Bu dünyanın ədaləti
27-09-2024 [23:26]
Şəlalə CABBAROVA,
Naxçıvan şəhər Heydər Əliyev adına məktəbin müəllimi
***
Düz dörd il əvvəl, 27 sentyabr səhəri xalqımızın ən yeni tarixinin yazılmağa başladığı günün ilk dəqiqələrindən bütün Azərbaycanı ayağa qaldıran ilk xəbərlər gəlməyə başladı.
Qəhrəman Azərbaycan Ordusu torpaqlarımızı murdar düşmən tapdağından azad etmək üçün hərəkətə keçmişdi! Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır!” nidasından qorxuya düşən erməni faşizminin başını son olaraq birdəfəlik əzib bu dünyanın pozulmuş ədalətini bərpa etmək üçün döyüşə atılan şanlı Ordumuzun önündə 44 günlük bir zəfər yolu başlamışdı.
Vətən müharibəsinin ilk saatlarından azad edilən torpaqlarımıza qovuşmağın sevinci ilə daha da coşan xalqımızın son 200 illik tarixində dönüş nöqtəsi olan 27 sentyabr – Anım Günü uca şəhidlərimizin xatirəsinə dərin hörmət və ehtiram, həm də Azərbaycanı ədalətli sülhə aparan böyük yolun başlanğıcı kimi də tarixdə yaşayacaq. Uzun illər boyu işğal və sürgünlərdən əziyyət çəkmiş, əraziləri hissə-hissə qoparılıb ermənilərə hədiyyə olunmuş Azərbaycan torpaqlarında ədalətin bərpası üçün başlanan 44 günlük Vətən müharibəsi Ali Baş Komandanımızın qətiyyəti, əsgərlərimizin şücaəti ilə yanaşı, özünün keçirilmə zamanı, taktikası, istifadə olunan yeni hücum silahlarının uğurlu tətbiqi ilə dünya hərb tarixində də yeni bir dövrün başlanğıcı oldu. Otuz il işğal altında qalmış torpaqlarının azadlığı üçün irəli atılan şanlı Ordumuz on illər ərzində möhkəmləndirilmiş müdafiə istehkamlarını yararaq Qarabağın ürəyi Şuşaya doğru yol aldı. Ali Baş Komandanın mükəmməl hərb diplomatiyası ilə susdurulan bütün ermənipərəst siyasətçi və medianın qaragüruhuna və çürük erməni ordusunun mülki vətəndaşlarımızı da hədəf aldığı son çırpıntılarına baxmayaraq, uğurla başladılan və zəfərlə başa çatan Vətən müharibəsi hamının ürəyincə olan ədalətin də təntənəsi oldu.
İnsan həyatının mənası bu dünyanı doyunca, xoşbəxt yaşayıb ömrü boyunca Uca Yaradanın nəsibindən ona düşəni pay almaqdır. Dünyaya gələn hər bir insanın doğma ata-baba yurdunda sülh içində, ailəsinin, övladlarının yanında yaşaya bilmək, gün-güzəran sahibi olmaq kimi təməl bəşəri hüquqları həm müqəddəs kitablarda, həm də dövlətlərin təsbit etdiyi beynəlxalq hüquqda da öz əksini tapmışdır. Amma tarix bilinəndən qolu güclünun, arxalının bu hüquqları daim pozduğunu da kim bilmir ki?! Başqa torpaqların işğalı, dinc, silahsız insanların qətli, köçkün həyatı, yoxsulluq, aclıqdan ağlayan körpələr, səfalət və vətəndən uzaqlardakı nisgilli ölüm! Bütün bunlar göyün yeddinci qatından baxanda hamının sanki eyni həyatı yaşadığı, amma əslində, güclünün gücsüzə zülm etdiyi qoca Yerin üzərindəki min illər boyu bilinən tarixin acı tablosu, qan qırmızı rənglərlə yoğrulmuş bir palitrasıdır.
Torpaq hərisləri olan imperiya başçılarının və onların ermənilər kimi zaman-zaman istifadə edib, sonra da gözdən saldıqları yaltaq əlaltılarının heç zaman çata bilmədikləri utopik böyük dövlət xülyaları, son nəticədə, iflasa uğrasa da yerində arzularına qovuşmadan qara torpağa gömülmüş milyonlarla gəncin məzarı, başsız ailələr, işıqsız yuvalar qalmışdır.
Nə yazıq ki, bu tarix Qərblə Şərqin astanasındakı Azərbaycandan da yan keçməmiş, bir zamanlar 2 milyon 800 min kvadratkilometrlik nəhəng Azərbaycanı bölmüş Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələri nəticəsində bugünkü ədalətsiz xəritə ilə üz-üzə qalmışıq. Amma hər qaranlıq gecənin bir gündüzü də var, – deyirlər. İrəvanın, Göyçənin, Zəngəzurun ermənilərə hədiyyə olunması ilə onsuz da parçalanmış Azərbaycanın Qarabağına da iştahlanan ermənilərin bu son yağlı tikəni həzm edə bilməyib, köçürüldükləri torpaqlardan cəhənnəm olub getmələri də ədalət çarxının, nəhayət ki, doğru yönə dönməsi, üfüqdə parlayan ulduzların bizim üzümüzə gülməsi ilə yadda qaldı. Və beləcə, otuz il əvvəl başlatdıqları qanlı separatizm əməllərinin qanuni nəticəsini yaşayan başıaşağı ermənilərin düşdüyü miskin vəziyyət də gec, amma güc gəlmiş ədalətin təntənəsidir.
“Ədalət gözlənilmir, ədaləti gərək bərpa edəsən”, – deyən dövlət başçımız öz çıxışlarında həmişə bunun qazanılması üçün “ətalət” gəlməsindən çox uzaq olan çalışqanlıq, güc, enerji, dinamik inkişafı qarşıya məqsəd qoyur, uca şəhidlərimizin qanı bahasına qovuşduğumuz tam suverenliyimizi qorumaq, kimsədən asılı olmamaq üçün güclü olmağı, güclü olmaq üçün isə həmrəy olmağı vurğulayır. Çünki düzəni çoxdan pozulmuş bu dünyada nə azərbaycanlılar, nə də heç kim başqasının gücü altında əzilməməsi üçün daim dostlarının sayını artırmalı, güclü iqtisadiyyata və güclü orduya sahib olmalıdır.
Bax budur bu dünyanın ədaləti!
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi