ABŞ-Venesuela müharibəyə addım-addım yaxınlaşır - Tramp qərar verdi, Karakas və BMT-dən xəbərdarlıq gecikmədi
17-12-2025 [13:29]
ABŞ prezidenti Donald Tramp sanksiyalara məruz qalan bütün Venesuela neft tankerlərinin bloklanmasına əmr verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Trampın özü açıqlama verib.
O, ABŞ Hərbi Dəniz Qüvvələrinin Venesuelanı tamamilə mühasirəyə aldığını gizlətməyib: "Addım-addım əməliyyatlarımız davam edir, edəcək. Venesuela hökuməti xarici terror təşkilatıdır. Bu səbəbdəm tariximizin ən böyük donanmasını Cənubi Amerikaya göndərim. Venesuela ABŞ-dan oğurlandığı neft, torpaq və digər aktivlər geri qaytarana qədər blokadada qalacaq. Artıq Venesuelaya daxil olan və çıxan bütün neft tankerləri bloklanacaq. Bu məqsədlə oradakı donanmamız daha da böyüdüləcək. Onlar əvvəllər heç vaxt görmədikləri bir şok yaşayacaqlar"
Rəsmi Karakas isə Tramp qərar və bəyanatını beynəlxalq hüquq, azad ticarət və naviqasiya azadlığını pozan ciddi və kobud bir təhdid olduğunu bəyan edib: "ABŞ Venesuelanın təbii sərvətlərini ələ keçirmək planı güdür. Bu, açıq şəkildə müstəmləkə cəhdidir".
Prezident Nikolas Maduro da Vaşinqtonu Venesuelanın neft və təbii sərvətlərini ələ keçirməyə çalışmaqda günahlandıraraq, əsla geri çəkilməyəcəklərini deyib: "Ölkəmizin suverenliyi və qanuni maraqlarından heç vaxt geri addım atmayacğıq".
Bu arada bəlli olub ki, ABŞ Dövlət Katibi Marko Rubio və Müdafiə naziri Pit Heqset qapalı iclasda senatorları Venesuelaya qarşı əməliyyatlar barədə məlumatlandırıblar. Heqset bildirib ki, Venesuela sahillərində bəzi hədəflərə hücumun görüntüləri ictimaiyyətə açıqlanmayacaq: "Biz bunları yalnız sizə qapalı formada izlədə bilərik".
Dövlət katibi isə bildirib ki, Venesuelaya qarşı əməliyyatlar məqsədə nail olunana qədər dayanmayacaq.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk isə hər iki ölkəyə səslənib. O, mülki şəxslərə qarşı Venesuelada təzyiqin artdığını, özbaşına həbslərin davam etdiyini və humanitar böhranın dərinləşdiyini xüsusi vurğulayb. Komissar daha sonra hər iki ölkəni bölgəni savaça sürükləyən addımlardan çəkinməyə çağırıb.
Lamiyə Əhmədli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi