23-10-2014 [14:27]
Şərif Ağayar
Dünən ANS-in "Günəbaxan” verilişində aparıcı Kamran Həsənli ilə yaşananlar sosial şəbəkədə və bəzi saytlarda geniş maraq, müzakirə, hətta qəzəb, kin və etiraz doğurdu. Olsun. Əslində ictimaiyyətin hər hansı məsələdə aktivlik göstərməsi sevindirici haldır.
Di gəl ki, bəziləri bulanıq suda balıq ovuna çıxdılar. Hənəkdən, ya dəyənəkdən mənimlə münasibəti olmayan, məni sevməyən, varlığımı və yazılarımı qəbul etməyən, mövcudluğuma görə qıcıqlanan insanlar ağzına gələn hərzəvü-hədyanları yazdılar, təhqir eləməkdən, aşağılamaqdan çəkinmədilər. Buna da eyvallah! Nə edək? Virtual azadlıq sizə elə-belə gəlməsin. Adam işdə və ya evdə oturub kompüterin arxasında, özünü qəhrəman hesab edir. Nə istəyir, onu da yazır.
Bunlar mənə o qədər də təsir eləmir. Amma elə prinsipial məsələlər var ki, aydınlıq gətirmək məcburiyyətindəyəm. Mənə səmimi münasibət bəsləyən, tənqidində, iradında insani kontekstdən çıxış edən bəzi dostların və oxucuların zəndi yanılmasın deyə...
Bunun birincisi mənə dəfələrlə irad tutulan "Əli və Nino”nun sahibi Nigar Köçərli ilə olan kitab-rəf mübahisəsidir ki, Kamran Həsənli söhbətində bir daha xatırlatdılar. Məsələ çox sadədir: "Əli və Nino” mağaza ilə əməkdaşlıq etməyən nəşriyyatlarda çap olunan kitablara qarşı laqeyddir. Bizim kitablarımız onsuz da çox satılmır, bunu bilirik. Amma dəfələrlə oxucular zəng edib kitablarımı mağazada tapmadıqlarını söyləyiblər. Kitablar görünən yerlərə qoyulmur, rusdilli satıcılar isə ümumiyyətlə bu kitabların varlığından xəbərsizdir. Mən, təcrübədən çıxış edərək, bu iradı Nigar xanıma onun "Azərbaycandilli yazarların kitabı satılmır” mühakiməsinə qarşılıq olaraq bildirmişəm. Bu dialoqu "rəf davası” kimi yozmaq, mənim şəxsimdə adamlarda əsərin məzmunu və səviyyəsini, maraqlılıq dərəcəsini mağazada yerləşdiyi yerə göyə təyin edən yazar təəssüratı yaratmaq əclaflıqdır.
Buna bənzər daha bir nüans: guya mən Kamran Həsənli ilə dava edirəm ki, niyə məni tanımırsan? Adamın vicdanı olar! Veriliş tam şəkildə yoxdur, mənim aşağılanmağa dözməyib etiraz etdiyim 8 dəqiqəlik hissəyə baxıb fikir yürütmək doğru deyil. Veriliş başlamamış Kamran Həsənli ilə qonaq otağında bir yerdə olmuşuq, heç nə soruşmayıb, heç nə ilə maraqlanmayıb. Efir başlayan kimi orta məktəb şagirdləri kimi adımızı soruşub... Dinməmişəm. Sözümü ədəbsizcəsinə kəsərək, dəxilsiz suallar verib və fikrimi tamamlamamış efiri reklama bağlayıb. Mübahisə zamanı bir də "Bunun adı nə idi?” sualını verəndə haqlı olaraq iradımı bildirmişəm ki, adam tanımadığı adamı verilişinə çağırmaz!
Kitabımın harda qoyulub satılması, kamranların məni tanıyıb-tanımaması zərrəcə umurumda deyil. İnanın, mağazalara verdiyim kitabların son haqq-hesablarını belə etməmişəm. Bütün müqavilə sənədlərini itirmişəm. Mən nəinki kitabımı, hətta özümü layiq olduğum yerdən bir addım arxada saxlamağı bacarmışam həmişə. Karyerada da, yaradıcılığımda da! Və bəzilərinin düşüncəsinə görə "kassanın yanında yer axtardığım” kitabları oxusanız, görərsiniz ki, olduqca sadə, səmimi və təvazökar yazılar var orda. Mən ən azı ədəbiyyatda halallığı, doğruluğu, həqiqəti qoruyub saxlamaq iddiasındayam. Amma etiraf edim ki, bu asan başa gəlmir mənim üçün.
Məni sevməyən, dostluqdan silən, düşmənçilik edən, görəndə salam verməyən, orda-burda şərəfsizcəsinə dalımca danışan bir sürü adam var. Bunların mütləq əksəriyyəti bulunduğum istiqamətdən halal sözü onların istedadsızlığından, saxtakarlığından, əxlaqsızlığından, düşüklüyündən qoruduğum üçündür.
O ki qaldı dünənki ANS qovğasına... Qısa özətini verim. Bəli, efirə getməməli idim. Amma getdim. Düşündüm ki, özümüzük, imkandan istifadə edib sözümüzü deyərik. Təəssüf ki, gedib orda bir tamada, iki toyxana müğənnisi, düşük mahnılara yerində oynaqlayan studiya auditoriyası gördüm və bunu sifətlərinə çırpdım. Ona görə dava düşdü, polemika alınmadı. Dava düşdüyü üçün də qaçmağı özümə sığışdırmadım.
Bu qədər bəsit...
Sonda üzümü heç bir günahım olmadan məni aşağılayan, təhqiramiz ifadə yazan FB əhlinə tuturam: Kamran Həsənli sizdən yüz dəfə dəyərlidir!
Kulis.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi