Azərbaycanda 55 min dollara stadion satılır – “Nazirlik icazə verir” (FOTO)

img

08-01-2018 [14:32]


Azərbaycanda stadion satışa çıxarılıb. Binə qəsəbəsi Savxoz yaşayış məntəqəsində yerləşən stadion haqda alış-veriş saytlarının birində elan yerləşdirilib.
 
Unikal.org əməkdaşı sözügedən elanı yerləşdirən Elxan adlı şəxslə əlaqə saxlayıb. O, bildirib ki, stadionun istifadəsi üçün Gənclər və İdman Nazirliyindən icazə kağızı var: "Stadion şəxsidir. AFFA-ya heç bir əlaqəsi yoxdur. Şəxsi olaraq işlədiblər. "Kupça”sı, Gənclər və İdman Nazirliyindən icazə kağızı var. Ərazisi 11 hektardan çoxdur. Qiyməti isə 55 min dollardır”.

Maraqlıdır ki, AFFA bir neçə il öncə stadionların tikilməsi üçün vəsait ayırmışdı. Amma bu stadiona icazəni nazirlik verib.

Aldığımız məlumata görə, sözügedən stadionun yerləşdiyi ərazi GİN-nin balansındadır, bu səbəbdən də meydançanın istifadəsi və satışı nazirliyin icazəsi ilə mümkündür.




Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA