"Bu günə kimi "Azərsu" əməkdaşlarından bir nəfər belə zəng etməyib" - Rəis məhkəmədə ifadə verib
17-02-2026 [12:28]
Bakının Nərimanov rayonunda, "Baksol" yolu ərazisində 27 yaşlı Cümşüd Cümşüdlünün kanalizasiyaya düşərək öldüyü ərazidə qəzalı vəziyyətin aradan qaldırılması üçün material gec ayrılıb.
Bu barədə Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə hadisə ilə bağlı təqsirli bilinən Su Ehtiyatları Agentliynin Binəqədi Sukanal idarəsini işçisi Azər Cümşüdovun prosesində şahid Yaşar Əhmədov deyib.
Əvvəlcə prosesdə təqsirləndirilən Azər Cümşüdov zərərçəkənin hüquqi varisi Fəridə Abbasovanın ötən prosesdə səsləndirdiyi fikirlərə əlavəsinin olduğunu söyləyib. O deyib ki, hadisədən sonra bağ evində yeyib-içmək təşkil olunmayıb:
"Biz bağda yas mərasimi keçirirdik. Həmin mərasimdə 2 min nəfərə yaxın adam iştirak edib".
Sonra prosesdə zərərçəkənin hüquqi varisi Fəridə Abbasova ifadə verib. O deyib ki, oğlu 1997-ci ildə Qusarda anadan olub:
"Yoldaşım hərbçi olub, Qusarda işləyən vaxt Cümşüd anadan olub. Oğlumu çətinliklə xaricdə oxutdurmuşdum. O, işləyirdi. Hadisə baş verən gün evdə idi. Ondan mağazaya düşməyini istədim, eyni zamanda zibilləri atmağı da tapşırdım. Oğlum dedi ki, işi var, bir az gec gələcək. Axşam saatlarında yığdım, zəng çatmadı".
Fəridə Abbasovanın sözlərinə görə, həmin günün səhəri qaynı ilə birgə polis idarəsinə gedib:
"Məndən ağız suyundan test verməyimi istədilər. Sonra prokurorluqdan zəng gəldi. Dedilər, Hövsana gedin. Evə qayıdanda gördüm ki, qaynımgil ağlayır. Hadisədən sonra bizə bir qaynım gəldi, başqa heç kim gəlmədi. Azər Cümşüdovla qaynım dostdur. Onunla aramda problem şikayətçi olduğuma görə yaranıb".
Təqsirləndirilən Azər Cümşüdov söyləyib ki, Fəridə Abbasovanın qaynını tanıyır, lakin onun dostu deyil:
"Fəridə xanımın qaynı ilə ayda bir dəfə iclaslarda qarşılaşırıq. Onunla ailəvi münasibətimiz yoxdur".
Fəridə Abbasova ifadəsinin davamında söyləyib ki, şikayətçi olduğu üçün qaynı ilə arası dəyib:
"Qaynım ərim öləndə 2 qəbir yeri almışdı. Halbuki onun pulunu da ərimin yasından artıqlaması ilə götürmüşdü. Buna baxmayaraq, məndən atasının qəbrinin yanından oğlumun meyitini çıxarmağımı tələb edirdi".
Fəridə Abbasovanın sözlərinə görə, çöküntü baş verən ərazi yaşadıqları evə uzaqdır:
"Oğlumun orada maşın ustası var. Ehtimal edirəm ki, Cümşüd oraya avtomobilini təmir etdirmək üçün gedib. Mən şikayətçiyəm. Oğlumun ölümünə kim səbəb olubsa, cəzasını çəkməyini istəyirəm. Bu günə kimi "Azərsu" əməkdaşlarından bir nəfər belə zəng etməyib. Amma onların qaynımla əlaqələri var".
Proses şahid Yaşar Əhmədovun ifadəsi ilə davam edib. O deyib ki, Bakı Su kanal idarəsində təmir-tikinti şöbəsinin rəisi vəzifəsində işləyir:
"Qəza baş verən kimi Azər Cümşüdovu oraya göndərmişik. Hadisədən əvvəl həmin yerdə məhəccərlər qoyulub, təhlükəsizlik lenti çəkilmişdi. Həmin konstruksiyanı oradan kimin götürdüyünü araşdırmaq lazımdır. Hadisə baş verən ərəfədə oraya özüm getməmişəm, Azər Cümşüdov gedib, şəkillərini çəkərək mənə atıb. Təhlükəsizlik ləvazimatları qoyulan əraziyə nəzarət etmək bizim vəzifəmiz deyil, oraya xətt baxıcıları nəzarət etməlidir".
Şahid Yaşar Əhmədov əlavə edib ki, hadisə baş verən ərazinin təmiri üçün material gec verilib:
"Ərazinin təmiri üçün materialın verilməsi bir aydan çox çəkdi. 2011-ci ildən bu strukturda işləyirəm. Adətən qəza yerlərinin təmiri üçün materialın verilməsi çox çəkməzdi. Elə olur ki, təqdimat yazırsan, növbəti gün material verilir. Bəzən materialın verilməsi çox çəkir".
Yaşar Əhmədovun sözlərinə görə, həmin ərazidə kanalzasiya xəttinin üzərində qanunsuz olaraq mağazalar tikilib. O deyib ki, qurumun hüquqşünasları bu mağazaların burada yerləşməsinin təhlükəli olduğunu obyekt sahiblərinə mütəmadi olaraq bildirir.
Növbəti proses martın 3-də şahid ifadələri ilə davam edəcək.
Qeyd edək ki, 2025-ci il iyunun 26-da paytaxtın Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında, "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində 27 yaşlı Cümşüd Cümşüdlünün kanalizasiya sularının axdığı kanala düşərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Baş vermiş hadisə ilə bağlı Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində başqa yerə getməmək haqda qətimkan tədbiri seçilib.
Xatırladaq ki, ailənin yeganə övladı olan Cümşüd Cümşüdlünün meyiti hadisədən iki gün sonra - iyunun 28-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarından tapılıb.
Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ittiham irəli sürülüb(report).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi