Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."

img

16-02-2026 [20:32]


"Instagram" fenomeni Bayram Nurlu siyasətə qoşulacağı barədə yayılan xəbərlərə münasibət bildirib.

Fenomen yayılan xəbərlərin əsassız olduğunu söyləyib:

“Heç bir siyasi fəaliyyətim yoxdur. Fenomenəm, blogerəm. İşim budur. Mənə səhərdən zənglər gəlir. Bilmirəm bu xəbəri kimlər nə məqsədlə yayır. Siyasətə qoşulmuram. Elə fikrim də yoxdur. Yalan xəbərdir”.

Qeyd edək ki, sözügedən xəbəri Demokrat.az yayıb.

Bildirilib ki, Bayram Azərbaycan Demokratik Maarifçilik Partiyasına üzv olmaq üçün müraciət hazırlayıb.

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri hazırda Milli Məclisin deputatı kimi də fəaliyyət göstərən Elşən Musayevdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA