PAKİSTAN BU ÖLKƏYƏ NÜVƏ SİLAHI VERİB? - İran kəşfiyyatı elə iddia irəli sürdü ki...

img

16-02-2026 [11:07]


İran kəşfiyyatı dünyanı silkələyən məlumat açıqlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İran kəşfiyyatı Pakistanın Səudiyyə Ərəbistanınla strateji müdafiə sazişinə əsaslanaraq, sensasion addm atıb. 

İran Kəşfiyyat Nazirliyi (MOIS/Vezarat-e Ettela'at) iddia edib ki, Pakistan həm saziş gərəyi, həm də 10 milyard dollar qarşılığında Ər-Riyada nüvə silahı satıb.

Türkiyənin Haberler.com saytı yazır ki, bu gizli anlaşmadan sonra nüvə silahına malik yeganı müsəlman ölkəsi olan Paistanan bu ölkəyə nüvə silahı yerləşdirib: "Silahların Səudiyyə Ərəbistanı torpağında yerləşdirilməsi Pakistanın Ordu Qərargah rəisi Asim Munir və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında bu yaxınlarda keçirilən görüşdən sonra yekunlaşdırılıb".

Pakistan və ya Səudiyyə Ərəbistanı hakimiyyəti tərəfindən məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

İran mətbuatı isə yazır ki, bu addım regional güc balanslarını kökündən dəyişdirə və Yaxın Şərqdəki təhlükəsizlik arxitekturasını poza bilər: "Ər-Riyad İranın artan hərbi imkanlarının qarşısını almaq üçün Pakistanla gizli nüvə razılaşması əldə edib. İki lkə arasında "Hansısa hücum olarsa, o biri ölkə bu hücumu özünə olunmuş sayaraq, dərhal kömək edəcək" prinsipi üzərində imzalanan Pakistan-Səudiyyə anlaşmasından sonra İslamabad belə addım atıb. Bu, təkcə maliyyə razılaşması deyil, həm də texniki dəstək və yerləşdirmə proseslərini əhatə edib. Silahlar artıq Səudiyyə Ərəbistanındakı xüsusi hərbi bazalarda yerləşdirilir".

Məlumatda o da deyilir ki, bu iddia İsraildə də müzakirə yaradıb...

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA