Dövlət katibi İranla danışıqları şübhə altına aldı: "Razılığa gəlmək çətindir"

img

17-02-2026 [00:19]


"İranla razılığa gəlmək müşkildir, çətindir. Danışıqlar üzrə heyətimiz onlarla növbəti görüşə yollanıb. Ümid edirik ki, bu dəfə razılaşma ola bilər. Prezident Donald Tramp) həmişə dinc nəticələrə və danışıqlar yolu ilə həll yollarına üstünlük verir."

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio Macarıstanın paytaxtı Budapeştdə Baş nazir Viktor Orban ilə birgə mətbuat konfransında deyib.

Rubio İranla razılığa gəlməyin çətin olduğunu bir daha təkrarlayaraq, deyib: "Nəticə etibarilə, İran şiə ruhaniləri tərəfindən idarə olunur və qərarlar radikal şiə ruhaniləri tərəfindən qəbul edilir. Bu şəxslər siyasi qərarları tamamilə ilahiyyat əsasında verirlər. Dediyim kimi, Prezident Donald Tramp həmişə dialoqa üstünlük verir. O, hər kəslə danışmağa və hər kəslə anlaşmağa can atır. Düşünürəm ki, İranla bağlı  bizi narahat edən məsələləri diplomatik şəkildə həll etmək üçün fürsət var. Biz buna çox açığıq. Amma açqı deməliyəm: bu, yəni, razılaşma çətin olacaq."

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA