Güllələnən Tramp və ya güllələyən 20 yaşlı əlaçı...
14-07-2024 [15:00]
Elbəyi HƏSƏNLİ
***
Donald Trumpa qarşı sui-qəsd olub. Özünün Respublikaçılar Partiyasının üzvü kimi təqdim edən 20 yaşlı Thomas Matthew Crooks eks-prezidentə tədbir zamanı AR-15 avtomatından çoxsayı atəş açıb.
O, tədbirə qatılanların arasında yox, yaxınlıqdakı binanın damında özünə yer edibmiş. Atəşi də damdan açıb. D.Tramp yüngül yaralanıb. Qatil isə polis tərəfindən yerindəcə öldürülüb.
Respublikaçılar sui-qəsdə görə Co Baydeni ittiham edirlər. Amerika qarışacaq...
Federal Təhqiqat Bürosu müəyyən edib ki, sui-qəsdçi Respublikaçılar Partiyasının üzvü olsa da o, 2021-ci ildə Demokratlar Partiyasına 15 dollar ianə edib. O da maraqlıdır ki, 20 yaşlı Thomas Matthew Crooks dərslərini yaxşı oxuyub. Hətta riyaziyyat üzrə müsabiqə ilk yeri tutduğuna görə 500 dollar mükafat da alıb...
Yaralı D.Tramp tərəfdarlarına müraciət edib. O, qulağından güllə yarası alıb. Onu da deyim ki, hücum zamanı D.Trampın cangüdənləri öz canları ilə eks-prezidentin üzərinə ətdən çəpər çəkdi. Əsl peşəkartlıq nümayiş etdirdilər...
Onsuz da D.Trampın prezident seçiləcəyi şübhə doğurmurdu. Bu sui-qəsddən sonra onun prezident seçiləcəyi artıq mütləq xarakter daşıyır...
Hələ ki, sui-qəsdə cəhd göstərmiş qatilin fotosu Qərb mənbələri tərəfindən yayılmayıb...(Artıq yayıldı, fotoya aşağıda baxa bilərsiz)
D.Tramp bu olayla bağlı yazır: "“Güllə mənim sağ qulağımın yuxarı hissəsini deşib. Vızıldayan bir səs, atəş eşitdikdə və güllənin dəridən keçdiyini hiss edəndə dərhal nəyinsə səhv olduğunu anladım. Çox qanaxma oldu, ona görə də nə baş verdiyini başa düşdüm. ALLAH AMERİKANI QORUSUN!”.
Eks-prezident Barak Obama bu münasibətlə yazdığı statusda deyir: "Demokratiyamızda siyasi zorakılığa qətiyyən yer yoxdur"...
Elon Musk yazır: "Mən prezident Trampı tam dəstəkləyirəm və onun tezliklə sağalacağına ümid edirəm".
Co Bayden də sui-qəsdə sosial şəbəkə üzərindən etirazını bildirib. Qeyd edib ki, o, xanımı ilə birlikdə D.Trampın mühafizəsinə təşkil edənlərə minnətdardır.
Ukrayna prezidenti Volodymyr Zelenski isə yazır: "ABŞ-ın keçmiş prezidenti Donald Trampın Pensilvaniyadakı mitinqində güllələnməsi ilə bağlı xəbər məni dəhşətə gətirdi".
Çin, Fransa və Almaniyanın birinci şəxsləri də olaya reaksiya verib. Putindən hələ ki, xəbər yoxdur...
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi