İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi

img

16-02-2026 [12:41]


Quba Rayon İcra Hakimiyyətinin (RİH) başçısı köməkçisini və rayonun baş memarını vəzifədən azad edib.

Mia.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı İlqar Mahmudov əmr imzalayıb.

Əmrə əsasən, Rüstəm Məmmədov başçının köməkçisi vəzifəsindən azad olunub. Digər əmrlə o, başçının Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi təyin edilib.

Başqa əmrlə Şahin Aslanov isə Memarlıq-tikinti məsələləri sektorunun müdiri, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini, baş memar vəzifələrindən çıxarılıb.

Eyni zamanda, Tural Rəhimov isə Hüquq və kadr məsələləri sektoruna məsləhətçi təyin olunub.

Qeyd edək ki, Rüstəm Məmmədov 2022-ci ildən Quba RİH-də çalışır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA