“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
16-02-2026 [18:55]
Misli Premyer liqasında "Neftçi"-"Qarabağ" oyununun təxirə salınması ətrafında mübahisələr hələ də davam edir. Baxmayaraq ki, qərar artıq rəsmən qəbul edilib.
Mia.az xəbər verir ki, oyun "Qarabağ"ın xahişilə təxirə salınıb.
Lakin azarkeşlər və futbol mütəxəssisləri arasında mübahisələr ən müxtəlif müstəvilərə qədər daşınmaqdadı hazırda. Zənnimizcə, bu qədər söz-söhbətin üzərinə azarkeşlər üçün qaranlıq qalan müxtəlif məqamların aydınlanmasının yeri vardı. Mia.az-ın əməkdaşı məhz bu məqsədlə mövzu üzrə "Neftçi"nin baş icraçı direktoru Cenk Sümerlə müsahibə edib:
- Cenk bəy, təxirəsalınmanın rəsmi açıqlanmasından sonra da mübahisələr səngimir. Hətta media bu məsələnin müzakirəsində iki hissəyə bölünüb. Mən şəxsən çox sərt qınamışam “Neftçi” rəhbərliyinin bu qərarını. Bunun da səbəbi vardı, çünki klubun azarkeşlərinin marağının, komandanın qürur məsələsinin müzakirəsi vardı ortada. Bizlərdə bir misal var, deyir, “kişi verdiyi sözdən geri qaçmaz”. Niyə o boyda iradə göstərisindən sonra geri çəkildiniz? Hətta mən deyərdim ki, aradan çəkildiniz: nə siz özünüz, nə “Neftçi” rəhbərliyindən kimsə ortaya çıxmadı. Mənə maraqlıdı: bu yumşalmanızın səbəbi sadəcə, “Qarabağ”ın Avrokubok oyununa dəstəyinizlə bağlıydı, yoxsa başqa səbəblər də oldu?
- Bir başqa məsələ yox. Bu, çox aydın mövzudu. Təklif gələndə məşqçilərimizlə bunu müzakirə edərək dəyərləndirdik. Məşqçilərimiz bildirdi ki, təqvimdə yazıldığı, nəzərdə tutulduğu tarixdə oyun olmalıdı. Çünki biz bütün planlarımızı buna görə təşkil etmişdik. Odur ki, onda cavabımızı buna görə verdik, oynamaq istədiyimizi bildirdik. Sonra bu tələb təkrar gəldi. Biz də təkrar dəyərləndirdik. Bilirsiniz, bizim hocamız, yəni Yuri Vernidub, Yuri hoca Avroliqa oyunları təcrübəsi olan adamdı, o da vəziyyəti nəzərdən keçirərək dəyərləndirdi. Təbii ki, bu ölkə futbolu məsələsidi, onun inkişafı önəmlidi. Oradakı mübarizə bizim Premyer liqa oyunlarından bir az fərqlidi. Bunu nəzərə alaraq Yuri hoca oyunun təxirə salınmasının uyğun ola biləcəyini söylədi, biz də əməl etdik.
- Yuri Vernidubdan jurnalistlər bu məsələni soruşmuşdu. O, dedi ki, onun səlahiyyətində olan məsələ deyil bu. Rəhbərlikdən nə deyilibsə, o da yerinə yetirib.
- O, elə demədi, xeyr. O, bilirsiniz, ukraynaca danışır, dediklərini tərcümə edirlər.
- Deyirsiniz ki, bu məsələ ölkə futbolunun məsələsidir və s. Ümumiyyətlə, hər klub öz adına çalışmırmı? Dünya miqyasında klublar var, məsələn, tutaq ki, “Barselona”, “Real-Madrid”, “Mançester”, “Liverpul” və s., onlar məgər öz ölkəsinin adını qorumaqla məşğuldu? Onlar futbol oynayıb pul qazanır. Bu klubların dünya miqyasında azarkeşləri var, millətindən, ölkəsindən asılı olmayaraq. Onsuz da klublar qələbə qazandıqca, onlar yetişdiyi ölkə çərçivəsində qalmır və azarkeş ölkəyə yox, kluba, onun oyununa, perfomansına dəyər verir. Məsələn, “Qarabağ”ın bu ilki Avropa oyunlarında uğurlarına dünyanın dörd bir tərəfindən insanlar sevinmişdi, hətta illərdi, bizimlə düşmənçilk edən ermənilər belə heyran olduğunu gizlətmədi. Yəni, bu nüansları düşünsək, məncə, “milli futbolumuz”, - deyərək, oyunun təxirə salınması absurd fikir olub. “Qarabağ” da öz cibinə çalışır, “Neftçi” də.
- Biz texniki heyətin verdiyi qərardan danışırıq. Burada “Neftçi” rəhbərliyinin qərarından söhbət gedə bilməz.
- Burada texnik hansı durumdan söhbət gedə bilərdi ki? Onsuz da “Qarabağ” əvvəlcə ev oyunu keçirir. Burada yaxşı oynasa, səfər oyununda avantajı olacaq. Yəni, bu durumda “Neftçi”ylə oyunun təxirə salınmasının “Qarabağ”a ciddi fayda verə biləcəyi mübahisəliydi.
- Siz elə düşünməyin. Bu qərarı dediyim kimi, texniki heyət verib. Onlar da qərar verəndə öz komandasının vəziyyətinə də baxır. Biz bu ilki mövsümdə çox geridən başladıq, bilirsiniz. Hazırda yavaş-yavaş bu vəziyyəti düzəltməyə çalışırıq. Yuri hocanın da, onun köməkçilərinin də bu məsələdə mövqeyi daha uzun hədəflərə köklənməkdi.
- Yaxşı, onda niyə “Qarabağ” özü oyundan imtina etmədi? Texniki məğlubiyyət alaraq 3 xalı “Neftçi”yə verə bilərdi. Bu, “Neftçi”nin turnir cədvəlindəki yerinə yaxşı təkan idi. Niyə onlar texniki məğlubiyyəti nəzərdən keçirmək istəmir, amma siz “Neftçi”nin hazırkı tempinin aşağı salınmasına razı olursunuz?
- Biz sözümüzdən geri çəkilmədik. Sadəcə, təklif gələn tarixdə həmin vaxta uyğun şəkildə qərar verildi. Daha sonra onlar da bir həftə oyunlar keçirdi və bizim hocalar verilən qərarı yenidən nəzərdən keçirdi. Baxın, biz hələ qış təlimlərindən başlayaraq qarşıdakı ayların planını, tempimizi müzakirə etməyə və hədəfləri müzakirə etməyə başlamışdıq. Komandamız hazırda çox sürətlə irəliləyir. Hocalar qərar verərkən bunu da nəzərə aldılar. Yəni, qərarımızın altında başqa heç bir səbəb yoxdu.
- Bu durumda azarkeşlərə deyəcək sözünüz varmı?
- Onlara həmişəki kimi “səbrli olun”, - deyirəm. Qarşıda oyunlarımız çoxdu. Hazırda bir az fasiləmiz olacaq, sonra “Turan-Tovuz”la oyunla başlayacaq bir turumuz var. Hələ “Qarabağ”la 2 dəfə üz-üzə gələcəyik, ikisini də evimizdə oynayacağıq. Bizim kimi, “Qarabağ” üçün də çətin olacaq bu oyunlar. Yeni baş məşqçi öz heyəti ilə komandamız üçün var gücüylə çalışır, yeni texnika, üsullar tətbiq etməyə çalışır. Azarkeşlərə bir sözümüz vardı, demişdik ki, əvvəlki “Neftçi”ni yenə görə biləcəklər. Buna çalışırıq.
P.S. Xatırladaq ki, Cenk Sümerin mia.az-a dediyi ilə baş məşqçinin aşağıda qeyd edilən videodakı çıxışındakı fikirlər bir-birini təkzib edir. Şərhi oxucuların öhdəsinə buraxırıq.
Zülfiyyə Mustafayeva
Mia.az
Yevlax
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi