MƏN ARAĞIN DAŞINI NECƏ ATDIM? (“Qısa hekayələr” silsiləsindən)
20-06-2024 [00:06]
Qalib ARİF
***
Bazar günü idi, saat on biri keçmişdi. Amma mən yerimdən qalxa bilmirdim. Ürəyim bulanırdı, başım fırlanırdı. İnanın Allaha, uzanan yerdə, yıxılmamaq üçün hardansa tutmaq istəyirdim,.. Dalbadal iki fincan şəkərsiz kofe içmişdim, amma özümə gəlməmişdim. Yenidən gəlib yerimə yıxılmışdım. Dəqiqələri sayırdım...
Dünən dostlarla kafedə oturmuşduq, yenə həmişəki kimi “düt” deyincə vurmuşduq. Maşınları kafenin həyətində qoymuşduq, taksi tutmuşduq. Sonrası yadıma gəlmirdi. Evə liftlə qalxmışdım, ya 6-cı mərtəbəyə piyada çıxmışdım?! Qoca binamızın lifti də qocalmışdı, ayın yarısını işləmirdi, istirahət edirdi. Zarafat deyildi, binanın da, liftin də yaşı yarım əsri keçmişdi. Mən də yaşda onları haqlamışdım, bu binada doğulmuşdum, bu həyətdə, bu liftdə boya-başa çatmışdım. Amma mən istirahət etmirdim, hər şənbə-bazar arağın küpünə girirdim. Sonra bütün həftəni zorla özümə gəlirdim...
Birdən... Başıma gələn original bir ideya ilə yerimdən atıldım. Mən arağın daşını atmalıydım. Artıq bizim onunla tanışlığımız dostluğa çevrilmişdi, 30 ili keçirdi. Ya mən onun axırına çıxmalıydım, ya da o, mənim axırıma çıxacaqdı. Artıq ürək sürətlə döyünürdü, böyrək, qara ciyər gecələr qapını döyürdü. Hər ehtimala qarşı, bir fincan da kofe içdim, sonra qonaq otağına keçdim. Servantın aşağı gözünü açdım - bu şeytan yuvasını mən “bar” adlandırırdım. Saydım, on dənə yarım litrlik araq vardı. Müxtəlif adları daşıyırdı, hətta Rusiya çarı, Finlandiya maralı, Fransa qazları da vardı. Araqları vedrəyə yığdım, birtəhər tualetə doğru addımladım...
Amma yolda fikrimi dəyişdim, butulkaları bir-bir unitaza tökmək istəmədim. Bu, həm vaxt aparacaqdı, həm də ləzzəti olmayacaqdı. Yenidən qonaq otağına qayıtdım. Mətbəxdən yekə şirli qazan gətirdim. Araqları açıb bir-bir qazana boşaltmaq, sonra tualetə atmaq istəyirdim... Amma başıma daha original bir ideya gəldi. Mən onsuz da arağın daşını atırdım, amma stolun üstünə düzülmüş bu original araqların dadına baxmalıydım... Axırıncı dəfə...
Servantdan rumka götürdüm, “Fransız qazı”nın ağzını açdım, əlim əsə-əsə rumkaya 50 qram süzdüm. Sonra butulkanı qazana tökdüm, rumkanı əlimə götürdüm. Şairin sözləri yadıma düşdü: “Kişi odu “vodka” çıxa cibindən, Baş ayıq oldu, kəs tulla dibindən...” Rumkanı şairin sağlıgına qaldırdım, birinci pis getdi. Üstündən tez bir limon tikəsi atdım, kömək etdi. Rusiya çarını, Finlandiya maralını və başqalarını da bu minvalla ötürdüm getdi. İnsafən ikinci babat, üçüncü yaxşı, sonra lap yaxşı getdi. Ürəkbulanma-zad yox oldu, qazan da qarışdı, “qardaşlıq qəbirstanlığı” oldu. Rusların bir misalı var, ayrılmaqdan qabaq mütləq oturmaq lazımdır. Mən də araqla ayrılmaqdan əvvəl oturdum...
Başıma gələn original bir fikirlə ayağa durdum – dosta xəyanət etmək kişilikdən deyildi. Mən də bu “kişi” ilə düz 30 ildir ki, dostluq edirdim. Cəld mətbəxə keçdim, dolça, qıf gətirdim. Arağı “qardaşlıq qəbirstanlığı”ndan dolça ilə götürdüm, qıfla öz “tabut”larına tökdüm. Möcüzə baş vermişdi, əllərim əsmirdi. Şəkilli, etiketli “tabut”ların hamısı doldu, amma biri boş qaldı. Mənim arağımı hansısa əclaf içmişdi...
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi