Zakir Həsənov generalları topladı: "Heç kimin bizimlə diktat və ultimatum dilində danışa bilməməsi üçün..."
03-08-2024 [14:00]
"Heç kimin bizimlə diktat və ultimatum dilində danışa bilməməsi üçün Azərbaycan Ordusu döyüş hazırlığını və peşəkarlığını daim yüksək səviyyədə saxlamalıdır".
Mia.az xəbər verir ki, bu sözləri Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyində 2024-cü ilin birinci yarımilinin yekunlarına dair keçirilən geniş tərkibli kollegiya iclasında deyib.
Müdafiə nazirinin rəhbərliyi ilə videobağlantı formatında keçirilən iclasda nazir müavinləri, qoşun (qüvvə) növü komandanları, baş idarə, idarə, xidmət və müstəqil şöbə rəisləri, hərbi birlik və birləşmə komandirləri, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Havadarları tərəfindən silahlandırılan Ermənistanın regionda vəziyyəti gərginləşdirmək məqsədilə şərti sərhəddə törətdiyi təxribatlara qarşı bölmələrimiz tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər və mövcud əməliyyat şəraiti təhlil edilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar kollegiya iştirakçılarına çatdırılıb.
Ölkə başçısının səsləndirdiyi "Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir" ifadəsini vurğulayan general-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun Ali Baş Komandanın istənilən tapşırığını yüksək peşəkarlıqla icra etməyə qadir olduğunu bildirib.
Nazirliyin rəhbər heyəti geniş məruzələrlə çıxış edib.
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev cari ilin birinci yarımili ərzində qoşunların əməliyyat imkanlarının və qərargahların komanda idarəetmə qabiliyyətlərinin artırılması, mühəndis, kəşfiyyat və digər sahələrdə həyata keçirilən tədbirlər haqqında geniş məruzə ilə çıxış edib, ordu quruculuğu sahəsində aparılan uğurlu islahatların müsbət nəticəsindən danışıb.
General-polkovnik K.Vəliyev Azərbaycan Ordusunun xidməti-döyüş fəaliyyətini təhlil edərək bildirib ki, müxtəlif qoşun növlərinin cəlb olunduğu beynəlxalq və müştərək təlimlərin keçirilməsi ilə hərbi qulluqçuların peşəkarlıq səviyyəsi daha da yüksəldilib.
Sonra müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov cari ilin ilk altı ayı ərzində təminat sahəsində görülən işlər, qoşunların yeni silah və texnika ilə təchizatı, şəxsi heyətin psixoloji hazırlığı və hərbi təhsil sahəsində həyata keçirilən tədbirlər barədə məruzə edib.
Baş direktor bildirib ki, dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq, hərbi təhsil sahəsində cəlbediciliyin artırılması istiqamətində görülən tədbirlər, o cümlədən respublikamızın 13 şəhərində yaradılmış 17 mərkəz vasitəsilə aparılan maarifləndirmə işləri nəticəsində Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə müraciətlərin sayı 5500-dən artıq olmuşdur. Bu da yüksək keyfiyyətlərə malik namizədlərin seçilməsinə, qoşunların taktiki səviyyədə komplektləşdirilməsi, həmçinin kadr ehtiyatlarının yaradılmasında kəmiyyət və keyfiyyət göstəricilərinin artırılmasına geniş imkan verir.
Qış mövsümünə hazırlıqla bağlı məsələlərə toxunan Baş direktor Azərbaycan Ordusunda bu istiqamətdə həyata keçirilən tədbirlərin plana uyğun olaraq, yüksək səviyyədə təşkil edildiyini bildirib.
Daha sonra müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev bölmələrin döyüş qabiliyyətinin artırılması və qoşun xidmətinin təşkili istiqamətində həyata keçirilən tədbirlər barədə məruzə edib.
Müasir silah və texnikanın cəlb edilməsi ilə keçirilən təlim və məşğələlərin intensivliyinin artırıldığı, bölmələrdə döyüş növbətçiliyi və digər xidməti-döyüş fəaliyyətlərin yüksək səviyyədə təşkil edildiyi bildirilib.
İclasda çıxış edən müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsini icra edən general-leytenant Namiq İslamzadə HHQ bölmələrində şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin illik hazırlıq planına uyğun daha keyfiyyətli keçirilməsinə xüsusi diqqət yetirildiyini vurğulayıblar.
İclasda Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidov və digər qoşun (qüvvə) növü komandanları da çıxış edərək birinci yarımilin yekunlarına dair yerinə yetirilən tədbirlər barədə ətraflı məlumat veriblər.
Müşavirənin yekununda çıxış edən müdafiə naziri silahlanmaya yeni qəbul edilən müasir silah və texnikanın düzgün istismarı və döyüşdə effektiv tətbiqinin öyrənilməsinin vacibliyini qeyd edib.
Müddətli həqiqi hərbi xidmətə yeni çağırılan gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların adaptasiya prosesinə həssaslıqla yanaşılması, eləcə də sağlamlıqlarının daim diqqət mərkəzində saxlanılması ilə bağlı müvafiq göstərişlər verib.
Döyüş növbətçiliyi və gündəlik xidməti fəaliyyət zamanı yanğın və digər təhlükəsizlik qaydalarına əməl edilməsinə, həmçinin hərbi qulluqçuların psixoloji hazırlığına və maarifləndirilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.
Müdafiə naziri növbəti tədris ili bağlı görülən işlərin plana uyğun şəkildə və keyfiyyətli icrasına dair əlavə göstərişlər verib. Azad edilmiş ərazilərdə görülən mühəndis tədbirləri ilə bağlı aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyulub.
Şəxsi heyətin sosial-məişət şəraitinin və tibbi təminatının yaxşılaşdırılması ilə bağlı görülən işlərin mütəmadi olaraq yoxlanılması və ciddi nəzarətdə saxlanılması barədə müvafiq tapşırıqlar verilib.
Ali Baş Komandanın qeyd etdiyi fikirləri bir daha xatırladan general-polkovnik Z.Həsənov istənilən təxribatlara qarşı hər an hazır olmaq, heç kimin bizimlə diktat və ultimatum dilində danışa bilməməsi üçün Azərbaycan Ordusu döyüş hazırlığını və peşəkarlığını daim yüksək səviyyədə saxlamalıdır deyərək müşavirəyə yekun vurub.
BMT Baş katibindən ABŞ-ın Venesuelanı mühasirəyə almasına - Reaksiya
İsrail tarixinin ən böyük qaz anlaşmasını müsəlman ölkəsiylə imzaladı: 35 milyard dollarlıq - Netanyahu növbəti sürpriz vəd edir
"Limitsiz azadlıq heyvanlara məxsus bir keyfiyyətdir" - Aparıcıların efirə seksual geyimlə çıxmalarına etiraz böyüyür (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti tapıldı
Qərbi Kaspi Universitetinin dövlətə borcu 5 dəfə artıb
Putin generallarla görüşdə niyyətini açıqladı: "Rusiya tarixi ərazilərinin hərbi yolla azad edəcək"
Rövşən Nəcəf Qətərə yollanıb
Sahibə Qafarova Aİ rəsmisi ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Kənan Yıldız "Yuventus"dan ayrılır? - İki klub danışıqlara başlayıb
Türkiyə futbolunda daha bir yenilik - Transfer müddəti dəyişib
BMT: "Qəzzaya təcili humanitar yardım çatdırılmalıdır"
Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha bir AXCP funksioneri saxlanılıb?
Əli Əsədov ikili diplom proqramı barədə sərəncam imzalayıb - CƏDVƏL
Sabiq nazirin qızı üzr istədi - Açıqlama
"Açıq ürək əməliyyatı olmalıyam, sabaha ümidim yoxdur, buraxacaqsınızsa..." - Sabiq məmur məhkəmədə
"MTV" kanalına ciddi xəbərdarlıq olunub
Qətərin Baş prokuroru Azərbaycana səfərə dəvət olunub
Rəsmi Tehran ABŞ-a çağırış etdi: "Əgər bizə zərbə olsa, o zaman..."
"Nə qədər yaramaz və şərəfsiz olasan ki..." - Musa Musayev yazır
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyət müddəti bitib - XİN-də görüş olub
MEDİA-nın Müşahidə Şurası iclası keçirib - FOTO
Polis əməliyyatı: 3 nəfər 47 kq narkotiklə tutulub
ABŞ-Venesuela müharibəyə addım-addım yaxınlaşır - Tramp qərar verdi, Karakas və BMT-dən xəbərdarlıq gecikmədi
BOKT-un vəzifəli şəxsləri cərimələnib
QƏBULA HARAM QATANLAR KİMLƏR OLUB? - DİM buraxılış və yaz qəbul imtahanlarında dələduzluq edənlər barədə elə faktları açıqladı ki...
Prezident İlham Əliyev BƏƏ-də - FOTOLAR (Yneilənib)
Sabah hava necə olacaq? - Proqnoz
Zakir Həsənov generalı Levent Ergünü qəbul edib - Açıqlama
DÇ-2026: FIFA oyunlara 60 dollarlıq biletləri satışa çıxardı
Maliyyə Nazirliyi ofis icarəyə götürəcək - 1.2 milyona
Tramp daha 5 ölkəyə səyahət qadağası qoydu - Səbəb + SİYAHI
Axtarışda olan Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb
Naxçıvanlılar Biləsuvar gömrük postundan niyə buraxılmır? - VİDEO