Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək

img

16-02-2026 [15:40]


Macarıstan Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə ABŞ-nin sülh ilə bağlı səylərini digər Avropa dövlətlərinin mövqeyindən asılı olmayaraq dəstəkləməyə davam edəcək.

Bunu Macarıstanın Baş naziri Viktor Orban ABŞ dövlət katibi Marko Rubio ilə danışıqları şərh edərkən bildirib.

V.Orbanın sözlərinə görə, Budapeşt münaqişənin sülh yolu ilə nizamlanmasına yardım göstərməyə açıqdır və ABŞ-nin diplomatik təşəbbüslərini dəstəkləyir: "Macarıstan Budapeşti Rusiya və Ukraynanın mümkün sülh sammiti üçün məkan kimi təqdim etməyə hazırdır".

Baş nazir qeyd edib ki, Prezindent Donald Trampın hakimiyyətə gəlməsindən sonra Macarıstan və ABŞ arasında münasibətlər yeni səviyyəyə yüksəlib: "Demək olar ki, ABŞ və Macarıstan arasında münasibətlərdə yeni "qızıl dövr" başlayıb. 30 ildən çox siyasi fəaliyyətim ərzində ölkələrimiz arasında münasibətlərin bu qədər yüksək, balanslaşdırılmış olduğu dövrü xatırlamıram".

V.Orban həmçinin bildirib ki, Macarıstan ilk təsis iclasının Vaşinqtonda keçiriləcəyi Sülh Şurasına qoşulmaq üçün dəvət alıb və orada o, öz ölkəsini təmsil edəcək./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA