İsrail-HƏMAS anlaşması: kim uddu, yaxud Tramp Bakı və İrəvana da belə təzyiq edə bilər?
17-01-2025 [14:26]
Şahin CƏFƏRLİ
***
İsrail və HAMAS arasındakı anlaşmaya baxanda kimin qalib, kimin məğlub olduğu anlaşılmır.
Hətta razılaşmanın HAMAS-ın lehinə olduğunu söyləmək yanlış olmaz.
Birinci mərhələdə (42 gün ərzində) cəmi 33 girovun əvəzində İsrail 1200-dən çox fələstinlini öz həbsxanalarından buraxacaq. Bunların içərisində terrorçuluqda və digər ağır cinayətlərdə ittiham olunan, məhkum edilən xeyli adam var. İsrail ordusu Qəzza daxilində hazırkı mövqelərindən 700 metr geri çəkiləcək, Misirlə sərhəddəki Rəfah nəzarət-buraxılış məntəqəsi açılacaq, humanitar yüklər əvvəlkindən artıq həcmdə Qəzzaya daxil olacaq.
İkinci mərhələdə isə digər girovların buraxılması müqabilində İsrail ordusunun tamamilə Qəzzadan çıxması nəzərdə tutulur. Bu, o deməkdir ki, HAMAS öz mövcudiyyətini qorumaq və yenidən güclənmək imkanı qazanır.
Anlaşma İsrail hakim koalisiyası daxilində ultraradikal və dindar sionistlərin (milli təhlükəsizlik naziri Ben Qvir və maliyyə naziri Smotriç) kəskin etirazına səbəb olub. Ben Qvirin istefaya hazırlaşdığı barədə xəbərlər var, Smotriç də partiyasının hökuməti tərk edə biləcəyini deyib.
Bayden administrasiyası tərəfindən hazırlanan razılaşmanın qəbulunda Trampın ciddi rolu oldu. O, andiçmədən əvvəl anlaşma əldə olunması üçün Netanyahuya təzyiq göstərdi və HAMAS-a ultimatum verdi. Ənənəvi diplomatiyaya qıcığı olan Trampın sövdələşmə əldə etmə metodu budur. Demokratlar kimi uzun-uzadı, nəticəsiz görüşlər və telefon danışıqları aparmaq bu eqosentrik adamın stili deyil.
Yeri gəlmişkən, Azərbaycan-Ermənistan sülh prosesinə də Tramp tərəfindən analoji münasibət görə bilərik. Bunu respublikaçı Konqres üzvü, Helsinki Komissiyasının sədri Co Uilson da deyib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi