli kreditlər almasına da yardımçı ola biləcək.
Üstəlik, proses təkcə Azərbaycanda baş vermir. Hazırda qonşu ölkələrdə gedən proseslər də həmin ölkələrin valyutalarının dəyərdən düşməsinə səbəb olur. Deməli, orada baş verən sürətli ucuzlaşma Azərbaycan bazarlarına da təsir edəcək. Sahibkar ucuz qiymətə aldığı məhsulu burda da öz xərclərini üstünə gəlməklə indikindən ucuz qiymətə satacaq (əlbəttə, belə məqamda süni qiymət artımına yol verilməməsi zəruridir). Eyni zamanda son devalvasiyadan, üzən məzənnəyə keçiddən sonra yaranan panik durum da keçəcək. Cəmiyyətdə, insanların həyat tərzində əvvəlki stabilləşmə bərpa olunacaq. Necə deyərlər, zaman öz işini görəcək.
Bütün bunların baş verməsi üçün şəffaflığın təmin edilməsi, bürokratik əngəllərin tamamilə aradan qaldırılması ilə bağlı addımların ardıcıl xarakter almasına ehtiyac var. Bu vacib amili Azərbaycan prezidenti İlham Əliyev bütün çıxışlarında qeyd edir. Aparılan islahatlar onu deməyə əsas verir ki, bu prosesin davam etməsi üçün siyasi iradə var. Deməli, vəziyyətdən çıxmaq, həm də ölkəni keyfiyyətcə yeni bir mərhələyə çıxarmaq, inkişaf etdirmək üçün yaxşı fürsətlər yaranıb.
Gələn informasiyalar və atılan addımlar dövlətin planının indiki halda vəziyyətdən çıxmaqdan daha çox inkişafa, ölkədə liberal mühitin artırılmasına yönəldiyini deməyə əsas verir. Burada diqqət etməli əsas və müsbət məqam odur ki, Azərbaycan bütün inkişaf strategiyasını yalnız daxili resurslarına və öz gücünə əsaslanaraq qurub. Heç bir halda Ermənistan kimi ianə gözləmir, xarici borclara, yardımlara ümid bəsləmir.
Bəzi "fəlakət çağırışçıları"nın sevinci əbəsdir. Azərbaycan fəlakət astanasında deyil. Real vəziyyətin soyuq başla, qərəzsiz və təmkinli təhlili ölkədə aclıq, qıtlıq, sosial çöküş yaşanmayacağını göstərir. Əksinə, ölkə keyfiyyətcə yeni mərhələnin başlanğıcındadır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi