“Sem dayı”nın “səxavəti”... - Əli Cabbarov yazır
11-02-2025 [20:07]
Əli Cabbarov,
Naxçıvan Dövlət Universitetinin dosenti
***
Dünya tarixinin son yüzilliklərdəki səhifələrinə baxanda imperialist Qərbin müstəmləkə yolu ilə sümürdüyü sərvətlər hesabına necə varlandığını və daha sonra da törətdikləri müharibələr yolu ilə satdıqları silahlardan gələn milyardları ört-basdır edə bilmək üçün bu müharibələrdən zəif düşmüş xalqlara dırnaqarası yardımlar üçün müxtəlif uydurma layihələr irəli sürdüklərini görə bilirik.
“Sem dayı”nın, yəni ABŞ hökumətinin və ya onun quyruğundakı USAID kimi müxtəlif qeyri-hökumət təşkilatı tipindəki qurumların da bu layihələrdəki missiyaları isə qətiyyən hədəf ölkələrin çiçəklənib güclənməsi deyil, öz ölkəsinin maraqlarına uyğun olaraq onları daha da asılı vəziyyətə gətirməkdir. Hər halda Amerikanın, buradakı dərin dövlətin maraqları ilə vaxtaşırı maraqlanan hər kəs bunları daha yaxşı bilir.
1961-ci ildə prezident Con Kennedi dövründə təsis olunmuş və hazırda 50 milyard dollara çatan büdcəsi ilə 100-ə yaxın ölkədə fəaliyyət göstərən USAID, yəni ABŞ Beynəlxalq İnkişaf Agentliyi bu ölkənin xarici siyasətinin bir aləti kimi Afrika, Asiya, Latın Amerikası, Yaxın Şərq və Şərqi Avropa ölkələrini özünə hədəf seçmişdir. Göründüyü kimi, burada, əsasən, zəif və inkişaf etməkdə olan regionların ölkələri vardır ki, bunlar da elə əvvəlcədən, hələ yardımlardan qabaq Amerikanın kapitalist hədəfində olub, qaynar xəbərlərdə izlədiyimiz qanlı hadisələrlə ön səhifəyə çıxırlar. Başqa sözlə, guya dünyadakı fəlakətlərin nəticələrinin aradan qaldırılmasına köməklik göstərmək, yoxsulluğa qarşı mübarizə, ətraf mühit üzrə texniki əməkdaşlıq kimi qlobal məsələlərə dəstək, sosial-iqtisadi inkişaf missiyalı bu təşkilat əslində, ABŞ-nin ikitərəfli maraqlarının qorunmasına xidmət etməklə bunu açıqca da öz səhifəsində bəyan etməkdədir. Hər halda pafosla səslənən ümumi “sosial-iqtisadi inkişaf”dan başqa USAID-in digər konkret məqsədlərinin dərininə getsək, bunları, yəni başqa dövlətlərdəki yoxsulluğu, qlobal ekoloji problemlərin əsl səbəbkarlarından birinin də elə “Sem dayı”nın özü olduğunu da görə bilərik. Amerikanın özündə də etiraf olunduğu kimi, 1960-1970-ci illərdə Mərkəzi Kəşfiyyat İdarəsi agentlərinin xaricdə gizli fəaliyyətinə dəstək vermiş USAID-ə indi başqa ad vermək də çətindir.
Pulyuma əməliyyatlarında iştirakında şübhəli olduğuna görə artıq ABŞ-dəki yeni administrasiyanın və onun yaxında Marsa köçməyə hazırlaşan yüz milyardlıq bankomatı İlon Maskın da qara siyahısına düşmüş və bir çox ölkədə fəaliyyəti dayandırılmış USAID-in Azərbaycanda da arzuedilməz elan olunması bu təşkilatın ölkəmizə qarşı tutduğu ikili mövqedən və ümumilikdə, dünyadakı mənfi imicindən irəli gəlir. Yaxın keçmişə baxdıqda, bu qurumun 30 il müddətində torpaqlarımızı işğalda saxlamış və bir milyondan çox azərbaycanlını etnik təmizləməyə məruz qoymuş Ermənistanı və Qarabağda yuvalanmış cinayətkar separatçıları açıqca dəstəkləyib onlara dəfələrlə maliyyə yardımları ayırmasına, həmin qurum rəhbərinin vaxtikən Rusiya dəstəkli oliqarx olmuş və bu ölkədə paltaryuyan maşınlar kimi populyar olan pulyuma əməliyyatlarında adı hallanan Ruben Vardanyanla sıx əməkdaşlığına, ölkəmizin tam suverenliyinə qovuşandan sonra Azərbaycana münasibətdə kəskin ritorika nümayiş etdirməsinə, dövlətimizə qarşı kampaniya aparıb ermənilərin müdafiəsinə qalxmasına, COP29 sammiti ərəfəsində insan hüquqları məsələlərini bəhanə gətirərək ölkəmizə qarşı təzyiqlər göstərməsinə nə dövlətimiz, nə də xalqımız heç bir əsasla tolerantlıq göstərə bilməzdi.
Hər fürsətdə müstəqil xarici siyasət yürüdən dövlətləri hədəfə alan, yalnız Amerikanın genişlənmə siyasətinə xidmət edən belə yardım təşkilatlarının ayrı-ayrı ölkələrdə, əsasən, kənd təsərrüfatı, ticarət, səhiyyə və humanitar məqsədlər üçün yardımlar ayırdığı iddia olunsa da, USAID-in yardım adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə fəal şəkildə müdaxilə etməyə, sosial-siyasi qeyri-sabitlik, çevriliş və xaos üçün münbit şərait yaratmağa çalışdığını qonşu ölkələrin timsalında görə bilirik. Ukraynada “narıncı”, Gürcüstanda “məxməri”, Qırğızıstanda isə “zanbaq” inqilablarının ssenarilərində USAID-in “rolu”nu bu gün həmin ölkələrin xoş olmayan vəziyyəti bir daha sübut edir. Kağız üzərindəki missiyasında guya insanlara yardım göstərən USAID dünyada 707 media qurumunu, 6200 jurnalisti və 279 jurnalistika sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatını maliyyələşdirməklə belə təxribatçı fəaliyyəti ilə Azərbaycan da daxil olmaqla bir çox dövlətləri narahat etməyə bilməzdi. Dövlət başçımız Prezident cənab İlham Əliyevin də çıxışlarında dəfələrlə bu məsələnin ciddiliyini vurğulayaraq qeyd etdiyi kimi, xarici qrantlarla qidalanan bəzi media və QHT təmsilçiləri şəxsi maraqlarına xidmət etməklə, əslində, onların da dəyirmanına su tökür, ölkəmizə, gəncliyimizə ciddi zərər verirlər.
Lakin təkcə bunlar deyil, dünya miqyasında da USAID-in əməlləri haqqındakı xəbərləri oxuduqda Azərbaycanın bu təşkilata gediş yolunu göstərməsində tamamilə haqlı olduğunu görürük. Belə ki, kasıb ölkələrin əhalisinə geyilmiş köhnə paltarları, istifadə müddəti bitməsinə az qalmış konservləri səxavətlə paylayan USAID tərəfindən göstərilən bəzi maliyyə yardımlarının isə yayılan xəbərlərə görə, son nəticədə, Əfqanıstanda narkotik istehsalını artırmaq üçün istifadə olunması, xeyli həcmdə pulun terror təşkilatı “Əl-Qaidə”yə yönləndirilməsi, Kolumbiyada, Peruda, İrlandiyada, Qvatemalada, makronsayağı həyat tərzinin təbliğinə birbaşa olaraq yönəlmiş milyonlarla vəsaitin xərclənməsi, Serbiya cəmiyyətində araqarışdırmağa xidmət edən layihələrə pullar ayrılması bu təşkilatın, onun rəhbərliyinin iç üzünü ortaya qoyur. Gec, ya da tez, iç üzü bu gün ortaya çıxmış belə bir təşkitlarla işləmək isə region lideri Azərbaycana heç dünəndən lazım deyil.
Azərbaycan xalqı yardımsevər, eyni zamanda çətin anlarda ona göstərilən vacib yardımları da daim qiymətləndirən dövlətə malikdir. Xalqımız ölkəmizə xoş niyyətlə ayaq basan hər bir kəsə qapını açıq saxlamış və bu gün də Azərbaycanda əsl biznes və ya xeyriyyəçiliklə məşğul olanlar bunu açıqca görürlər. Lakin bununla yanaşı, dırnaqarası yardım adı altında altdan-altdan ölkəmizə qarşı kirli işlər çevirib, öz çirkin məqsədlərinə çatmaq istəyən USAID kimi qurumlara və onları dəstəkləyən ölkələrə də lazım gələndə hər an çıxış qapısını göstərəcək güclü dövlətimizin və onun qətiyyətli liderinin deyəcək sözü vardır:
“Goodbye Uncle Sam!”
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi