Xammal yönümlü iqtisadiyyat ölkələri əsarətə aparan yoldur - Professor yazır
04-02-2025 [14:10]
Saleh MƏMMƏDOV,
Professor, sabiq Maliyyə naziri
***
Mənim tədqiqatlarım insan resursları ilə təbii resurslar arasında tərs mütənasib asılılıq qanunauyğunluğu aşkar etməyə və süni intellect vasitəsilə məlumat bazasının riyazi modellərlə təhlili bun tam isbat etməyə imkan verdi. Təbii resurslardan istifadə gücləndikcə insan resurslarının toplu gücü zəifləyir.
Təbii resurs olmayanda insan təbiətdən aldığı müqavimətə qarşı bilik potensialını məcburən gücləndirməlidir.
Azərbaycanda bu qanunauyğunluq müstəqillik illərində tam şəkildə özünü büruzə verdi və bu meyl günü-gündən gərginləşir. Hətta ölkə ciddi riskli zonaya daxil olmuşdur. Sovet dövründə respublikanın ixracatının 32-55%-ni xammal təşkil edirdisə (risk zonasından aşağı), indi bu rəqəm 90%-dən çoxdur. Bu ixrac xammalı ilə bir problem baş verərsə, ölkə cəmi 10% valyuta qazancının ümidinə qala bilər, idxalın cəmi üçdə birini maliyyələşdirə bilər. Müasir insan gücünün əsas komponentini təşkil edən elm və texnologiya isə acınacaqlı vəziyyətdədir. Sovet dövrünə nisbətən elmi-texnoloji inkiıaf potensialı bir neçə dəfə azalıb, iqtisadiyyata təsir səviyyəsi sıfırlanıb. 1990-cı ildə elmi-texnoloji inkişafın əsasını təşkil edən patentlərin sayı 1500-də yuxarı idi, indi ildə 100-ə çatmır.
Dünya Bankının "Adjusted Net Savings" məlumat bazasına əsasən 2023-ci il üçün ÜDM-də təbii sərvət rentasının payına görə ilk 20 ölkə cədvəli (Məlumatlar ölkələrin ən son mövcud məlumatlarına uyğundur, bəzi ölkələr üzrə 2021-ci il rəqəmləri ola bilər):
Sıra Ölkə Təbii Sərvət rentasının ÜDM-də Payı (%)
1 İraq ~45.3%
2 Ekvatorial Qvineya ~37.9%
3 Küveyt ~37.2%
4 Türkmənistan ~32.4%
5 Liviya ~31.3%
6 Azərbaycan ~29.9%
7 Konqo Respublikası ~29.7%
8 Anqola ~28.9%
9 Qabon ~27.4%
10 Səudiyyə Ərəbistanı ~25.6%
11 Əlcəzair ~21.6%
12 Nigeriya ~18.5%
13 Venezuela ~16.8%
14 Oman ~16.5%
15 Rusiya ~15.8%
16 Qazaxıstan ~14.9%
17 Norveç ~14.2%
18 Qayana ~13.9%
19 Monqolustan ~13.5%
20 Surinam ~12.7%
Əsas Qeydlər:
• Təbii sərvət rentası (kirələri) neft, qaz, kömür, mineral və meşə resurslarını əhatə edir.
• İraq, Ekvatorial Gvineya, Küveyt, Türkmənistan, Azərbaycan kimi neftdən asılı iqtisadiyyatlar siyahının üstündədir.Əksəriyyəti müsəlman ölkələrididir.
• Qayana kimi yeni resurs istehsalçıları dənizdə neft kəşfləri səbəbilə sürətli artım göstərir.
• Kanada, Norveç, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdə təbii resurslar rentası yüksək olsa da, iqtisadiyyatın diversifikasiyası hesabına i optimal balansa nail olmuşdular. Ərəb Əmirliklərində bir neçə on illiklər əvvəl ixracda neftin payı 98%-ə çatırdısa (Azərbaycanda hazırda 90%-dən çoxdur), indi 30%-dən aşağı düşmüşdür, yəni BVF-nun maksimum riskli həddən də aşağıdır.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi