Erkən seçkiləri sülhməramlı qüvvələrlə bağlayanlar...
22-06-2024 [00:07]
Zahid ORUC,
STM-in rəhbəri, millət vəkili
***
1990-cı ilin parlament saçkiləri də daxil olmaqla, son 34 ildə bütün çağırış qanunvericilik hakimiyyəti, o cümlədən ali icra və yerli özünüidarə orqanları ölkəmizin 20 faizlik natamam ərazilərində formalaşıb və işğal faktı millətimizin siyasi hüquqlarını tam gerçəkləşdirməyə imkan verməyib. Xankəndi Zəfərindən sonra xalqımız Qələbənin əsas müəllifi İlham Əliyevə 44 günlük müharibədə göstərdiyi yüksək etimadı-əslində qeyri-rəsmi referendumu 7 fevral 2024-cü ildə rəsmiləşdirdi.
Xatırlayırsınız, o zaman erkən prezident seçkiləri əleyhinə çıxan azsaylı qrupların əsas arqumenti-“sülhməramlı qüvvələrin çıxmayacağına görədir” tezisi cəmi iki ay sonra-aprelin 17-də iflasa uğradı və ölkəmiz geosiyasi təhlükələri qabaqladı, Qarabağdan və etnik separatizmdən əli çıxan qüvvələrin 2025-ci ilə hazırladıqları təxribat planlarını pozdu.
Fərqlərinə baxmayaraq, Almaniyada 1990-cı ildə birləşmədən sonra bütün idarəçilik sistemi təzədən formalaşmışdı, ona görə 7 fevral 2024-cü ildə ali icra hakimiyyətindən sonra qalib dövlət başçısının tam siyasi, hüquqi və mənəvi haqqı vardı, seçkiləri təyin edərək bütün hakimiyyət orqanlarını yeniləsin. Hətta qlobal COP 29 tədbiri olmasaydı belə, son prezident seçkilərinin səhəri günü qalib liderin ölkənin idarəçilik sistemini Qələbəyə uyğunlaşdırmaya ixtiyarı vardı. Konstitusiyanın 98-ci maddəsinin 1-ci bəndi prezidentə belə bir səlahiyyəti verdiyi üçün hakim partiyanın müraciətini hər birimiz müdafiə edirik.
Son bir əsrdə ilk dəfədir ki, 2024-cü ildə 78 ölkədə 84 milli seçkilər keçiriləcək. Onların bir çoxu hazırki xaosdan özünü qorumağa hesablanıb. 90-cı illərin Azərbaycan parlamenti dövlət çevrilişlərinin əsas binası, siyasi minalı məkan idi. İndi Ukraynada seçkilərin taleyi nə vaxt qurtaracağı bilinməyən müharibədən asılı qalıb, xalqın səsini silah səsləri, bülletenləri çağırış vərəqələri əvəzləyib. Fransada hakim partiya avroseçkiləri uduzduğu üçün növbədənkənarlığa əl atıb. Britaniyada da oxşar vəziyyətdir. Lakin ölkəmizdə nəinki hər hansı siyasi fövqəladəlik və böhran yoxdur, əksinə əksər ictimai-siyasi qüvvələrin, ideologiyaları bir-birindən fərqli partiyaların yeni parlament seçkilərinin keçirilməsinə dair ortaq mövqeyi var.
6-cı çağırış Milli Məclisi üzərinə düşən dövləti və milli vəzifələri uğurla, ləyaqət və fədakarlıqla yerinə yetirdi. 8 noyabr Zəfərimizi əbədiləşdirən qərar layihələri, Vətən müharibəsinin qəhrəmanlarının yüksək orden və medallarla təltifinə dair prezident təşəbbüsləri, “Böyük qayıdış”a dair hüquqi aktlar məhz hazırki parlamentin aktivinə yazıldı. Pandemiya ilə eyni vaxtda fəaliyyətə başlayan və hazırda dünyada ölkəmiz əleyhinə siyasi epidemiyaya çevrilən qüvvələrə qarşı da məhz hazırki qanunvericilik hakimiyyəti siyasi sipərə çevrildi. Ona görə də yeni legitim qanunverici orqanın formalaşması ilk növbədə, xalqımızın yüksək gözləntilərini doğruldacaq, dövlət rəhbərinin inaqurasiya mərasimində bu salonda “bizə qarşı hücumlar güclənəcəkdir”, çağırışına cavab olacaqdır.
Biz elə etməliyik ki, dövlətimizin siyasi uğurları seçkilərdə layiqli təqdim olunsun, lakin müxtəlif mənafe qrupları, reputasiyası çirkli qüvvələr prezidentin yüksək adını və etimadını seçki platformasına çevirib məkrli niyyətləri üçün istismar etməsinlər. 92 faizlə birinciliyini dünyaya nümayiş etdirən liderin siyasi komanda üzvləri də nüfuzlu və xalq arasında qəbullanan olacağına inanırıq.
Ulu öndər Heydər Əliyev 1994-cü ildə məhz bu salonda “mövqeyinizi göstərin”, tarixi müraciətini etmişdi. Üstündən 30 il keçməsinə baxmayaraq, həmin çağırış aktualdır. Yüksək xarici təhsil, müasir kommunikasiya və Biq DATAlarla işləmək bacarığı ilə yanaşı, prezidentə yönələn xarici və daxili hücumlara sinə gərmək ən böyük Oksford siyasi etalonudur.
Tarixi təcrübə göstərir ki, silahlı savaşlarda qalib gələn millətin gözləntiləri maksimuma çatır. Proqramlarının əsas müddəaları 44 gündə tam yerinə yetirilən bütün partiyalar və namizədlər tarixdə ilk dəfədir, ermənilərin könüllü tərk etdiyi Qarabağda müharibəsiz, qaçqınsız dinc quruculuqda və seçkilərdə iştirak edəcəklər.
Yeni Parlament ictimai-siyasi palitranı özündə dolğun əks etdirməklə yanaşı, ən başlıcası, xalqın alternativ ideya və düşüncələrini təmsil edəcəyinə, Qarabağdan sonra yeni milli ideologiyanın formalaşdırılmasına töhfə verəcəyinə inanırıq.
Hazırda dünyada yalnız hərbi, siyasi-iqtisadi deyil, həm də idarəçilik böhranı var. Ləyaqətli kadrlar, insan amili bütün formasiyalarda idarəçiliyin bir nömrəli məsələsidir. Ona görə də yeni seçkilərdə əsas şüarlar, “Qələbəni möhkəmləndir” və “ən böyük sərvət insandır”, devizidir. Qurulucaq yeni Parlamentdə hərbi meydanlarda həyatını verən gənclərin elm, diplomatiya, beynəlxalq siyasət və digər səngərlərdə nəsil, əqidə yoldaşlarının daha çox təmsil olunacağına inanırıq.
Müharibədə qalib gələn millət seçkilərdə də qələbə qazanacaqdır!
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi