Prezident və birinci xanım Xocavənd və Xocalıda - FOTOLAR (YENİLƏNİB)
20-12-2023 [18:55]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 20-də Xocavənd və Xocalı rayonlarına səfər ediblər.
Mia.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində, Şıx Dursun kəndində “Çinar müqəddəs yer” abidə kompleksində və Xocalı rayonunun Şuşakənd kəndində olublar.
***
Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonuna səfər ediblər.
Mia.az xəbər verir ki, dövlət başçısı və birinci xanım rayonun Qırmızı Bazar qəsəbəsində olublar.
Qəsəbə 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində Qırmızı Bazar qəsəbəsi separatçılardan təmizlənib.
Qeyd edək ki, Qırmızı Bazar Xocavənd rayonunun iki qəsəbəsindən biridir və olduqca əlverişli strateji mövqedə, mühüm yolların kəsişməsində yerləşir. Qırmızı Bazara 1947-ci ildə qəsəbə statusu verilib. Qəsəbənin ərazisi təbii sərvətlər, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. İşğaldan əvvəl qəsəbədə gövdəsinin diametri 600 santimetr, hündürlüyü 25 metr, yaşları min və iki min il olan iki Şərq çinarı qədim təbiət abidəsi kimi qorunurdu. Qəsəbə, eyni zamanda, kənd təsərrüfatı və turizm potensialına malikdir.
***
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 20-də Xocavənd rayonunun Şıx Dursun kəndində olublar.
Mia.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım kənddəki “Çinar müqəddəs yer” abidə kompleksinə baxış keçiriblər.
***
Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı rayonunda olublar.
Mia.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım rayonun qədim Şuşakənd kəndinin ərazisinə baxış keçiriblər.
Qeyd edək ki, Şuşakənd kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Kənd 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənib.
Qədim tarixə malik kənddə bəzi tədqiqatlara görə, eramızın əvvəllərində Şimali Qafqaz çöllərində yaşamış türkdilli tayfalar məskunlaşıb.
Kəndin ərazisi turizm və kənd təsərrüfatı potensialına malikdir.
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."
BU YOL PULLU OLDU - Əli Əsədov qərar imzaladı, məbləğ müəyyənləşdi
"ASCO Arena" mayda təmirə bağlanacaq - "Yerli futbolçulara keyfiyyətlərini artırmaq üçün yeni imkanlar yaradılmalıdır"
İsrail Livanın cənubunda əməliyyatı genişləndirib
Qurban Qurbanov küsüb?
Tramp İranda növbəti hədəfi açıqladı: “Geri qalanlar…"
Yaxın Şərq: Amerika erası zəifləyir, Türkiyə yüksəlir - Azərbaycan üçün strateji nəticə... (TƏHLİL)
Marneulidə bir həftə əvvəl toyu olan oğlan öldürüldü
ABŞ-ın F-35 qırıcısı vurulub – Iran səmasında
Regional İdarə rəisi dövlət vəzifəsindən getdi, otel müdiri oldu - Agentlikdə maraqlı dəyişiklik
Azərbaycan nefti 11 dollar qalxdı - Qara qızıl 142 dollara satılır
Məmur olmaq istəyənlər aprelin 5-də imtahan verəcək
ABŞ Kəşfiyyatı: “İranın hələ də çoxlu raket ehtiyatı və buraxılış imkanları var” - HESABAT
İran İsrailə raket atıb – Yaralılar var
DÇ-2026: biletlər bahalaşdı – QİYMƏTLƏR
ABŞ-ın Quru qoşunları komandanı vəzifədən çıxarıldı
İtaliya MN: “UNIFIL bazasına naməlum raket atılıb”
İran XİN başçısı: “Xalqımız belə hücumlarla təslim olmayacaq, əsas zərbə ABŞ-ın nüfuzuna olacaq”
İNGİLİSLƏR HÖRMÜZ BOĞAZININ AÇILMASI ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ: “Bütün tədbirlər görüləcək” – 40-dan çox ölkə toplandı
Yəməndəki husilər İsrailə raket atıb
TRAMP İRANA “YA ANLAŞ, YA DA YOX OL” MESAJI VERDİ: "...yoxsa geriyə heç nə qalmayacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakı-Qazax magistralında asfalt örtüyü çatlayır - VİDEO
Türkiyədə zəlzələ olub - 4.2 bal gücündə
"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
"Bu, hansı mesajı verir?" - Pezeşkian beynəlxalq səhiyyə təşkilatlarına çağırış edib
ABŞ Ədliyyə naziri vəzifədən çıxarıldı
İRAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Yaxın Şərqin ən hündür körpüsü vuruldu - FOTO
Mərkəzi hərbi həkim komissiyasının rəisi hakim qarşısına çıxarılacaq
Ukraynada daha bir azərbaycanlı həlak olub
İran iki ölkədə ABŞ-a məxsus hədəflərə hücum edib: "Əgər sənaye obyektlərinə hücumlar təkrarlanarsa..."
KİM KİMİN HAQQINI YEYİB? - Qərbi Kaspi universitetindəki qalmaqalla bağlı təzadlı açıqlamalar (YENİLƏNİB)
Xarici İşlər Nazirliyi məlumat yayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı