Bütün hallarda düzgün kadr seçimi ilkin şərtdir... - VAHİD TAĞIYEV YAZIR
12-01-2026 [09:14]
Vahid Tağıyev,
Təcrübəli, peşəkar təhsil işçisi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə respublikamızın əldə etdiyi uğurlar və strateji hədəflər barədə danışarkən xüsusi bir məqama diqqət çəkmişdir: "Struktur islahatlarının aparılması təbii ki, vacibdir. Amma saf, təmiz kadrların yetişdirilməsi ondan daha vacib məsələdir və mənim təcrübəm onu göstərir ki, bu, daha vacib məsələdir, nəinki struktur dəyişiklikləri".
Bu yanaşma bütün sahələr üçün keçərlidir. Lakin mən Prezidentimizi dinləyərkən ilk növbədə həyatımı həsr etdiyim təhsil sahəsi haqqında düşündüm.
Təhsil həmişə ən çox müzakirə olunan və tənqid edilən sahələrdən biri olub. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Hazırda birbaşa təhsil sistemində çalışmasam da, bu sahədə əldə olunan uğurlar məni sevindirir, müşahidə etdiyim çatışmazlıqlar isə daim düşündürür, narahat edir və bəzən analitik yazılarımın mövzusuna çevrilir.
Son bir ay ərzində müxtəlif aspektlərdən yanaşaraq, təhsilin inkişafının müsbət və mənfi istiqamətləri barədə çoxillik təcrübəmə əsaslanan düşüncələrimi əks etdirən 11 yazım müxtəlif saytlar və sosial şəbəkələrdə yayımlanmış, ictimai müzakirələrə səbəb olmuşdur.
Aydındır ki, ümumi təhsil sistemi təhsilimizin ən mühüm mərhələsi olmaqla, ali və peşə təhsil pillələri üçün də əsas rol oynayır. Ümumi təhsil şagirdlərdə baza bilik, bacarıq və dəyərləri formalaşdırmaqla onların şəxsiyyət kimi yetişməsinə, gələcəkdə peşəkar vətəndaş olaraq cəmiyyətə inteqrasiyasına zəmin yaradır. Möhkəm ümumitəhsil bazası olan insanın sonrakı həyatda layiqli vətəndaş kimi formalaşmaq şansı xeyli yüksək olur.
2013–2014-cü illərdən sonra təhsilimizdə yeni kurs müəyyənləşdirilmiş, genişmiqyaslı islahatlar aparılmışdır. Lakin etiraf etməliyik ki, göstərilən əzmkarlıq və çəkilən zəhmət hələ ki arzu olunan nəticələri tam şəkildə vermir. Bunun obyektiv və subyektiv səbəbləri kifayət qədərdir və əvvəlki yazılarımda bu məsələlərə geniş şəkildə toxunmuşam.
Uzun illər təhsilin idarəetmə strukturlarında çalışmış bir şəxs kimi deyə bilərəm ki, təhsilimizin həlledici idarəetmə pillələrində kadr problemi daim qabarıq şəkildə özünü göstərmiş, təhsildə bir çox problemlərin mənbəyi də məhz buradan qaynaqlanmışdır.
Məsələni daha aydın izah etmək üçün sadə bir müqayisə aparmaq istərdim. İnsan sağlamlığının keşiyində dayanan və zəruri hallarda cərrahi əməliyyat aparmalı olan həkimin öz ixtisasını mükəmməl bilməsi nə qədər vacibdirsə, təhsilə bilavasitə rəhbərlik edən şəxsin də pedaqoji sahəni dərindən bilən, təcrübəli mütəxəssis olması eyni dərəcədə vacibdir. Təhsilin idarə edilməsinə təhsilə aid olmayan müxtəlif sahələrdən kadrların irəli çəkilməsi yanlış yanaşmadır. Bu prinsiplər digər sahələr üçün də keçərlidir.
Əlbəttə, istisna hallarda daha yüksək – haradasa siyasi idarəetmə səviyyəsində – ümumi idarəçilik bacarıqlarına, strateji düşüncəyə, təməl dəyərlərə və ümummilli mənafe baxışına malik olan şəxslərin ixtisasından asılı olmayaraq uğurlu rəhbər olması mümkündür və buna kifayət qədər nümunələr var.
Bu baxımdan təhsil sahəsində müsbət bir müşahidəmi qeyd etmək istərdim. Ümumi təhsil sahəsinə rəhbərlik edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birinci şəxsi təhsilimizdə əsaslı dəyişikliklərin başlandığı mərhələdən etibarən qeyd etdiyimiz müsbət parametrlər baxımından özünü təsdiq etmiş, bu kursun ardıcıl və əqidəli davamçısı olan bacarıqlı, obyektiv rəhbərdir. Necə deyərlər, güvənilən yerdən umular.
Lakin məni düşündürən əsas sual budur: nə üçün agentliyin özündə – MUTDA-da respublika üzrə ümumi təhsili dərindən bilən, ixtisaslı, təcrübəli və nüfuzlu peşəkar kadrlar kifayət qədər təmsil olunmur?
Yeni yaradılmış regional təhsil idarələrini düzgün istiqamətləndirmək, onlara çevik nəzarət etmək və zəruri tələbkarlığı təmin etmək üçün agentlik daxilində güclü, peşəkar, özünü təsdiq etmiş ixtisaslı pedaqoji kadrlar niyə olmasın?
Təəssüf ki, təhsilimizdə müxtəlif səviyyələrdə rəhbər kadrların düzgün seçilməsi üçün zaman-zaman müxtəlif yanaşmalar tətbiq olunsa da, ümumi vəziyyət qənaətbəxş olmamışdır. Bu sahədə daim, bu gün də nöqsanlar müşahidə olunur. Sanki peşəkar, yaradlcı, məsuliyyəti öz üzərinə götürə bilən və liderə çevrilən kadrlardansa, sadəcə texniki tapşırıqları icra edən, sakitcə sözə baxan, təklifsiz, mövqesiz kadlara üstünlük verilir. Nəticədə struktur islahatları, regionlarda mövcud olan bacarıqlı kadr potensialı və bu sahəyə yönəldilən böyük dövlət vəsaiti lazımi effekti vermədikdə, sistem haqlı tənqidlərə məruz qalır.
Ömrümün böyük bir hissəsini təhsilin idarəedilməsi sahəsinə həsr etmişəm. Müxtəlif dövrlərdə rəhbər vəzifələrdən imtina etmişəm, təqaüd yaşım çatdıqda isə qalmağım təkidlə xahiş edilsə də, dövlət qulluğundan könüllü şəkildə ayrılmışam. Təhsil sistemində, o cümlədən nazirlik səviyyəsində hər zaman diqqət və hörmət görmüşəm. Bunları ona görə qeyd edirəm ki, təhsil sahəsində kimdənsə şəxsi incikliyim, hansısa iddiam və ya marağım yoxdur. Lakin gələcəyimiz naminə təhsilimizin inkişafı hər birimizi düşündürməli və narahat etməlidir.
Sonda bir daha Prezident İlham Əliyevin yuxarıda qeyd olunan müsahibədə bir fikrini xatırlatmaq istərdim: "Ümumi inkişafımız üçün bilirsiniz, hər bir insan, xüsusilə vəzifə sahibi ürəklə işləməlidir, ...tarixi Zəfərdən sonra cəmiyyətdə indi bu qədər xoş əhvali-ruhiyyə var. Biz hamımız son beş ili, necə deyərlər, qürurlu, xoşbəxt insanlar kimi yaşayırıq".
Azərbaycanın bu tarixi, genişmiqyaslı yüksəliş mərhələsində təhsilimizin inkişafı yolunda hamıya uğurlar arzulayıram!
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi