Hüzrdə “iqra” oynayan molla, toyda “bəh-bəh”li tamada… - Təbriz VƏFALI YAZIR
30-07-2025 [18:09]
Təbriz VƏFALI
***
Yaxşı xatırlayıram, mən uşaqikən kəndimizdə toy mərasimlərinin keçirilməsi üçün “palatka”lar, çadırlı mağarlar qurulardı. Səhər çağı mağarın açılışı olardı, oynamaq, yeyib-içmək məclisi saat 19:00-dək davam edərdi.
Məclisi idarə edən tamadaları dinləmək üçün tay-tuşlarımla “palatka”ların arxa tərəfində oturar, saatlarca tamadaların maraqlı söhbətlərinə qulaq asardıq.
Həmin vaxtlarda hər kəs tamadalıq edə bilməzdi. Tamada mütləq toy adət-ənənəsini, poeziyanı, xalq yaradıclığını, folkloru əzbər bilməli, şeiri intonasiya ilə deməli idi. Çünki məclis əhlindən bəziləri tamadaya “zakaz” verirdilər ki, bəhmənkəs şairin filan şeirini de. Tamadanın hünəri nə idi həmin şeiri bilməsin.
Yaxud, tamada “Qız bəyənmə”dən, “Qızgördü”dən, qız evinə “Xəbər göndərmə”dən, “Elçilik”dən, “Nişan”dan, “Toy güsgüsü”ndən, “Xonça gətirmə”dən, “Bayramlıq”dan, “Danışıgagəlmə”dən, “Cehiz”dən, “Kəlləqənd”dən, “Paltarbiçdi”dən, “Xınayaxdı”dan, “Toy dəvətnaməsi”ndən”, “Gəlinlik paltarı”ndan, “Gəlinbəzəmə”dən, “Bəylik papağı”ndan, “Bəylik paltarı”ndan, “Qız toyu”ndan, “Yolkəsdi”dən, “Gəlin aparma”dan tutmuş “Oğlan toyu”nadək bütün adət-ənənələri incəliyinə kimi bilməsə və söyləməyi bacarmasa, toylarımızda qırğın qopardı. Məclis əhli tamadanın başına min oyun açardı.
Son illərdə qədim tamadalığı əvəz edən müasir tamadalıqla məşğul olanlar toylarda sözügedən milli toy adət-ənənələrimiz barədə məlumat verməkdən, danışmaqdan yadırğayıblar. Müasir tamadalarımız toyun açılışı mərasimində bəy və gəlin tərəfinin adamlarından xələt yığmaqla, rəqs etmək, oynamaq istəyənlərdən şabaş almaqla, mikrofonda hərdən “bəh-bəh” deyə qışqırmaqla tamadalıq vəzifələrini bitmiş sayırlar…
Kəndimizdə dünyasını dəyişən şəxslərn ailə üzvləri, yaxınları həmişə yas məclislərinin aparılması üçün savadlı, dini bilgilərə sahib, dünyagörmüş mollalar çağırardılar. Çünki dəfn mərasimi bitdikdən sonra mollalar yas məclisinə toplaşanlara İslam dinindən danışmalı, müqəddəs dini kitabımız olan “Qurani-Kərim”in hikmətini açmalı, ayələri, kəlamları izah etməli, bir sözlə, məclis əhlinin dərdini yüngülləşdirməli və onların mənəvi rahatlıq tapmalarına dəstək olmalı idi. Həmin dövrlərdə mollalara dini suallar verən və cavablarını gözləyənlər də çox idi.
Son illərdə isə bəzi müasir mollalarımız yas məclislərində sadəcə “Qurani-Kərim”dən bəzi ayələri ərəbcə oxuyur, məclis əhli ehsan yediyi vaxtlarda telefonda “iqra” oynayır, vatsapda danışır, sosial şəbəkələrdəki videoları izləyir və sair. Maraqlı söhbətin edilməməsindən canı sıxılan, ərəbcə oxunan ayələri başa düşməyən məclis əhli isə ehsanı yedikdən dərhal sonra mollanın “Fatihə surəsi”ni oxumasını səbirsizliklə və dörd gözlə gözləyirlər.
Ona görə də qədimiliyimizi, milli kimliyimizi unutmamaq üçün toylarımızda milli toy adət-ənənələrimizi, İslam ölkəsi olduğumuz üçün yas məclislərimizdə Allaha iman, gözəl əxlaq, düzgün tərbiyə, haqq-ədalət, xeyirxahlıq, sülh, təvazökarlıq, dövlətə və xalqa faydalı olmaq kimi dəyərləri təbliğ və təcəssüm edən islami dəyərləri hər kəsə sevdirməyə və yaşatmağa çalışmalıyıq.
Bu işdə babalı müasir mollalarımızın və tamadalarımızın boynuna…
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi