TƏBİB-in icraçı direktoru kim olacaq? - Əsas namizədlə bağl qərar dəyişib, Zaur Əliyev də yol üstədir

img

17-02-2026 [09:05]


Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirov infarkt keçirib.

Hadisə üç gün əvvəl baş verib.

Qeyd edək ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildikdən sonra onun yerinə məhz Elçin Əmirovun gətiriləcəyi ehtimal olunurdu.

İndi onun səhhətində problemlərin yaranması bu ehtimalı bir qədər azaldır.

Bundan əlavə, məlumatlı şəxslər bildirirlər ki, onun əvvəlki rəhbərliyə yaxınlığı və digər məqamlar yayılan məlumatın şayiə olduğunu deməyə əsas verir/Bakupost

Xatırladaq ki, dünən Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru vəzifəsindən azad olunub və onun səlahiyyətləri müavini Anar İsrafilova həvalə edilib.

O, yeni təyinatı ilə bağlı qısa açıqlama verib: "Hələki yeni təyin olunmuşam.  Yəqin ki, TƏBİB-də kadr dəyişiklikləri və yeniliklər olacaq. Hələki bu barədə nəsə deyə bilmirəm".

Maraqlıdır, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirov infarkt keçirmsindən sonra onun TƏBİB-in rəhbəri postina namizədliyi haqda ortaq qərarın dəyişdiyi xəbəri var.

Məlumada deyilir ki, bu dəyişiklik TƏBİB-in "sehrli əlləri"ndən sayılan direktor əvəzi Anar İsrafilovun iddiaısını artırıb.

Mia.az-n əldə etdiyi məlumata görə, TƏBİB rəhbəri ilə yanaşı, İcrabi Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin də vəzifədən azad olunması gözlənilir. 

Mövzuya qayıdacağıq.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA