“Qoduş”lu, “dımbır”lı, “dina”lı, “diniş”li, “dodu”lu orfoqrafiya lüğətimiz… - Təbriz VƏFALI YAZIR
20-08-2025 [09:50]
Təbriz VƏFALI
***
Azərbaycan dilinin zənginləşdirilməsində, dilimzə yeni sözlərin daxil edilməsində bizim kəndin, həmkəndlilərimin müstəsna və əvəzsiz xidmətləri çoxdur. Çünki kəndimizdə elə sözlər işlədilir ki, başqa regionlarda, rayonlarda, kəndlərdə bu sözləri kimsə eşitməyib. Üstəlik, bəzi sözlərin sonluğuna əlavələr etməklə yeni sözlər və ayamalar icad etməkdə kəndçilərimin dünyada tayı-bərabəri yoxdur.
Məsələn, həmkəndililərim bəzi sözlərin sonluğuna “pərəst” artırmaqla yeni sözlər yaradıblar. Kəndimizdə baş-ayaq, kəllə-paça sevənə, xaşın dəlisi olana “xaşpərəst” deyirlər. Yaxud, bir qarın çörəkpulu qazanmaq üçün səhərdən axşama kimi ac-yalavac işləyənə “qulpərəst” ayaması verilir.
Bizim kənddə sonluğu “qom”la bitən sözlər də kəşf ediblər. Məsələn, əhli-keyf, yəni, yeyib-içən, özü üçün yaşayan, beş günlük dünyanı vecinə almayan adama “kefqom” deyilir. Kəndimizdə “Leşqom” sözü də işlədilir. Həmkəndlilərim ölmüş mal-heyvan, at, eşşək, it və sair əti yeyənə və ya satana “leşqom” ayamasını “yapışdırıblar”.
Bizim kənddə tez-tez işlədilən sözlərin arasında sonluğu “baz”la bitənləri kifayət qədərdir. Məsələn, həmkəndlilərim qonaq-qara sevən, qonaqpərvər adamlara “qonaqbaz” deyirlər. Yaxud, bəzi insanlarla məzələnməyi, əylənməyi sevən şəxs “mırtbaz” adlandırılır. Kəndimizdə “qulbaz” da məşhurdur, bu da kimlərisə qul kimi işlədib pulunu az verən, yaxud, verməyənə qoşulan ayamadır. Sazı, saz havalarını, aşıq sənətini sevənlərə “aşıqbaz”, şeir vurğunu olanlara “.şeirbaz”, sözləri, söhbətləri ilə könülləri ovsunlayanlara isə “ürəkbaz” deyirlər. Çox dil bilənə, mal dili yeyənə, Azərbaycan dilini sevənə də “dilbaz” ayaması verilib…
O gün (bizim kənddə müsəlmanın “o günü” deyiləndə 2-3 ay əvvəlki tarix nəzərdə tutulur) kəndimizə getmişdim.
75 yaşlı el ağsaqqalı, 50 ildən çox Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş Əlibala əmi əlində kitab qırğı kimi başımın üstünü kəsdirdi, açdı sandığı, tökdü pambığı. Dedi, ay bala, Azərbaycan dilinin orfoqrafiya lüğətini almışam. Orda yazılan bəzi sözləri başa düşə bilmirəm. Allahını sevərsən, mənə başa sal.
Kitabda qırmızı qələmlə işarələdiyi sözləri göstərib soruşdu ki, bəs “qoduş”, “cordanabənzər”, “gəllahi”, “dımbır”, “dina”, “diniş”, “dit-dit”, “dodemə”, “dodu”, “laslama”, “dızıxlıq”, “ənin”, “ərbəin” nə deməkdir. Dedim, ay Əlibala müəllim, Məşədi İbad demişkən, “Tarixi-Nadir”i yarıyacan oxumuşam, amma bu sözlərə ilk dəfədir rast gəlirəm, blimirəm nəmənə olan şeydir.
El ağsaqqalı qayıtdı ki, ay oğul, kül bunların təpələrinə, orfoqrafiya lüğətinə daxil etməyə söz tapmırlarsa, özlərini niyə dağa-daşa vururlar? Gəlsinlər kəndimizə, bizim sayı itinə tök sözlərimizdən, ayamalarımızın adlarından lüğətə daxil etsinlər. Hələ yeni elmi adlar da kəşf eləmişik. Biz kənd sakinləri yekdilliklə radukilistlərlə bağlı elmə “radikulizm”, əzələlərlə bağlı elmə “muskulizm”, hapa-gopa basanlarla bağlı elmə “gopolizm”, plagiatla bağlı elmə də “kopyalıizm” adını vermişik. Sözümüz var, ayamamız var, mənası tam aydındır, ənənəvi də işlətmək olar.
Ürəyimdə dedim ki, vallah, kəndçilərimdən yoxdur, ey. Dilçiliyin, Azərbaycan dilinin inkişafı üçün pulsuz-parasız, təmənnasız alın təri tökürlər, amma qədirlərini bilən yoxdur. Ancaq orfoqrafiya lüğətini hazırlayanlar əndrəbadi sözləri dilimizə daxil edərək, qəlizləşdirirlər, hələ buna görə maaş alırlar. Sonra da adını qoyurlar müasirləşmə.
Başınıza dəysin müasirliyiniz…
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi