Emin Əmrullayev, kim haqlıdır?
20-06-2024 [18:46]
Kənan Rövşənoğlu
***
Bayaq bir xəbər qarşıma çıxmasaydı (Təhsil İnstitunun şöbə müdiri, Filologiya üzrə fəlsəfə doktoru Könül Aydının istefa bəyanatını nəzərdə tutur- Mia.az), bu barədə yazmayacaqdım...
Bayramqabağı Təhsil İnstitutu ilə yüngülcə problem yasadıq. Bizim Hüseyn Respublika Fənn Müsabiqəsinin final mərhələsində iştirak edib, ancaq suallardan birinə, 10 ballıq suala münsiflər cəmisi 3 bal verib. Nəticədə medalçılar siyahısına düşə bilməyib.
Yanlışın düzəldilməsi üçün Təhsil İnstitutunda təşkil olunmuş apellyasiya şurasına məktub yazaraq dəyişməsini xahiş etdi. Məsələ belədir ki, sualın 3 mümkün həll variantından Hüseyn yalnız ən asan və rahat variantını götürüb, ancaq nəticəni doğru alıb.
Ancaq birinci müraciətə Apellyasiya heyəti "əsassızdir" deyə bir söz cümlə ilə "cavab" verdi.
Riyaziyyatdan o qədər bilikli olmadığım üçün məsələni və həllini tərəfsiz bir neçə riyaziyyatçiya göndərdim. Bütün ekspertlər bildirdilər ki, cavab düzdür, ancaq daha asan yolla həll edildiyi və bəzi məqamları tam əhatə etmədiyi üçün maksimum olmasa da, ən azı 8 bal vermək olar.
Üstəlik, eyni suala, eyni şəkildə cavab yazan başqa bir iştirakçının balı artırılmışdı. Hüseyn də inad edirdi ki, haqlıyam, balımı azaldiblar.
Bu səbəbdən təkrar müraciət etdik, ancaq bu dəfə "apellyasiya ekspertləri" daha geniş bir cavab yazaraq Hüseyni səhv çıxarmağa çalışdilar. Əsas arqument isə budur ki, məsələ bizim dediyimiz qaydada həll etməyib.
Təhsil İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinə, direktor müavini Fuad Qarayevə yazdım, xahiş etdim ki, mübahisəli məqam var, bu məsələyə apellyasiya şurası deyil, müstəqil ekspertlər baxsınlar. Çünki apellyasiya şurası artıq tərəf kimi çıxış edir.
Mənə cavab bu oldu ki, "biz öz mütəxəssislərərimizə inanırıq".
Özlərinə də yazdım, bu uşaq yad, ya da düşmən deyil axı, bu ölkənin vətəndaşıdir, yeniyetmədir. Nazirlik əslində şagirdin yanında olmalıdır, ekspertin deyil.
Hətta hörmətli dostlara xahiş etdim ki, məktubumu və cavabları nazir Əmrullayevə çatdırın, müstəqil ekspertlər cəlb olunsun, biz imtiyaz tələb etmirik, sadəcə ədalətli baxış olsun. Amma nazirin köməkçisi cavab göndərdi ki, biz şagirdin deyil, öz mütəxəssislərərimizə rəyinə inanırıq.
Əlbəttə, bu ölkədə ədalətsizlik olduğunu mən 30 ildir bilirəm və görürəm. Amma 13 yaşlı uşağa bunu izah etmək çətindir.
Nəsə, Nazirlik inad edərək Hüseynin balını düzəltmədi. Halbuki düzəltsəydilər, medala düsmək şansı vardı.
Maraqlıdır ki, sinif yoldaşının eyni sualdan apellyasiya şikayətinə baxaraq balını artırdılar, amma Hüseyndən fərqli olaraq o uşaqda nəticəyə təsir etmirdi.
Bunu əslində yazmaq istəmirdim. Özünə də demişəm ki, daha yaxşı çalışıb bəhanə yeri qoymamaq lazımdır. Bu ölkədə dövlət qurumu ilə mübarizə aparıb haqqını bərpa etmək çətindir.
Bu gün isə oxudum ki, Təhsil İnstitutunun şöbə müdiri orda olan haqsızlığa etiraz olaraq istefa verib. Belə anladım ki, orda deyildiyi kimi şəbəkələşmə varmış. Özu də dərin...
Əlbəttə, Fənn Müsabiqəsində medal alıb almamaq prinsipial məsələ deyil. Sadəcə uşaqlar üçün belə vəziyyət bir az çətin olur, amma onlar da necə ölkədə yaşadıqlarını başa düşməlidirlər. Yenə də hər ziyandan bir xeyir var, Təhsil Nazirliyi mənim sözlə başa salmaq istədiyimi uşaqlara əyani şəkildə göstərdi.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi