Ədəbiyyat və tarix fənnlərini birləşdirmək cəhdi yanlışlıqdır - VAHİD TAĞIYEV YAZIR
05-02-2026 [17:30]
Vahid Tağıyev,
Təcrübəli, peşəkar təhsil işçisi
***
Son zamanlar sosial şəbəkələrdə və müxtəlif mətbu orqanlarda ədəbiyyat və tarix fənnləri bazasında yeni – “mədəniyyət” adlı fənnin tədris edilməsi ilə bağlı fikirlər səsləndirilir.
Məsələnin geniş rezonans doğurması və buna etiraz edənlərin olması tam əsaslıdır. Çünki hər iki fənnin özünəməxsus məzmunu, missiyası və milli-mənəvi dəyərlərə malik vətəndaş yetişdirilməsində xüsusi, əvəzolunmaz rolu vardır.
“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının qəbul olunması mədəni dəyərlərin strategiya səviyyəsinə qaldırılması və cəmiyyətin mədəni inkişafının sistemli şəkildə istiqamətləndirilməsi baxımından mühüm hadisədir. Mədəniyyətin geniş təbliği, mədəni dəyərlərin formalaşan gənc nəslə erkən yaşlardan, xüsusilə məktəblərdə tədris prosesi vasitəsilə çatdırılması təqdirəlayiq və zəruri bir addımdır.
Ancaq fundamental məzmunu, dəyəri və əhəmiyyəti olan iki əsas fənni – ədəbiyyat və tarixi – “yenilik” adı altında birləşdirmək ciddi yanlışlıq olardı. Halbuki hazırda söhbət bu fənlərin ixtisas seçimindən asılı olmayaraq bütün gənclər tərəfindən daha dərindən öyrənilməsindən və mənimsənilməsindən getməlidir.
Tarixini və ədəbiyyatını mükəmməl bilmək kökünə, milli-mənəvi dəyərlərə bağlılıq və milli kimlik məsələsidir. Bu fənlərin birləşdirilməsinin heç bir elmi və pedaqoji əsası yoxdur; əksinə, bu, onların daha səthi, zəif öyrədilməsi deməkdir.
Bu ideyanın haradan və hansı məntiqdən qaynaqlandığı şəxsən məndə təəccüb doğurur və düşündürücüdür. Yəqin ki, 1970–80-ci illərdə bəzi ali məktəblərdə mövcud olmuş “tarix-filologiya fakültəsi” anlayışı kimlərinsə yaddaşında qalıb. Halbuki həmin dövrdə də iki ixtisası birləşdirən belə fakültələrin yaradılmasının elmi əsası olmayıb; çox ehtimal ki, inzibati məqsədlərlə həyata keçirilib.
Orta məktəblərdə bu fənlərin birləşdirilməsinin isə ümumiyyətlə elmi əsası yoxdur. Çünki həm tarix, həm də ədəbiyyat məzmun baxımından son dərəcə geniş və çoxşaxəlidir.
Tarix baş vermiş hadisələri zaman ardıcıllığı, konkretlik, təkzibedilməz faktlar və səbəb-nəticə əlaqələri əsasında öyrənir və təqdim edir. Tarix xalqın ən qədim zamanlardan günümüzə qədər olan həyat tərzini, dövlətçiliyini və ictimai inkişaf yolunu sistemli şəkildə araşdıran əsaslı elmdir.
Ədəbiyyat isə insanın və cəmiyyətin hisslərini, dil duyumunu, mənəvi dəyərlərini, dünyagörüşünü və estetik zövqünü bədii vasitələrlə ifadə edir, müxtəlif tarixi dövrlərin reallıqlarını obrazlı şəkildə əks etdirən söz sənətidir.
Bu iki fənnin əhatə dairəsi o qədər genişdir ki, təhsilalanlar vaxt baxımından ən çox məhz bu fənlərə ehtiyac duyurlar. Digər tərəfdən isə məzmunu ixtisar edib birləşdirdikcə mahiyyət, dərinlik və təsir gücü itir.
Bu fənləri bir dərslikdə birləşdirmək, vahid ixtisas müəllimi müəyyən etmək isə mövcud şəraitdə mümkün deyil. Müəllimlərin dərs yükü, formalaşmış təhsil sistemi və zəruri struktur dəyişiklikləri də nəzərə alınmalıdır.
Bu birləşməni təklif edənlərin pedaqogika, metodologiya və müasir tədris prosesi haqqında yetərli təsəvvürə malik olmaması açıq şəkildə görünür. Bu mövzunun pedaqoji baxımdan izahı ayrıca geniş müzakirə tələb edir.
Eyni zamanda akademik biliyin sistemli və dərin mənimsədilməsi baxımından fənlərarası inteqrasiya, əlaqələndirmə mütləqdir və buna həmişə ehtiyac var. Lakin bu, fənlərin ləğvi və ya birləşdirilməsi anlamına gəlməməlidir.
Məktəblərdə ayrıca “Mədəniyyət” fənninin tədris edilməsi isə daha məqsədəuyğun yanaşma ola bilər. Bu fənnin məzmunu, tədris forması və cəmiyyətin hazırkı inkişaf mərhələsində daşıdığı əhəmiyyət ayrıca və geniş şəkildə müzakirə olunmalıdır.
Belə mövzular gündəmə gətirilərkən aidiyyəti nazirlik və qurumların vaxtında aydınlıq gətirməsi vacibdir. Ancaq çox vaxt belə olmur. Bu cür taleyüklü məsələlər əvvəlcədən mütəxəssislər tərəfindən düşünülmüş təhlil və geniş müzakirə tələb edir. Çünki qəbul edilən qərarlar böyük məsuliyyət yaradır.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi