İRANLA BAĞLI BƏZİ QEYDLƏR - Fazil Mustafa yazır
12-01-2026 [12:50]
FAZİL MUSTAFA
MİLLƏT VƏKİLİ
***
İranda baş verənlər inqilabmı? Düşünürəm ki, deyil. Nəzəriyyə və proqram olmayan bu cür etiraz forması kütləvi sosial iğtişaş sayıla bilər.
Xarici müdaxilə risqi böyükdür, bu gerçəkləşərsə rejimin dəyişməsi mümkündür. Müasir dünya konjekturunda İranın parçalanması bölgə ilə ən çox bağlantısı olan ABŞ və Böyük Britaniyanın işinə gəlməz. İzrail isə bunu heç istəməz. Necə ki, İraq, Suriya, Əfqanıstan kimi dövlətlər onlarla bölgə avtoritetlərinin əlində qaldılar, hələ də bu elementlər təsir gücünü saxlasalar da, bu ölkələrin hansınınsa parçalanmasına imkan verilmədi. İrana da indidən bu ssenari üzrə baxa bilərsiniz. Bazar mərkəzli burjuaziyanın siyasiləşməsi üçün vaxt lazımdır. Dinçiliyin inanc formulu ziyalı gildiyasının dialoq çağırışlarını yenə də rahatlıqla basdıracaq. İç savaş çıxması ehtimalı böyükdür. Bütün hallarda bu ölkənin demokratikləşməsi illüziyadan başqa bir şey deyil. Çünki burada əsas sinif dünən də, bu gün də, sabah da ruhani elitası olacaq. Siyasi hakimiyyətdə olmasalar da, əksəri savadsız toplum üzərində molla, seyid, cindarların mənəvi hakimiyyəti hər zaman təsir gücünü qoruyub saxlayacaq. Yəni burada hər zaman Şeyx Nəsrullah çoxluqda, Kefli İsgəndər təklikdə olacaqdır. İran psixologiyasını anlamaq üçün Məhəmməd Əsadın "Məkkəyə gedən yol" əsərini oxumağı tövsiyə edərdim. Bizdəki Səfəviçi zehniyyətinin daşıyıcıları ilə İrandakı Xomeyniçi-Xamneyiçi zehniyyət daşıyıcılarının düşüncələri arasında düz mütənasiblik var. Prosesi Stalinin bizə sırıdığı Güney Azərbaycan mifologiyasından aralanıb təhlil etməzsək, oradakı soydaşlarımızı bir daha mənasız hədəflərə yönəldə bilərik. İranda indiki prezidentin öncüllüyü ilə dini, siyasi, milli və sosial siyasətdə islahatlar aparılması mümkün görünmür. Çünki hər hansı bir islahat molla hakimiyyətinin məhdudlaşdırlması və hüquqa bağlanması deməkdir ki, buna əlində böyük bir maddi və insan resursu olan təbəqənin imkan tanıması inandırıcı deyil.
Demək ki, rejim dəyişikliyi elitanı bütövlükdə süpürüb ata bilər. O halda şəriət hüququna dayanmayan respublikadan daha çox, monarxiyanın bərpası mümkündür. Bu gün İrandakı hadisələri şərh edən bütün subyektlər kimi mənim də İranın daxili ünsürləri, onların real təsir gücü barədə yetkin bilgim yoxdur, sadəcə Azərbaycan dövlətinin mənafeyini düşünən bir siyasətçi kimi öz baxışımızın necə ola biləcəyini müəyyənləşdirməyə çalışıram.
Bizim üçün əsas gözlənti İranda dünyəvi dövlətin qurulmasıdır. Bunu İran burjaziyası da qura bilər, şah monarxiyası da təmin edə bilər- bizim üçün elə də fərqi olmamalıdır. Öncəlik İranın dinçi-məzhəbçi faşizmdən qurtuluşudur. Bu həm də bizim dövlətin alt qatlarında yerləşən İran ideoloji virusunun təmizlənməsi üçün imkan yaradacaq. Prinsip etibarilə hər hansı bir dünyəvi dövlətin bu cür xəstə ideologiyanın yayılmasına bu qədər vəsait xərcləməyə marağı olmamalıdır. Artıq bütün qonşularla praqmatik maraqlar üzərindən münasibət qurulması üçün qarşıda bir əngəl qalmayacaq. İkinci baxışımız, İranın ərazi bütövlüyünün pozulmamasıdır. Təbii ki, oradakı soydaşlarımızın milli haqlarının əsas komponentlərinin tanınması arzuolunandır, ancaq unutmayaq ki, maraqlı dövlətlər İraq və Suriyada olduğu kimi əsas müttəfiqliyi kürd amili üzərindən gerçəkləşdirməyə çalışacaqlar və bu azərbaycanlıların maraqlarına ciddi zərbə vura bilər. Ona görə də indidən kürdlərlərin irəli gələnləri ilə bir-birinin maraqlarına toxunulmaması barədə anlaşmaya varılması qarşıdurma risqini azaltmış olardı. Üçüncü isə, iç savaş çıxacağı təqdirdə qaçqın selinin nizamlanması indidən bizi və Türkiyəni düşündürməlidir. Əlbəttə, soydaşlarımıza dəstək verməliyik, ancaq heç bir halda daxil təhlükəsizliyimzi təhdid edəcək proseslərə imkan tanımamalıyıq.
Son açıqlamalar göstərir ki, ABŞ İrandakı hadisələrdə rejimə qarşı tərəf rolunda olduğunu açıq bəyan edir və bu, hadisələrin dramatizminin artması üçün yetərincə önəmli əsasdır.
Bəs sahəyə eniş olacaqmı? Bu cür sualın cavabını öncədən Güney Amerikada Maduranın bilmədiyi kimi, bizim bölgədə də kimsə bilməz.
Zəruri qeyd: Yazı müəllifin Feysbuk hesabından götürülüb!
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi