12-01-2016 [09:47]
Teyyub Qənioğlu,
iqtisad elmləri namizədi, dosent
Hökumətin apardığı yanlış iqtisadi siyasətin acı nəticələri özünü biruzə verməkdədir. Bu günün sonunda valyutadəyişmə məntəqələrində dolların alış qiyməti 1.68-1.77, satışı isə 1.78-1.85 manat arasında cərəyan edib.
Bu, əslində, son 10 ayda manatın öz məzənnəsini 2.4 dəfə itirməsi deməkdir! Dünyada milli valyutası belə qısa müddət ərzində bu dərəcədə ucuzlaşan ikinci ölkəyə rast gəlmək mümkün deyildir!
Qəribədir ki, həm ölkənin iqtisadi, maliyyə siyasətinə cavabdeh olan məmurlar, həm də bəzi "ekspertlər” manatın öz dəyərini kəskin şəkildə itirməsini neftin ucuzlaşması ilə əlaqələndirirlər. Təbii, manatın öz dəyərini itirməsinin arxasında neftin ucuzlaşması dayanır.
Bəs, harada qaldı "analoqu olmayan inkişaf”, "qeyri-neft sektorunun sürətli artımı”?
Manatın kəskin şəkildə dəyərdən düşməsini neftin ucuzlaşması ilə əlaqələndirilməsi ölkənin iqtisadi-maliyyə siyasətinə cavabdeh olanların məsuliyyətdən yayındırılmasına hesablanmayıbmı? Hər kəsin yaranmış böhran vəziyyətindən tezliklə çıxmaq üçün hökumətdən təcili və ciddi islahatlar, tədbirlər gözlədiyi halda əslində nə baş verir?
Heç nə baş vermir və ya:
- bütün sahələrdə (istehsalda, ticarətdə, xarici iqtisadi əlaqələrdə və s.) inhisarçılıq davam edir;
- ölkə qanunvericiliyinə zidd olaraq məmur sahibkarlığı davam edir. Azərbaycanda bizneslə məşğul olmayan aşağı-yuxarı vəzifə daşıyan bir dövlət məmuruna rast gəlmək mükün deyildir;
- bank sektoru təmamilə yüksək vəzifəli dövlət məmurlarının nəzarətindədir;
- əhalini gündəlik tələbat malları ilə, dərmanlarla təchiz edən iri təchizat şirkətləri, eləcə də pərakəndə satış kanalları yüksək vəzifəli dövlət məmurlarının və ya onların qohumlarının nəzarətindədir;
Qeyd edilənlərin nəticəsidir ki, dolların bahalaşması nəticəsində banklardan dollarla kredit alan vətəndaşların kredit yükünün ağırlığı təmamilə onların üzərinə atılıb və banklar heç bir itkiyə (kreditlərin ödənilməsinin nisbətən gecikməsi nəzərə alınmazsa) məruz qalmırlar. Əhalini gündəlik tələbat malları ilə təçhiz edən həm topdansatış, həm də pərakəndəsatış kanalları da nəinki heç bir itkiyə məruz qalmırlar (yenə də dövriyyənin zəifləməsi nəticəsində zaman etibarı ilə mənfəətin gec əldə edilməsi nəzərə alınmasa), əksinə qiymətləri kəskin artırılması nəticəsində hətta əlavə gəlir əldə etmiş olurlar. Deməli, reallıqda manatın sürətlə üçuzlaşmasının yükü təmamilə əhalinin üzərinə atılıb, bu isə qətiyyən yolverilməzdir!
"Ya zəlzələdən, ya da vəlvələdən” yaranmış böhran vəziyyətindən çıxmaq, böhranın doğurduğu yükün əhali, dövlət və sahibkarlar arasında optimal bölüdürülməsi yollarını müəyyən edib həyata keçirmək əvəzinə görün nələr baş verir:
- yaranmış böhran vəziyyətindən çıxış yollarının tapılması və reallaşdırılması yenə də ölkəni bu maliyyə-iqtisadi böhran həddinə çatdıranlara həvalə edilir;
- inhisarçılığın, süni qiymət artımının qarşısının qətiyyətlə alınacağı bəyan edilsə də, reallıqda bu sahədə heç bir tədbir görülmür və ya görülürsə də hiss edilmir;
- Mərkəzi Bankın rəhbərliyi əhali ilə "siçan –pişik” oyunu oynayır, əhalinin başını aldatmaqla məşğuldur - bir yandan manatın yeni devalvasiyasının gözlənilmədiyini bəyan edir, o biri yandan ölkədə fəaliyyət göstərən banklarda dolların kursunun müəyyənləşdirilməsinə heç bir müdaxilə etməyəcəyini bildirir, amma dollar/manat məzənnəsini müəyyənləşdirir, digər yandan valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi ilə bağlı banklara məktub göndərir!
Təəssüf, bu qədər əmək ehtiyatlarına, təbii sərvətlərə, əlverişli coğrafi regionda yerləşməsinə baxmayaraq, yarıtmaz iqtisadi siyasət nəticəsində ölkəmiz ağır böhran vəziyyətinə düşmüşdür. Ancaq vəziyyət heç də ümidsiz deyildir. İndiki böhranın yükünün nisbətən azaldılması, perspektivdə aradan qaldırılması üçün Azərbaycanda kifayət qədər potensial imkanlar vardır. Bunun üçün təcili olaraq, ciddi, real siyasi-iqtisadi islahatlara başlamaq lazımdır.
İlk növbədə:
- ölkənin maliyyə-iqtisadi siyasətinə cavabdeh olan, vəzifələrinin öhdəsindən gəlməyənlər istefaya göndərilməli, onlar peşəkarlarla əvəz edilməlidir;
- məmur sahibkarlığına son qoyulmalı, Azərbaycan qanunlarına uyğun olaraq məmurlara biznes fəaliyyəti ilə məşğul olmaq qadağan edilməli və buna ciddi nəzarət edilməlidir. Qanunu pozanların mülkiyyəti milliləşdirilməlidir;
- süni qiymət artımının qarşısının alınması üçün təsirli tədbirlər görülməli, buna mane olanlar maliyyə və inzibati qaydada ciddi cəzalandırılmalıdır;
- gömrükdə şəffaflıq artırılmalı, sahibkarların, vətəndaşların haqsız "incidilməsinə” son qoyulmalıdır;
- vergi məmurlarının, icra başçılarının sahibkarlardan tələb etdikləri qanunsuz yığımların qarşısı ciddi şəkildə, real olaraq alınmalıdır, sahibkarlıq fəaliyyətinə himayədalığın qarşısı alınmalıdır;
- ən əsası-sahibkarlıq fəaliyyətinin formalaşması, inkişafı qarşısında mövcud süni əngəllər real olaraq aradan qaldırılmalıdır, yerli təbii şərait, təbii ehtiyatlar, mövcud ənənəlr, əmək ehtiyatları nəzərə alınaraq regionlarda sahibkarlığın inkişafı, xüsusilə də, istehsal sahələrində, stimullaşdırılmalıdır;
- ölkədə böhran vəziyyətinin mövcudluğu, işsizliyin günbəgün artdığı şəraitdə dövlət müəssisələrində işçilərin ixtisarı dayandırılmalı, bu həm də, sahibkarlara tövsisiyyə olunmalıdır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi