Qanundan bixəbərlər… - Təbriz VƏFALI YAZIR
10-07-2025 [10:37]
Təbriz VƏFALI
***
Azərbaycan demokratik, hüquqi, dünyəvi, unitar və suveren respublika kimi insan və vətəndaş hüquqlarının təmin edilməsi, hakimiyyətin qanunlarla məhdudulaşdırılması, qanunun aliliyi və digər prinsipləri daim öz dövlət quruluşunda əks etdirir.
Hətta Azərbaycan Respublikası Konstitusiyasında hüquqi ölkə olmağımız bir prinsip kimi təsbit edilib. Bu baxımdan respublikamız müstəqillik qazanandan üzübəri hər il ümumbəşəri demokratik prinsipləri, qanunun aliliyini və insan hüquqlarının müdafiəsi kimi fundamental dəyərləri, eləcə də ədalət mühakiməsi prinsiplərini özündə ehtiva edən hüquqi islahatların keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi sahəsində qanunvericilik fəaliyyətinin təmin edilməsi, normativ hüquqi aktların hazırlanması, qəbul olunması, rəsmiləşdirilməsi, qüvvədə olması və digər proseslər icra edilir. Bunlardan əlavə, müvafiq və aidiyyəti dövlət qurumları tərəfindən Azərbaycan cəmiyyətində hüquq düşüncəsinin və hüququ mədəniyyətinin inkişaf etdirilməsi üçün hər il hüquqi maariflədirmə işləri də həyata keçirilir. Lakin bütün cəhdlərə baxmayaraq, ictimaiyyətdə təkcə ali təhsil almamış insanlar deyil, ali təhsilli, diplomlu insanların əksəriyyəti hələ də qanunlardan bixəbərdirlər.
Dəfələrlə eşitmişik, oxumuşuq, şahid olmuşuq ki, bəzi vətəndaşlar hər hansı bir problemlə bağlı aidiyyəti quruma deyil, digər dövlət orqanlarına şikayət edirlər. Məsələn, əksər vətəndaşlar müəyyən şəxslər arasında torpaq, mənzil, ev, bir sözlə daşınar və daşınmaz əmlakla bağlı yaranmış mübahisələrin həlli üçün məhkəmələrə deyil, daxili işlər orqanlarına, yerli polis şöbələrinə müraciət edirlər.
Yaxud, kiminsə kiməsə borcu var, ala bilmir, düşür polis orqanlarının üstünə ki, gəlin borcumu alın verin. Bir sözlə, vətəndaşların qanunlardan xəbərsizliyi üzündən məhkəmələrə ünvanlanacaq şikayətlər daxili işlər orqanlarına ünvanlanır. Müraciətlər nəticəsiz qalanda isə polis şöbələri məsuliyyətsizlikdə, qanunları icra etməməkdə və digər məsələlərdə ittiham edilir…
Analoji problemlər Azərbaycanın media sahəsində də özünü büruzə verir. Bəzi jurnalistlər müəyyən məsələlərə aydınlıq gətirmək üçün sualları yanlış, səhvən aidiyyəti olmayan dövlət qurumlarına və təşkilatlara ünvanlayırlar. Məsələn, Xəzər dənizində hərbi gəmi saxlanılır. Bəzi media mənsubları sualları Müdafiə Nazirliyinə, Azərbaycan Hərbi Dəniz Qüvvələrinə deyil, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə ünvanlayırlar. Üstəlik, dövlət sirri, hərbi sirr olan fəaliyyətlər haqqında məlumat almaq və yaymaq üçün cəhd göstərirlər. Amma həmin jurnalistlərimiz bilmirlər ki, qanunlarımız buna icazə vermir…
Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və birbaşa cavabdeh qurumlar qalır bir qıraqda, vətəndaşlar düşürlər digər orqanların üstünə və hay-həşir qoparırlar ki, gəlin filan problemləri həll edin…
Bakıda kənd təsərrüfatı məhsulları bahalaşan kimi bəziləri az qalırlar Kənd Təsərrüfatı Nazirliyinin canını alsınlar ki, bəs qiymətləri niyə tənzimləmirsiniz, filan. Amma şikayətçilər bilmirlər ki, qanunvericiliyə əsasən, antiinhisar nəzarəti siyasətini, rəqabət qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətini, haqsız rəqabətin qarşısının alınmasını, istehlakçı hüquqlarının müdafiəsini və istehlak bazarına nəzarəti, bir sözlə, qanunsuz qiymət artımına qarşı mübarizəni məhz Azərbaycan Respublikasının Prezidenti yanında İstehlak Bazarına Nəzarət Dövlət Ağentliyi həyata keçirir…
Nə qədər ki ictimaiyyətdə hüquqi maarifləndirmə effektiv nəticə vermir, hüquqlarımızı, qanunlarımızı öyrənməyə marağımız və həvəsimiz yoxdur, bu xəmir hələ çox su aparacaq. Əlinin papağını Vəlinin başına, Vəlinin papağını Əlinin başına qoyanlar daim olacaq.
Son nəticədə isə xalq şairi Qabil demişkən: “Müsibət oluruq biz, səhv düşəndə yerimiz”…
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi