Diplomlu, ali təhsilli hamballarımız… - Təbriz VƏFALI YAZIR
14-07-2025 [09:55]
Təbriz VƏFALI
Azərbaycan İnformasiya Mərkəzinin direktoru
***
Tarixə gömülmüş keçmiş SSRİ dövründə digər Sovet Respublikalarında olduğu kimi Azərbaycan SSR-də də işsizlik demək olar ki yox səviyyəsində idi. Çünki Sovet dövründə əmək qabiliyyətli insanların işsiz qalması, bekar olması az qala böyük cinayət sayılırdı, Vətənə xəyanət kimi başa düşülürdü.
Ona görə də Sovet İttifaqında icbari əmək siyasəti yürüdülürdü, 15 sovet respublikasının hər birində icbari iş sistemi mövcud idi. Məsələn, ali təhsili olmayanlar, o cümlədən orta məktəbi natamam bitirənlər, yəni, bir neçə sinif oxuyanlar mütləq kolxozlarda, sovxozlarda, müəssiələrdə, fabriklərdə, idarə və təşkilatlarda mütləq icbari işlə təmin edilirdilər. Hərbi xidmətini başa vurmuş gənclər ən uzağı 2 ay işsiz qala bilərdilər. Sonra onlar işlə təmin edilirdilər. Ali təhsillərini bitirmiş və diplom almış gənclər isə dərhal təyinatla işə göndərilirdi, yaxud, onların öz ixtisasları üzrə iş tapmalarına şərait yaradılırdı.
Ali təhsilli, diplomlu şəxslər hərbi xidmətə göndərilmirdi. Zabit kimi rütbə almış ali savadlılar isə bir neçə ildən bir 45-60 günlük hərbi toplanışa dəvət edilsələr də, iş yerlərini itirmirdilər. Bunun üçün dövlət tərəfindən hərbi toplanışa çağırılan şəxsin işlədiyi idarəyə təzminat ödənilirdi və sözügedən toplanış bitdikdən sonra yeni rütbə almış vətəndaş yenidən əvvəlki iş yerinə qayıda və işləyə bilirdi...
Azərbaycan müstəqillik qazandıqdan sonra sosial-iqtisadi problemlər məngənəsində sıxılan Azərbaycanda alverçilik ideologiyası işsizlikdən və maddi imkansızlıqdan əziyyət çəkən insanların beyinlərinə zorla yeridildi. Ali təhsilli və diplomlu insanlardan bəziləri alverə girişdilər, digərləri ya fəhləliklə məşğul oldular, ya da bazarlarda, vağzallarda, anbarlarda və digər yerlərdə yük daşıyan hamballar kimi gündəmə düşdülər.
Bakıda dillər əzəbri olan “qul bazarları”nda isti-soyuq, günəşli, bürkülü, yağışlı-qarlı, ayazl-şaxtalı havalarda gündəlik iş tapmağa məcbur qalan, ailələrinə bir qarın çörək və gündəlik ruzi qazanmağa ümid edən hamballar arasında ali təhslilli və diplomlu şəxslər də var idi.
Artıq neçə illərdir ki, Azərbaycanda hər il işsizlik müavinəti alanlar və işsiz kimi qeydiyyata alınanlar arasında ali təhsilli və diplomlu şəxslərə də rast gəlinir. Bəzi işsiz diplomlular peşə hazırlığı kurslarına cəlb edilsələr də, onların təmin olunduqları işlər öz ixtisasları üzrə seçilmir, yaxud, məcburən başqa ixtisas üzrə işlə təmin edilirlər. Yəni, onların ali təhsilə sərf etdikləri 4 və ya 5 illik müddət, çəkilən zəhmətlər, eləcə də diplomlar heç bir şeyə yaramır...
Adətən yay mövsümündə ali məktəbləri bitirənlərin və ali məktəblərə qəbul olan abituriyentlərin sevinclərinin həddi-hüdudu bilinmir. Ancaq ali məktəb bitirənlərdən bəzilərinin işlə təminatı sanki açılmayan kor düyünə çevrildiyindən diplom alanların keflərinə açı soğan doğranır. Üstəlik, 4 il təhsil alacaq bəzi abituriyentlərin də eyni aqibətlə üzləşəcəyi ürəkağrıdan mənzərə olacaq. Ona görə də sözügedən problemin kökündən həlli üçün müvafiq dövlət qurumları, o cümlədən Əmək və Əhaliniin Sosial Müdafiəsi və Təhsil nazirlikləri tərəfindən birgə layihələrin, proqramların hazırlamasına və icra edilməsinə ehtiyac var. Gələcəkdə diplom alacaq şəxslərin işsiz qalmaması üçün ali təhsil müəssisələri tərəfindən də müəyyən adekvat addımları atmalıdırlar. Əks halda ali təhsillilərin və gələcəkdə məzun olacaq şəxslərin alacaqları diplomlar toz içində itib-batacaq, bir zibilə dərman olmayacaq və sonra mərhum şairimiz Famil Mehdinin “Dilən, professor, utanma, dilən...” şeirində dediyi kimi:
“Hanı o qırmızı diplomlar, hanı?
Nəyimə gərəkdir torbada qala,
Çıxar, hamısını cır at, tapdala.
Yandır cild-cild, yansın əl yazıların,
Sən kimə gərəksən, o kimə lazım?
O fəxri fərmanları,
Təşəkkürləri yandır,
Dünya aldanan yox, bil aldadandır...
Dilən, professor, utanma, dilən,
Dillən, professor, utanma, dillən...”
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi