17-02-2015 [13:02]
Hörmətli Oqtay müəllim, yeni iş gününə bir jurnalistin müraciətini oxumaqla başladığınız üçün sizə təşəkkür edirəm. İnanıram ki, cəmi bir neçə dəqiqə vaxtınızı aldığım üçün mənə əsəbləşməyəcəksiniz. Jurnalistlərin ayrı-ayrı hökumət üzvlərinə müraciət etməsilə bağlı təcrübə dünyanın hər yerində var. Əgər üzləşdiyimiz problemin həlli daha aşağı instansiyalarda mümkün olsaydı, bu sətirləri yazıb, vaxtınızı almayacaqdım. Təxminən 3-4 ay davam edən səylərimiz heç bir nəticə vermədiyinə görə sizə müraciət etmək məcburiyyətində qaldım.
Cənab nazir, sizə neçə vaxtdan bəri ölümlə üzbəüz qalmış Gülnar Əliyevanın acınacaqlı taleyi barədə məlumat vermək istəyirəm. Gülnar hələ çox gəncdir, onun 20 yaşı yenicə tamam olub. Səhhətində ciddi problem olduğu üçün doyunca deyib-gülə, əylənə bilməyib. Həkimlər deyirlər ki, Gülnarın bu dünyada sayılı günləri qalıb...
Çox hörmətli Oqtay müəllim, müraciət etdikləri klinikada Gülnar Əliyevaya kəllədaxili qansızma diaqnozu qoyulub. Ailəsinin və qohumlarının fədakarlığı sayəsində o, bir dəfə əməliyyat olunub. Həkimlər Gülnarın yaşaması üçün ikinci əməliyyatın qaçılmaz olduğunu deyirlər. Müraciət etdikləri özəl klinika bu əməliyyatı həyata keçirmək üçün 6290 manat vəsait tələb edir. Bu vəsaiti ödəmək isə Gülnarın ailə üzvlərinin və yaxınlarının imkanı xaricindədir.
Hörmətli nazir, Gülnar Əliyeva məcburi köçkündür. 20 il əvvəl yataqxanada dünyaya gələn bu qızcığaz uşaqlıq və gənclik illərini darısqal və rütubətli yataqxana otağında keçirib. Amma Əliyevlərin faciəsi təkcə doğma yurd-yuvalarından, isti ocaqlarından didərgin düşməklə bitmir. Gülnarın atası Novruz kişi şəkər xəstəsi olduğu üçün bir neçə il əvvəl ayağının birini kəsiblər. Qardaşı isə ötən il istehsalatda keçirdiyi qəza zamanı gözünün birini itirib. Zavallı ana isə 10 ildən çoxdur ki, yataq xəstəsidir.
Cənab nazir, Gülnarın atası Növruz Əliyev mətbuat vasitəsilə sizə müraciət etmək istədiyimi eşidəndə təəccüblə üzümə baxdı. Bu da səbəbsiz deyil. Çünki Novruz kişi neçə vaxtdan bəri məndən xahiş edir ki, onu ya telejurnalist Zaur Baxşəliyevin müəllifi olduğu "Öz aramızda” verilişinə, ya da Elgiz Əkbərin apardığı "Adam içində” proqramına çıxarım. Təəssüf ki, bu istiqamətdə göstərdiyimiz bütün səylər nəticəsiz qaldı. Zaur Baxşəliyev zavallı qocanı, verilişin daimi eksperti, jurnalistlərin yaxşı adam kimi xarakterizə etdikləri İçərişəhər "Cümə” məscidinin axundu Hacı Surxay isə məni aldatdı.
Hörmətli Oqtay müəllim, indi söz sizindir. Siz Gülnar Əliyevanın əməliyyatını dövlət xəstəxanalarından birində həyata keçirməklə sübut etməlisiniz ki, bu ölkədə xəstələrin ümid yeri zaurlar, elgizlər deyil, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyidir. Buna təkcə Sizin və rəhbərlik etdiyiniz nazirliyin deyil, həm də bizlərin, bu ölkənin sadə vətəndaşlarının çox böyük ehtiyacı var. Odur ki, sizdən Gülnar Əliyevanın Səhiyyə Nazirliyinin tabeliyində olan xəstəxanaların birində pulsuz əməliyyat olunması üçün müvafiq göstərişlər verməyinizi xahiş edirəm.
Hörmətli cənab nazir, aydın məsələdir ki, Gülnar və ailəsi edəcəyiniz bu yaxşılığın əvəzini heç vaxt çıxa bilməyəcək. Həyatı taleyin ümidinə buraxılmış zavallı Gülnarın, bir ayağını itirmiş qoca atasının, bir gözündən məhrum olmuş binəva qardaşının, uzun illərdən bəri yataq xəstəsi olan çarəsiz anasının, o cümlədən, telejurnalist həmkarları tərəfindən dəfələrlə aldadılmış bəndənizin gücü ancaq dua etməyə çatır. Gülnarı həyata qaytaracağınız təqdirdə bir ömür boyu sizə və sevdiklərinizə duaçı olacağıq...
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi