İKTA susur: "Naxtel"ə niyə yiyə duran olmadı? - Naxçıvanda "İrana xoş gəlmisiniz" təhlükəsi
02-09-2025 [14:00]
Osman GÜNDÜZ
***
Nə üçün mobil operatorlarımız əvvəllər Vasif Talıbova məxsus olduğu deyilən Naxtel-i almaqdan imtina ediblər?
Naxçıvanda "İrana xoş gəlmisiniz" təhlükəsi reallaşa bilərmi?
Vasif Talıbov vəzifədən uzaqlaşdırıldıqdan sonra, ona məxsus olduğu bildirilən Naxçıvandakı Naxtel mobil operatorunun taleyi barədə uzun müddət qapalı müzakirələr aparılırdı. Hətta Naxtel-in Azercell tərəfindən satın alınacağı barədə xəbərlər dolaşırdı.
Lakin ötən günlər qəfil olaraq Naxtel bağlanacağını elan edib. Müştərilərinə də bildirib ki, digər mobil operatorlara keçid etməyənlərin nömrələri ləğv olunacaq.
Bu isə sektorda olanlar üçün “aydın səmada göy gurultusu” effekti yaratdı.
Necə ola bilər ki, İran və Ermənistanla üz-üzə duran bir regionda illərlə formalaşmış və dayanıqlı milli rabitə infrastrukturu birdən-birə ləğv edilsin?
Xatırladaq ki, Naxtel Naxçıvanda ən geniş əhatəyə malik mobil operatordur. 4G xidməti ilə muxtar respublikanın ən ucqar yaşayış məntəqələrində belə sabit rabitə və internet təmin edirdi. Üstəlik, geniş tezlik resurslarına sahib idi.
Halbuki burada fəaliyyət göstərən Azercell, Bakcell və Nar yalnız məhdud ərazilərdə – əsasən rayon və şəhər mərkəzlərində xidmət göstərə bilirlər.
Naxtel-in bağlanmasından sonra Naxçıvan əhalisi dayanıqlı və keyfiyyətli mobil rabitə və internet xidmətinə çıxış əldə edə biləcəkmi?
Naxtel-in əhatə etdiyi ucqar kəndlərdə yaşayan insanların taleyi necə olacaq?
Sadə hesablama göstərir ki, ya bu ərazilər rabitəsiz qalacaq, ya da onların telefonlarında “İrana xoş gəlmisiniz” mesajı görünəcək.
Burada diqqət çəkən digər mühüm məqam həm də təhlükəsizlikdir.
Naxçıvanın Ermənistanla sərhədi dağlarla əhatələndiyindən, əvvəllər qanunsuz siqnal müdaxilələri daha çox İran tərəfindən gəlirdi.
Uzun illər ərzində İran güclü radiorabitə vasitələrilə siqnallarını Azərbaycan ərazilərinə yönəltməklə informasiya məkanımıza müdaxilə edib.
Lakin Naxtel-in baza stansiyaları gücləndikdən sonra, xüsusən də DRİ və BTİ ilə birgə aparılan işlər nəticəsində Naxçıvanın informasiya məkanına İran tərəfindən olan müdaxilələrin qarşısı yetərincə alınırdı.
Görəsən Azercell, Bakcell və Nar-ın Naxçıvandakı hazırkı zəif infrastrukturu İranın güclü radiovasitələri qarşısında tab gətirə biləcəkmi?
İKTA-nın mövqeyi haradadır?
Ən təəccüblü məqamlardan biri də RİNN-in, xüsusən də tənzimləyici qurum – İKTA-nın prosesdən kənarda qalmasıdır. Böyük bir operator bazardan çıxır və ya çıxarılır, həm də müştərilərə sadəcə “digər operatorlara miqrasiya edin” absurd bir mesajı ötürülür. Belə bir hal, yalnız telekom sektorda tənzimləyicisi olmayan ölkələrdə baş verə bilərdi.
Əgər sektorda bu cür spontan və koordinasiyasız qərarlar veriləcəksə, onda əsas sual ortaya çıxır: İKTA nə üçün mövcuddur?
Heç bir koordinasiya yoxdur, İKTA-nın mövqeyi bəlli deyil.
Görəsən Naxtel infrastrukturunu dağıtmadan bunu həll etmək mümkün olmazdımı ?
Belə həssas regionda dayanıqlı bir, strateji bir telekommunikasiya infrastrukturunu ləğv etmək doğurdanmı düzgün qərardır?
Görsən İKTA həmin regionda radiomüdaxilələrlə bağlı ölçmələr aparıbmı ? Naxtel sıradan çıxarılandan sonra radiomüdaxilələrin vəziyyəti necə olacaq. İKTA yarana biləcək vəziyyətlə bağlı datanı RİNN-ə təqdim edibmi?
Naxçıvan kimi strateji bir bölgədə dayanıqlı telekommunikasiya infrastrukturunun sıradan çıxarılması, insanların sabah hansı rabitəyə bağlanacağını, mobil telefonlarında hansı ölkənin salamlama mesajını alacağını bilməməsi ağlasığmazdır.
Baş verənlər isə yalnız telekommunikasiya məsələsi deyil, həm də milli təhlükəsizlik məsələsidir.
Ümid edirəm qərar verənlərimiz də baş verənlərin fərqindədirlər.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi