ZƏNGƏZURA SALAM OLSUN
08-12-2023 [19:41]
Əli CABBAROV,
Naxçıvan Dövlət Unversitetinin dosenti
***
44 günlük Vətən müharibəsindəki ağır məğlubiyyətindən sonra Vaşinqton, Paris və İrəvanın qaranlıq otaqlarında oturub Azərbaycana qarşı yenidən kirli planlar cızan ermənilər hələ 36 il əvvəl, 1987-ci ilin noyabrında başabəla sovet akademiki Aqanbekyanın fransız kommunistlərinin yayım orqanı olan və buna görə də keçmiş SSRİ-də də geniş təbliğ olunan “Humanite” qəzetinə verdiyi o sərsəm müsahibəni unutmamalıdırlar.
İndi məlum olur ki, on illərlə “kirvə” niqabının arxasında gizlənib azərbaycanlıların qanını tökməyə hazırlaşan hayların iç üzünü, əslində, ifşa edən o yazı bu gün məşhur olmuş “Allah haqqı erməni millət deyil” adlı ştamp ifadənin, sadəcə, bir girişi idi. Çünki kökü olmayan erməni cəmiyyətinə bundan artıq qiyməti nə okeanın, nə də Arazın o tayında da heç kim belə açıq-aydın verə bilmir. Ona görə də ağalarının birinin qalstukundan, o birinin də saqqalından yapışıb ortada qalmış Paşinyan hökuməti bir də yuxudan ayılanda onun qatarının artıq çoxdan getdiyini görəcəkdir. Bununla da münaqişə sonrası ölkəmizin sülh təkliflərini bir-bir boşa sərf edən Ermənistan fürsətlərdən uzaqlaşdığı bir dönəmdə xalqımızın addım-addım Qərbi Azərbaycana yaxınlaşması tarixin bizə verdiyi haqq-ədalət mükafatıdır.
Azərbaycanlılar bir gün mütləq Qərbi Azərbaycana qayıdacaqlar. Bu qayıdış fundamental insan hüquqlarından biri olub, hər bir soydaşımızın əzəli ata yurduna dönə bilmək haqqıdır. Çünki Qərbi Azərbaycan deyəndə təkcə XX əsrdə dəfələrlə, ən son isə 1988-ci ildən zorla deportasiya edilmiş 260 mindən çox soydaşımızın yaşadığı kənd və şəhərlər deyil, eyni zamanda təbiət gözəli dağlar, çaylar, göllər və şəlalələr, Azərbaycan xalqının tarixi köklərinin izlərinin yaşandığı yaşı min ildən artıq olan abidələr, qədim yurd yerləri yada düşür. Bu gün Qarabağ erməni separatizmindən tam azad olunsa da, hələ də bizdən uzaqda qalmış bu sərvətlərimizə də çata bilmək hər bir azərbaycanlının arzusudur. Odur ki, hazırda bu torpaqlarda kimlərin yaşamasından asılı olmayaraq, Qərbi Azərbaycanı hər mədəniyyət tədbirində, hər yazıda, hər söhbətdə yada salmaq, burada yaşamış insanları tanımaq, keçmişini öyrənmək, təbiətinə bələd olmaq, hətta gündəlik hava haqqında məlumatları ilə də tanış olmaq tamamilə təbii bir istək məsələsidir. Belə ki, indi təkcə Qərbi Azərbaycanda yaşamış soydaşlarımız deyil, ömründə heç bu torpaqları görməmiş bütün digər azərbaycanlılar üçün Bakı, Təbriz, Ərdəbil, Dərbənd qədər İrəvan da böyük Vətənimizin bir parçasıdır. Odur ki, bir gün Qərb torpaqlarımıza da ayaq basan həmyerlilərimiz bizim buradakı xoşməramlı elçilərimiz kimi yenidən doğulduqları torpaqlara qovuşacaq, ata yurdlarını ziyarət edəcəklər.
Qonşuları ilə yaşamağı bacarmayan ermənilər isə hələ də intuitiv xüsusiyyətlərinin əsirliyindən çıxmayıblar. Başlarının üstündə, yaxud gözlərinin önündəki reallığı görə bilməyən kor hay topluluğuna birisi bir şayiə buraxdısa sanki içinə çöp uzadılmış qaranlıq qarışqa yuvası kimi qaynaşacaq, bir-birlərini əzib qıracaqlar. Buna elə bu ilin sentyabrında keçirilmiş antiterror tədbirlərindən sonra da şahid olduq. Sən demə, Laçın yoluna düzülüb aradan çıxmaq istəyən həmin bu ermənilərin elə hamısının barmaq izlərində qan ləkələri varmış. Elə buna görə də bu gün Ermənistanın özündə də küçədə qalmış bu separatçıların aldığı ən böyük cəzanın elə öz qəbilədaşlarından gəlməsi təsadüfi deyildir. Belə ki, hazırda Ermənistan hökuməti ilə Qarabağ separatçılarının bir-birlərinə olan mövcud münasibətləri Kremlin bütün haylara olan münasibətindən heç də isti deyildir. Buna görə də qonşularsız yaşaya bilmək xəyalları ilə zəhərlənmiş erməni toplumunun gələcəyi, belə getsə, üçgünlük göbələk ömrü qədər simvolik olacaq.
Qərbi Azərbaycana qayıdış strateji hədəf olub, bu torpaqlardan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının bərpası istiqamətində ölkəmizdə həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir. Ulu Öndərin siyasətini davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ata vəsiyyətinə əməl edərək torpaqlarımızı işğaldan azad etdiyi kimi, Qərbi Azərbaycana qayıdış konsepsiyasını da uğurla həyata keçirir, bu istiqamətdə güclü diplomatik addımlar atır. Artıq görünməkdədir ki, Azərbaycan öz güclü iqtisadi-mədəni potensialı, gündən-günə artan siyası nüfuzu ilə bu konsepsiyanı da gec-tez reallığa çevirməklə bu sahədə də beynəlxalq hüququn bərpasına nail olacaq.
Bu mənada, ötən ay Naxçıvanda keçirilmiş “Qərbi Azərbaycana qayıdış” festival-konqresi özünün möhtəşəmliyi ilə bu məsələdə xalqımızın istəyini və dövlətimizin qətiyyətini ortaya qoydu. Bu mühüm tədbirdəki çıxışlar, dünyaya verilən mədəniyyət ismarıcları erməni toplumunun tarixdə nə qədər parazit, erməni ideoloqlarının isə nə qədər yalançı olduqlarını bir daha sübut etdi. Dünya gördü ki, Azərbaycan Ermənistan üzərində təkcə müzəffər Ordusu ilə deyil, iqtisadiyyatı və mədəniyyəti ilə qələbə çalmışdır. Festivalda Qərbi Azərbaycandan olan soydaşlarımızın otuz il əvvəldən yaşatdığı xatirələr, səsləndirilən musiqi əsərləri, sərgilənən ədəbiyyat nümunələri, elmi araşdırmalar, məqalələr toplusu, rəsm əsərləri, İrəvan mətbəxi nümunələri bu torpaqlara qayıdışın ilk uğurlu addımlarından biri olmuş, uzun illər yuvasından ayrı düşmüş insanların ürəyində yeni ümidlər oyatmışdır.
Tarix Azərbaycan xalqını çox sınaqlara çəkmişdir. Lakin Şimaldan, Cənubdan, Avropadan, Amerikadan, haradan olursa olsun, ölkəmizə qarşı çıxanlar gec-tez öz cəzasını almış, haqq-ədalət qarşısında cavab vermişlər. Bu gün də müzəffər Ordusunun gücü ilə işğalçını məhv edib Qarabağdan qovan xalqımız öz qətiyyətli dövlət başçısı ilə yeni hədəflərə doğru addımlayır. Yolumuz Qərbi Azərbaycanadır.
Zəngəzura salam olsun!
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi