Özünü yorma, kişi, mən düzələn zad deyiləm… - Təbriz VƏFALI YAZIR
16-07-2025 [08:59]
Təbriz VƏFALI
***
Keçmiş SSRİ dövründə digər sovet respublikalarında oldğu kimi Azərbaycan SSRİ-də də dəmir nizam-intizam, insanları daim vəlvələyə salan sərt və amansız cəzalar var idi. Ona görə də o zamanlar qanun pozuntularının, cinayət hadisələrinin sayı az idi. Hətta “ölüm kamerası” adlanan otaqda ölüm hökmünün, ürəkdən güllələnmənin, edamın digər növü olan suda boğmanın icra edildiyi bir dövrdə ağır cinayətlər törətmək böyük məharət və cəsarət tələb edirdi.
Xüsusilə də həmin dövrlərdə avtoxuliqanlıq hallarının, yol-nəqliyyat hadisələrinin sayı çox az idi. Çünki sürət həddini artıranları, yol hərəkəti qaydalarına əməl etməyənləri, yol hərəkəti nişanlarına məhəl qoymayanları anadan doğulmalarına peşiman edir, anadan əmdikləri südü onların burunlarından gətirirdilər…
Azərbaycan müstəqliik qazandıqdan sonra humanistliyimiz, mərhəmətli olmağımız sayəsində qanunlarımızda dəyişikliklər edildi, ağır cəzalar yüngülləşdirildi, ölüm hökmü, güllələnmə ləğv olundu. Bəzi cəzalara görə cərimələr qəpik-quruşa endirildi, bir neçə illik həbs bir neçə sutkalıq inzibati həbslə əvəz edildi. Bunun nəticəsidir ki, avtoxuliqanlıq sanki başlı-başına buraxılmış bir xəstəliyə çevrilib. Avtoxuliqanlıq taun kimi transmissiv infeksion xəstəliyə dönərək əksər sürücülər, xususən də gənclər arasında yayılmaqdadır. Bu səbəbdən də uzun illərdir avtoxuliqanlıq bəlasına düçar olanlar arasında alkoqoldan, yəni spirtli içkilərdən, eləcə də narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edən sürücülərə rast gəlinir.
Son zamanlarda isə cəmiyyətimizi və ictimaiyyətimizi narahat edən ən ciddi problemlərdən, ən ümdə və həlli vacib məsələlərdən biri də motosiklet, moped, skuter və velosiped sürücülərinin kütləvi avtoxuliqanlıqla məşğul olmalarıdır. Təhlükəli manevrlər edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər hərəkət iştirakçılarına real təhlükə yaradan sürücülər Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılsa da, sürücülərdən bəzilərinin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılsa da, onlar 15 gün müddətinə inzibati həbs olunsalar da, nə çifayda?
İkitəkərli nəqliyyat vasitələrinin digər sürücüləri qanunlarımıza, sürücülük hüquqlarının məhdudlaşdırlmasına, 15 günlük həbsə əhəmiyyət vermədən, məhəl qoymadan qanlarına işləmiş, canlarına hopmuş zərərli vərdişlərindən, “sevimli peşələri”ndən - avtoxuliqanlıqdan vaz keçmək istəmirlər.
Düzdür, Dol Yol polisi əməkdaşları motosiklet, moped, skuter və velosiped sürücüləri ilə nəzarət və maarifləndirmə tədbirlərini gündəlik və gücləndirmiş şəkildə davam etdirirlər. Yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan və təhlükəli manevr edən sürücülərlə yerində izahat və xəbərdarlıqlar aparılır. Hər bir qayda pozuntusunun digər yol hərəkəti iştirakçıları üçün yaratdığı risklər izah olunur. Amma başımızın üstünü almış qara buludlar dağılmaq bilmir ki, bilmir. İkitəkərli nəqliyyat vasitələri ilə avtoxuliqanlıq edənlər hələ də yetərincədir. Çünki başımızın üstündə sərt qapaz, dəmir yumruq olmasa, mərhum şairimiz Mirzə Ələkbər Sabir demişkən, özünü yorma, kişi, mən düzələn zad deyiləm.
Nə qədər ki, valideynlər, ikitəkərli nəqliyyat vasitələrinin “dəlisi”nə çevrilmiş uşaqlar, yeniyetmələr və gənclər qarşılıqlı hörmət və məsuliyyətin yol təhlükəsizliyinin təməli olduğunu dərk etmirlər, sözügedən sürücülər yol hərəkəti qaydalarına əməl etməklə həm özlərini, həm də başqalarını qorumağın mahiyyətinə varmırlar, İnzibati Xətalar Məcəlləsində avtoxuliqanlarla bağlı cəzalar ağırlaşdırılmayıb, cərimələr artırılmayıb avtoxuliqanlıq qlobal problemə çevrilməklə daim təhlükə və ölüm mənbəyi olaraq qalacaq.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi