KREDİT MÜQAVİLƏLƏRİ: banklar sənədləri niyə tələsik imza atdırır?
03-02-2026 [13:31]
Samir ƏLİYEV,
İqtisadçı
***
Kredit götürdüyümüz və ya depozit yerləşdirdiyimiz hər hansı bankın şərtləri ilə razılaşmadıqda bank təmsilçisi bizimlə imzalanmış müqaviləyə istinad edir və orda mövcud şərtlərin əks olunduğunu qeyd edir. Hüquqi baxımdan kredit təşkilatı haqlı görünə bilər. Xüsusən də nəzərə alaq ki, xırda istisnalarla heç kim imzalanma prosesində müqavilə şərtlərini oxumur. Heç bank işçisi də buna şərait yaratmır. Bizdə müqavilə imzalanması prosesi daha çox formal texniki proseduru xatırladır - bank sizə kredit ayırır və siz də formallıq xətrinə kağızları imzalayırsınız.
Xatırlayıram hər dəfə hansısa bankda müqavilə imzalayanda onun hər səhifəsini imzalatdırırlar. Bilmirəm müşahidə etmisiz ya yox, az qala imzanı sona çatdırmağa da imkan vermirlər. Kağızı əlinin altından çəkib növbəti səhifəni çevirirlər. Yəni kredit məhsulunun əsas sənədi olan müqavilənin imzalanması prosesi ən yaxşı halda 1-2 dəqiqə çəkir. Və sabah da narazılıq yaşananda heç birimizin oxumadığı və evə gəlib sonra tapmaqda çətinlik çəkdiyimiz yerə atacağımız müqaviləyə istinad edilir. Banklar bu məsələdə hüquqi baxımdan haqlı görünsələr də əslində ədalətsizdirlər. Ona görə ədalətsizdirlər ki, müqaviləni öz istəklərinə uyğun tərtib edirlər. Əvvəla, bu müqavilələrin şriftləri çox kiçik olur və oxumaq çətinliyi yaradır.
İkincisi, müqavilə dili daha çox hüquqşünaslar üçün nəzərdə tutulur, sadə vətəndaş bunu anlamır.
Üçüncüsü, müqavilə vətəndaşı yox, bankı qorumaq üçün nəzərdə tutulur. Yəni bir qayda olaraq müqavilələrin məzmini bankların hüquqları, müştərilərin öhdəlikləri barədə olur. Ona görə də belə bir hüquqi sənəd heç bir halda müştəriyə şans vermir, bankları isə həmişə haqlı çıxarır.
Bu gün maliyyə xidmətindən istifadə edən müştərilərin hüquqları demək olar ki, qorunmur. Çünki bunun üçün zəruri qanunvericlik bazası olsa da təkmil deyil. “İstehlakçıların hüquqlarını müdafiə haqqında” Qanunun ölü sənəd olması bir yana daha çox geniş mənada istehlakçı hüququna fokuslanıb. Mülki Məcəlləsində müqavilə öhədəliklərinə diqqət yetirilsə də məsələyə yenə də ümumi kontekstində yanaşılır. Bəzi bank qanunvericiliyində müştərilərin hüquqlarına münasibətdə ayrı-ayrı elementlərə rast gəlmək olur. Ancaq hüququ pozulan müştəri bilmir ki, hansı qanuna müraciət etsin, hansı qanun əsasında bankla çəkişsin. Etiraf edək ki, bu gün maliyyə xidmətləri istifadəçilərinin hüquqlarının qorunması nə arzuolunan səviyyədədir, nə də münasib qanunvericilik aktı mövcuddur.
Maliyyə sektoru bütün dünyada, o cümlədən Azərbaycanda getdikcə böyüyür. Getdikcə daha çox insan maliyyə xidmətlərinin müştərisinə çevrilir. İstehlakçıların tərkibində 20 il əvvəl azlıqda olan maliyyə xidmətləri istifadəçiləri bu gün çoxluğa çevriliblər. Hazırda tələb adını qazanmış gənclərdən tutmuş işləməyən pensiyaçılara qədər hamısı müxtəlif səviyyəli maliyyə xidmətlərindən istifadə edir. Ancaq maliyyə xidməti istifadə edən müştərilərin hüquqları lazımi səviyyədə deyil.
Müxtəlif ölkələrdə maliyyə xidmətlərinin istifadəçilərinin hüquqları ayrıca qanunvericilik aktı ilə tənzimlənir. Avropa Birliyində Consumer Credit Directive 2023/2225, Payment Services Directive (PSD2) – consumer protection and security, Markets in Financial Instruments Directive (MiFID II) (2014/65/EU) kimi sənədləri göstərmək olar. Britaniyada “Consumer Credit Act 1974”, Financial Services and Markets Act 2000, Payment Services Regulations 2017, ABŞ-da Fair Credit Billing Act, Fair Credit Reporting Act, Dodd-Frank Wall Street Reform and Consumer Protection Act kimi sənədləri göstərmək olar. Keçmiş SSRİ ölkələrinə gəlincə, Rusiya və Ukraynada “İstehlak kreditləri haqqında” Qanun, Moldovada “İstehlakçılarla kredit müqavilələri barədə” Qanun mövcuddur. Qazaxıstan 2025-ci ildə maliyyə bazarlarının inkişafı, maliyyə xidməti istelakçılarının hüquqlarının müdafiəsi ilə bağlı bir sıra qanunverilik aktlarına, o cümlədən “İstehlakçıların hüquqlarını müdafiə haqqında” Qanuna dəyişikliklər edilib.
Maliyyə xidməti depozit və kreditlə məhdudlaşmır. Bura sığorta xidmətləri, investisiya, ödəniş sistemləri və s. daxildir. Adı çəkilən xidmətlərin çeşidi və bazarı getdikcə daha da genişlənəcək. Deməli, istifadəçilərin sayı da analoji olaraq artacaq. Bu qədər istifadəçini “İstehlakçıların hüquqlarını müdafiə haqqında” Qanun və Mülki Məcəllə ilə qorumaq mümkün olmayacaq. Yeni qanunvericilik aktı - “Maliyyə xidmətlərindən istifadə edən istehlakçıların hüquqlarının qorunması barədə” Qanunun qəbulu çıxış yollarından biri ola bilər.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi