AZƏRBAYCANLA ERMƏNİSTAN RAZILAŞDI: əsir hərbçilər dəyişdirilir, Yerevan COP29-a ev sahibliyinə Bakının xeyrinə geri çəkilir və... (SİYAHI)
07-12-2023 [21:13]
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayıb.
Mia.az açıqlamanı təqdim edir:
“Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.
Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir.
Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir.
Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.
Azərbaycan Respublikası və Ermənistan Respublikası yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar”.
***
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.
Mia.az xəbər verir ki, Ermənistana qaytarılması nəzərdə tutulan 32 nəfər (26 nəfər 2020-ci ilin dekabrında Hadrut istiqamətində keçirilmiş antiterror tədbirləri zamanı həbs edilmiş şəxslər, qalan 6 nəfər müxtəlif vaxtlarda sərhəddə saxlanılmış şəxslər) artıq cəzalarının böyük hissəsini çəkiblər.
Otuz iki nəfərlik siyahıya Azərbaycan xalqına qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlər törətmiş qondarma rejimin rəhbərləri Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, o cümlədən Vaqif Xaçaturyan, Alyoşa Xosrovyan kimi şəxslər daxil deyil və ola da bilməz.
Bu addım Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan insanına, ölkə vətəndaşlarına, hərbçilərə verdiyi dəyərin, əsirlikdə olan şəxslərin yaxınlarının hisslərinə şərik olmasının bariz nümunəsidir. Prezident İlham Əliyev bir daha sübut etdi ki, o, hər bir azərbaycanlının Prezidentidir.
Xüsusilə vurğulanmalıdır ki, bu razılaşma Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində əldə olunub və heç bir üçüncü ölkə tərəfindən vasitəçilik edilməyib. Bu, bir daha göstərir ki, Azərbaycan və Ermənistan vasitəçilər olmadan sülh prosesini irəli apara bilərlər(Azərtac).
***
Razılaşmaya əsasən, Azərbaycan aşağıdakı 32 erməni hərbçini azad edəcək:
I. 13-14 dekabr 2020-ci il tarixlərində Hadrut istiqamətində həyata keçirilmiş antiterror tədbirləri zamanı həbs edilmiş şəxslər: (26 nəfər)
1. Avakyan Hraç Arzumanoviç
2. Serobyan Geqam Samveloviç
3. Hovanesyan Haykaz Koryunoviç
4. Tosunyan Levon Aşotoviç
5. Baqdasaryan Artur Eduardoviç
6. Stepanyan David Stepanoviç
7. Herabyan Hrayr Hraçoviç
8. Mikaelyan Andranik Vazgenoviç
9. Avakyan Serop Surenoviç
10. Kostanyan Narek Aqaoviç
11. Harutyunyan Varazdat Seryojeviç
12. Martoyan Manuk Hovanesoviç
13. Vardanyan Arsen Araikoviç
14. Dilanyan Arman Vazgenoviç
15. Tadevosyan Hrayr Vardanoviç
16. Bahrikyan Vahagan Edikoviç
17. Aramyan Karen Armenoviç
18. Sukiasyan Andranik Srapoviç
19. Martirosyan Gevorg Samveloviç
20. Kirakosyan Eduard Armeni
21. Gevorkyan Robert Hovikoviç
22. Yegiazaryan Sasun Seyranoviç
23. Hakopyan Volodya Qaqikoviç
24. Avakyan Tiqran Manikoviç
25. Saqatelyan Qriqor Seyranoviç
26. Avetisyan Vaqarşak Aşotoviç
II. Müxtəlif vaxtlarda Azərbaycan Ermənistan sərhədi, habelə Laçın sərhəd buraxılış məntəqəsində tutulmuş şəxslər: (6 nəfər)
1. Rafaelyan Vladimir Otari
2. Sarqsyan İşxan Aşoti
3. Ovagimyan Arutyun Yurikoviç
4. Kazaryan Karen Aşotoviç
5. Voskanyan Qagik Aşoti
6. Eulcekcian Viken Abraham.
Cəmi: 32 nəfər
Qırmızı dənizdə gərginlik - Husilərin vurduğu yunan gəmisi təhlükəsiz bölgəyə çəkilib
Fatih Terim Portuqlaya mətbuatına müsahibə verib: "Bunu hamınız tezliklə görəcəksiniz"
Həkimi zorlayan Baş həkim 15 il cəza aldı - Türkiyədə daha bir rüsvayçı olay (FOTO)
Qəzzada daha bir ev bombalanıb - Ölənlər var
"Xalq Cəbhəsi" qəzetinin Baş redaktoru dəyişib - Yeni təyinat
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Başda Əli Kərimli olmaqla..." - AXCP Ali Məclisinin fəal üzvü istefa verdi, mətbuat katibi "İzahatını da eşitmək istəmirəm" dedi, ancaq...
Rumıniyada 5,2 maqnitudalı zəlzələ olub
Yəhudilər məktəbə dəyənəklə hücum ediblər
Türkiyədə zəlzələ baş verib
BLİNKEN İLHAM ƏLİYEVƏ ZƏNG ELƏDİ - Nələr müzakirə olunub?
Qarabağ zonasında 1115 hektar ərazi minadan təmizlənib
Məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında ölkəmizə medallar qazandırıblar - FOTOLAR
Azərbaycan Rusiya XİN-ə nota verdi - Səbəb
Şanxayda son 75 ilin ən güclü qasırğası: "414 min insan təxliyə olunub" - Küçələr su altında qalıb, səfərlər ləğv edilib
SABİQ DEPUTATA AĞIR CƏZA TƏLƏB OLUNDU - Məhkəmə iclası
Almaniyada yanğın: iki türk yanaraq ölüb
Paşinyan Ermənistanı Qərbə aparır - TƏHLİL
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Trabzonspor"un oyunçusu üzr istədi: "İstəmədən etdiyim səhv idi"
"Dünyanın ən yaşlı insanı" yapondur - 116 yaşı var (FOTO)
Mehriban Əliyeva: "Məktəblilərə tükənməz enerji, əzmkarlıq və əla qiymətlər arzulayıram"
Bakıda yarışa görə bağlanan prospekt və küçələr açılıb
Yüksək dağlıq ərazilərdə qar yağacaq - Bu tarixdə
Yeni deputat əmlaklarını satışa çıxardı: 1.5 milyon və...
Avropa ölkələrində daşqın: ölənlərin sayı artır
“Qəbələ" Elşad Tağıyevlə müqavilə imzalayıb
Kağız üzərində vəsait ayrılan, lakin batan kollektor-drenaj sistemləri... - Palata bir çox məmurun "yuxusuna haram" qatacaq
"Çukur"un "Murtaza"sı evləndi - FOTOLAR
Nəcməddin Sadıkovun adının hallandığı məhkəmə davam edir - General və sabiq rəislər yenidənhakim qarşısına çıxarılıb
Türkiyə ordusu PKK-ya daha bir zərbə vurub
MSK YEKUN QƏRARI VERDİ: onlar deputat elan olundu - TAM SİYAHI
Qəzzada savaşın 346-cı günü: ölənlərin sayı 41226 nəfərə çatıb
Akademik Musiqili Teatrda yeni mövsümün ilk premyerası oynanılacaq
“Nar” YAŞAT Fondu ilə birgə “Bilik Günü” münasibətilə şəhid övladlarını təbrik etdi - FOTOLAR
Daha 20 seçki məntəqəsinin nəticələri etibarsız sayılıb - SİYAHI
100-dən çox vətəndaşın pulunu "qapazlayan" şəxsər saxlanıldı - VİDEO
Sabah yağış yağacaq
35 məntəqə seçki komissiyası buraxılıb
MSK sədri: "Başınızı boşuna ağrıtmayın"
491 vakant vəzifə var - İmtahan olacaq