Rusiya ordusunun istifadə etdiyi “Starlink”lər söndürüldü - Şahin Cəfərli yazır
05-02-2026 [15:57]
Şahin CƏFƏRLİ
Siyasi şərhçi
***
Ukrayna Müdafiə Nazirliyi ilə SpaceX şirkəti arasında əldə olunan razılaşmaya əsasən Ukrayna cəbhəsində istifadə olunan bütün qeydyyatsız “Starlink” terminallarının fəaliyyəti dayandırılıb. Bundan sonra yalnız Ukraynada rəsmi qeydiyyata alınan və alınacaq “Starlink”lər çalışacaq. Bu addımdan qeydiyyatsız “Starlink”lər işlədən bəzi Ukrayna hərbi birləşmələri də zərər çəkib, lakin onlar sürətlə Ukrayna Müdafiə Nazirliyinin “ağ siyahı”sına daxil edilərək xidmətlə təmin olunur.
Rus hərbi blogerlərin fəryadından anlaşılır ki, ən çox zərər çəkən tərəf Rusiyadır. İşğalçı ordunun istifadəsində olan təxminən 550 min mobil “Starlink” stansiyası bloklanıb. Nəticədə rusların həm xəbərləşməsi dayanıb, həm də “Starlink” vericiləri ilə işləyən dronlar lazımsız əşyaya çevrilib. Bu, onları rabitə sahəsində müharibənin əvvəlindəki vəziyyətə qaytarıb. Hətta bu gün cəbhənin bəzi istiqamətlərində Rusiya ordusunu hücumlarının dayandığı barədə xəbərlər də var.
Rus blogerlər bir tərəfdən İlon Maskı söyüb təhqir edirlər, digər yandan isə Rusiya rəhbərliyini (adını çəkmədən Putini) sərt ifadələrlə tənqd edərək yazırlar ki, amerikalılara necə etibar etmək olar və onlar İlon Maskın Rusiyaya yaxın olduğuna hansı əsasla inanıblar?
Həqiqətən də, təsəvvür edin, NATO ilə müharibədən dəm vuran bir dövlət NATO ölkəsinin kommersiya şirkətinin internet şəbəkəsi ilə döyüşürmüş və o şəbəkədən qoparıldıqdan sonra ciddi texniki problemlə üzləşib.
İ.Mask Ukraynanın yeni müdafiə naziri Mixail Fyodorova simpatiya ilə yanaşır və ona kömək vəd edib. Qeyd etmək lazımdır ki, Zelenski kadr siyasətində xeyli səhvlərdən sonra (bu səhvlər Ukraynaya baha başa gəldi) son vaxtlar uğurlu təyinatlar həyata keçirdi. Fyodorov və Kiril Budanov qısa müddətdə öz sahələrində keyfiyyət dəyişikliyinə nail ola biliblər. Bu təyinatlar Zelenskinin qarşıdakı seçkilərdə şansını da artırıb.
P.S.Yazı müəllifin Feysbuk-dakı hesabında yayılıb.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi