İNTELEKTUAL QIŞ YUXUSU və ya AMEA-da “Kollektiv Horizontal Təfəkkür Konfransı”
25-02-2026 [22:51]
Kəbutər Hakverdi,
Xüsusi olaraq Mia.az üçün
***
Bu gün Azərbaycan elminin tarixində mühüm hadisə baş verdi. Elmin zirvəsində qərarlaşmış alimlər kollektiv şəkildə dərin meditasiya vəziyyətinə keçərək düşüncə enerjisini qənaət rejiminə aldılar.
Belə anladıq ki, elm ayıq zehniyyət tələb edir. Lakin Azərbaycan elminin indiki vəziyyətndə oyaq olmaq artıq lüks sayılır. Çünki ölkənin elm elitası bu gün sübut etdi ki, ən böyük intellektual akt – kollektiv yuxudur. AMEA-da bu gün ilk dəfə olaraq “Kollektiv Horizontal Təfəkkür Konfransı” keçirildi. Təcrübənin məqsədi sübut etmək idi ki, ideyalar yalnız kollektiv xorultu vəziyyətdə doğulur.
Akademik Xorultu Harmoniyası
AMEA-nın iclas zalında hökm sürən səssizlik adi sükut deyildi — bu, strateji səviyyəli, planlı və sinxronlaşdırılmış intellektual fasilə idi. Sosial mediada yayılan foto-biabrçılıqdan da görünür ki, söhbət sıradan yorğunluqdan getmir. Bu, “Akademik Horizontal Təfəkkür Modeli”nin ilk praktik tətbiqidir.
Modelin əsas prinsipi sadədir: beyin ayıq olanda çox şey düşünə bilər, lakin yuxu vəziyyətdə dövlət miqyaslı ideyalar formalaşır. Zalın ümumi mənzərəsi isə təsadüfi deyildi. Bəziləri bunu yuxu adlandırsa da, ekspertlər bunun kollektiv REM – bədən yatmış. Beyin isə oyaq- mərhələsinə nəzarətli keçid olduğunu vurğulayırlar. Çünki böyük kəşflər, məlum olduğu kimi, ya hamamda –(Evrika qışqıran kişinin adı yadımdan çıxdığı üçün yaza bilmədim hə, xatırladım Arximed), ya da yuxuda doğulur. Beləliklə, ölkənin elmi elitası bu gün sübut etdi ki, düşünmək üçün bəzən gözləri yummaq kifayətdir.
Açıq qalan isə yalnız bir sualdır: görəsən bu qədər dərin təfəkkür zamanı hansı yeni nəzəriyyələr dünyaya gəldi?
ELMİ FACİƏ
İclas zalından çəkilmiş fotoların yayınlanmasının ardından dərhal reaksiya da gəldi: ayıb imiş, alim adamlarmışlar və daha nə mışlar, müşlər…
Təbii ya uzun illərin elmi yükünü çiyinlərində daşımış konfrans salonlarının ən ön sıralarında oturan beyin mərkəzinin vintləri. Yorulublar. Lakin məsələ ayrı-ayrı insanların yorğunluğunda deyil. Məsələ mənzərənin yaratdığı simvoldadır. Çünki elm cəmiyyət üçün düşünmənin rəmzidir. İclas zalında kollektiv yuxu isə istər-istəməz başqa sual doğurur: əgər ayıq qalmalı olan institut yatırsa, o zaman ayıq qalmaq kimin payına düşür? (Zalım uşağı heç olmasa biriniz oyaq qalsaydınız o birisini dürtüb yuxudan oyadardınız.) Bəlkə də bu görüntü təsadüfi deyil. Bəlkə bu, uzun illər davam edən bürokratik monotonluğun təbii nəticəsidir. Söz çox, hesabat çox, protokol çox — amma fikir yorulub. Bəzən sistem o qədər mexaniki işləyir ki, insan orada iştirak edir, amma düşüncə afsaytta qalır.
Yuxu burada fiziki haldan çox, metaforadır. İdeyaların dövriyyəyə buraxılmadığı, mübahisənin risk sayıldığı, təşəbbüsün ehtiyatla qarşılandığı mühitdə şüur özünü müdafiə rejiminə keçir. Bədən iclasa qatılır, ruh isə fasiləyə çıxır. Və ən ironik tərəfi budur ki, sosial mediada yayılan görüntü insanları məhz oyatdı. Bəlkə də bu iclasın ən böyük nəticəsi hansısa qərar yox, ictimai reaksiya oldu. Çünki bəzən bir şəkil yüz protokoldan daha çox sual yaradır. Problem alimlərin yatmasında deyil. Problem odur ki, heç kim elmə nümunə kimi baxmır komediya kimi qəbul edir. Nümunə burnunu sallayıb qış yuxusuna gedəndə cəmiyyət təccüblə müşahidə etməyə məcbur olur. Elm tribunal deyil. Elm istiqamətdir. İstiqamət isə yatmış vəziyyətdə göstərilmir. Əgər fikir istehsal etməli olan məkan kollektiv sükuta qərq olursa, bu artıq yorğunluq yox, sistemik keyimədir. Keyimənin bir şəkli də yuxudur. Bəlkə də bu mənzərə ən azı bir həqiqəti açıq göstərdi: bina ayaqdadır, kürsülər yerindədir, mikrofonlar işləyir… amma intellektual dinamika 0.
Tarixdə xalqları zəif salan fiziki yoxsulluq olmayıb. Bu zəfliyə səbəb olanlardan ən təhlükəlisi zehni arxayınlıq olub. Çünki insan yatanda özü zərər görür, amma institut yatanda gələcək zərər görür. Sosial mediada yayılan şəkillər bir epoxanın fotokadrı kimi yaddaçlara köçəcək. Bu mənzərə institusional komanın vizual təsviridir. Çünki fərd yorula bilər, amma institutun yuxuya getməsi artıq sistem problemidir.
Elm susanda cəmiyyət danışır; elm yatanda isə gələcək sükuta qərq olur. Daha təhlükəlisi də var - sükutun normaya çevrilməsi: ziyalımızın “alim adamlardı ayıbdır” deməsi. Doğurdanmı ayıb imiş. Nə olsun ki, kütləvi şəkildə yuxlayırlar. Maraqlıdır kimisə oyatmaq mümkün olacaqmı, yoxsa artıq hamımız bu komanın içində öz payımız qədər rahatlaşmışıq?
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi