Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu - FOTOLAR
16-02-2026 [10:45]
Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyində Azərbaycan Səfirliyinin və "Sholumi” Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə "Əsrlərdən gələn ənənə” filminin təqdimat mərasimi keçirilib. Rejissoru Rüfət Əsədov olan sənədli ekran əsəri Azərbaycan və İsrail kinematoqrafçılarını birgə istehsalıdır(prodüser Shaul Siman-Tov(İsrail).
Mia.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikasının İsrail Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Muxtar Məmmədov İsrail xalqı ilə Azərbaycan arasında çoxəsrlik dostluq və qarşılıqlı hörmətə əsaslanan əlaqələrin son illər ərzində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini məmnunluqla vurğulayaraq Rüfət Əsədovun filminin iki xalq və ölkə arasındakı münasibətlərə böytük töhfə verəcəyinə əminlik ifadə edib.
Rüfət Əsədov Azərbaycanın əsrlər boyu Şərq və Qərb mədəniyyətlərinin, müxtəlif sivilizasiyaların qovuşduğu, multikulturalizm və tolerantlıq nümunələrinin yaşadığı məkan olduğunu diqqətə çatdıraraq ərsəyə gəlin filmin də məhz bu nümunələri əks etdirdiyini bildirib.
Sözügedən filmin növbəti təqdimatı Azərbaycan-İsrail Beynəlxalq Assosiyasiyasının və "Sholumi” Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Qüds şəhərində keçirilib. Tədbirdə Qüdsün müxtəlif icmalarının nümayəndələri iştirak edib.
Qeyd edək ki, film xalçaçı-rəssam, kolleksioner, dağ yəhudilərinin mədəni irsinin tədqiqatçısı Albert Rəfiyevin yaradıcılığı haqqındadır. Əslən Quba rayonunun Qırmızı qəsəbəsindən olan filmin qəhrəmanı öz yaradıcılığında Azərbaycan və yəhudi xalqlarının mədəniyyətlərini birləşdirir. Onun əsərlərində Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin sülh şəraitində yaşadığı, multikulturalizm və tolerantlıq ənənələrinin yüksək səviyyədə olduğu bir ölkə olaraq tərənnüm edilir.
Film artıq bir neçə ölkədən - Amerika Birləşmiş Ştatları, Almaniya, Nuderland, Çexiya, Rusiya və başqa ölkələrdən təkliflər alıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi