“Yaxşı etmişəm Elza Seyidcahanı..." - Anardan əsəbi açıqlama

img

17-02-2026 [12:51]


“Yazıçı öz kitabını küçədə sata bilər. Kim istəyirsə satsın da. Bunu məndən niyə soruşursunuz ki? Mən kitablarımı küçədə satmıram. Bilmirəm buna qanun icazə verir yoxsa yox? Bunu yaxşı olardı ki, aidiyyatı qurumlardan soruşasınız. Bircə onu deyə bilərəm ki, yazıçının kitablarını küçədə satması onun imicinə xələl gətirmir. Bu sadəcə şəraitsizlikdən belədir”.

Mia.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib.

Bir neçə gün öncə Rəşid Mahmudov Medianews.az saytına verdiyi müsahibədə əməkdar artist Elza Seyidcahanı birliyə üzv etdiyinə görə yazıçını qınayaraq “Onun ən böyük təqsiri yazıçımız Anara düşür ki, onu Yazıçılar Birliyinə üzv edib. Ayıbdır!” ifadələrini işlətmişdi. Anar isə Rəşid Mahmudova qısa cavab verib:

“Yaxşı etmişəm Elza Seyidcahanı Yazıçılar Birliyinə üzv etmişəm” deyə qısa cavabla kifayətlənib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA