Yol (esse)
27-09-2025 [16:29]
Əli Cabbarov,
Naxçıvan Dövlət Universitetinin dosenti
(Qəhrəman Şəhidlərimizin xatirəsinə həsr olunur)
***
Həmin gün bizi sonsuza qədər azad Qarabağa aparacaq yollar açılırdı. Beş il əvvəl, 27 sentyabr səhəri müzəffər Ordumuzun başlatdığı genişmiqyaslı əks hücum əməliyyatı xəbərinə oyanan Azərbaycan hələ ilk günün tamamında bu yolların çox qısa zamanda Böyük Zəfərimizə aparacağına inanmışdı. İnancımız isə müqəddəs idi!
İşğaldan, ədalətsizlikdən sanki ümidləri tükənmiş xalqımızın gözü bu yolda idi. Həmin günün axşamı ilk açıqlanan rəsmi xəbərdə sevinc göz yaşları içində azad edilən kəndlərmizin adlarını sadalayan aparıcı xanım daha sonrakı həftələrdə Şuşaya qədər uzanan 44 günlük Zəfər Yolununun qəhrəmanlarından, onların sonsuz Vətən sevgisindən və üzü gülən torpaqlarımızın qovuşduğu vüsal yollarından danışacaqdı. Zəfər xəbərləri ilə bərabər ön cəbhədən də Şəhid tabutları gəldikcə arxa cəbhədə qisas alovundan daha da kükrəyən gənclərimiz onlara “VUR!” əmri verən Ali Baş Komandanın dəmir yumruğuna dözməyib əzilən düşməni sona qədər məhv etmək üçün çağırış məntəqələrinə aparan yollara çıxırdılar. Beləcə, bütün Azərbaycandakı bu yollar bir amal, bir istək uğruna bir-birinə qovuşub Şəhidlik yoluna, Zəfər yoluna, tam suverenlik və qürur yoluna sevrildi.
Artıq beş ildir ki, Qarabağa aparan yollarımız hamar və işıqlıdır. Bu yollarda izləri qalmış nur üzlü Şəhidlərmizin adları bu Anım günündə övladlarının görüşünə çıxan məğrur Anaların ürəyində qürur, onların ziyarətinə gələn yüz minlərin yolunda bir işıqdır. Bu adlar daim yaşayacaq, isimlər unudulmaycaq!
Yollar isə öz şəhadəti ilə ölümə meydan oxuyan qəhrəmanlarımızın əbədiyyət yoludur. Və gün gələcək, həmin bu yollardan ilk keçənlərin qayıtmaq xəbərini gözlədiyi anasına yaza bilməyib əbədi olaraq özləri ilə apardıqları son kəlmələr sonsuzluğa qədər bizimlə bərabər addımlayaraq bütün Azərbaycan övladlarının da mənəviyyat yoluna çevriləcək.
Ruhunuz şad, müqəddəs yollarınız hamar olsun əziz Şəhidlər!
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi