İrakli Kobaxidze: Rusiya və daha dörd ölkə Gürcüstanın ərazi bütövlüyünü tanımır

img

16-02-2026 [14:11]


Rusiya Federasiyası və daha dörd ölkə (Venesuela, Nikaraqua, Nauru, Suriya - red) Gürcüstan hökumətinin ölkə ərazisinin 20 faizdən çox hissəsi üzərində (separatçı Abxaziya və Cənubi Osetiya - red) yurisdiksiyasını tanımır.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib.

Baş nazirin sözlərinə görə, Gürcüstan daxilində də hökumətin ölkə ərazisinin 100 faizi üzərində yurisdiksiyasını qəbul etməyən ekstremist qruplar fəaliyyət göstərir:

"Həm xarici, həm də daxili səviyyədə ölkənin ərazi bütövlüyü və konstitusiya quruluşunu tanımayan qüvvələr mövcuddur və bu hallar dövlət üçün ciddi təhlükə yaradır".

İrakli Kobaxidze vurğulayıb ki, hökumət hər iki təhdidə qarşı prinsipial mövqe tutur.

"Xarici işğala qarşı mübarizə "İşğal olunmuş ərazilər haqqında" qanun çərçivəsində aparılır, daxili ekstremizmə qarşı isə Cinayət Məcəlləsində nəzərdə tutulan müvafiq maddələr tətbiq edilir"./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA